YENİ NAZİRİN KÖNLÜNÜ DUA İLƏ ALIRLAR?
Tarix: 24-04-2013, 11:16 |
Çap et
TŞ MÜDİRLƏRİ PUL TOPLAYIRLAR Kİ...Bir neçə rayon təhsil şöbələri ilə bağlı 7GUN.az- a olduqca maraqlı bir məlumat daxil olub.
Redaksiyamızın elektron poçtuna daxil olan məktublarda bildirilir ki, təhsil şöbələrinin müdirləri yeni naziri təbrik etmək üçün hərəkətə keçiblər. Belə ki, Sabirabad, Goranboy, Bərdə, Şəmkir, Ağdaş və Göyçay rayon təhsil şöbələrinin müdirləri bütün işçilərdən, o cümlədən şagirdlərdən pul yığma kampaniyasına start veriblər. Bu hal isə ümumilikdə ciddi narazılığa səbəb olub. Valideynlər bildirirlər ki, bu özbaşınalıqla bağlı bir başa ölkə rəhbərinə müraciət edəcəklər. Redaksiyamıza göndərilən məktubda daha sonra qeyd olunur ki, sözügedən rayon təhsil şöbələri rüşvət və korrupsiya girdabında olduğu üçün təşvişə düşüblər. Onlar bu yolla nazirin qəlbinə yol tapacaqlarını güman edirlər.
Digər bir neçə rayon təhsil şöbəsinin müdirləri fərqli addım atmağı düşünüblər. Beləki onlar falçıların yanına axına başlayıblar və yeni təyin olunan nazirin könlünü ala bilmələri üçün “şirinlik” duası yazdırırlar. Həmin rayon təhsil şöbəlrinin rəhbərlərinin adları hazırda tərəfimizdən müəyyənləşdirilir. Yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq. Deyilənlərə münasibət öyrənmək cəhdlərimiz alınmadı.
Qarşı tərəflərində mövqeyini dərc etməyə hazırıq.