CEYHUN OCMANLI HARDAN PUL QAZANIR?
Tarix: 10-04-2013, 10:28 | Çap et
"İRƏLİ" HAQQINDA SENSASSİON ARAŞDIRMABir aydan çoxdur ki, İrəli İctimai Birliyi haqda apardığım araşdırmaların bir qismini Elitar.Az saytının oxucuları ilə bölüşmək qərarına gəldim. Qeyd edim ki, adıçəkilən təşkilat haqqında araşdırmam təsadüfi olub. Başqa bir mövzu ilə bağlı araşdırma apararkən “İrəli xaricdə təhsil mərkəzi” MMC adı ilə rastlaşdım. Elə araşdırma da buradan başladı… Araşdırma zamanı adıçəkilən qurum haqqında bir neçə rəsmi sənədləri də əldə edə bildim. Məlum oldu ki, tam adı ”İrəli xaricdə təhsil mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olan qurum 8 iyul 2011-ci ildə qeydiyyata alınıb. Qurumun qeydiyyat nömrəsi (VÖEN): 1801421271-dir. Qurumun qanuni təmsilçisi və təsisçisi Əliyev Əliaslan Mair oğlu adlı şəxsin adınadır. Adıçəkilən şəxsin isə qeydiyyatda olduğu yer naməlumdur.
 Araşdırma zamanı maraqlı məqamlar da ortaya çıxdı. Məlum oldu ki, “İrəli xaricdə təhsil mərkəzi” MMC 2011-ci ildə qeydiyyata alınıb, elə 2011-ci ildə də tender udub. Bu isə tamamilə qanunsuzdur. Belə ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununda bu qadağan olunur. Qanunvericiliyə əsasən qurum yarandığı vaxtdan ən azı 3 il sonra tender uda bilər. Çünki tender elan olunarkən qurumun yaranma tarixi də nəzərə alınır.
 Araşdırma zamanı məlum oldu ki, adları eyni olan qurumlar bir-biri ilə bağlıdır. “İrəli” xaricdə təhsil mərkəzi MMC və “İrəli” İctimai Birliyi. Məlum olduğu kimi deputat Ceyhun Osmanlı “İrəli” İctimai Biriliyinin həmtəsisçisidir. Təşkilat adına gələn pullara da deputat özü nəzarət edir. Təşkilata ayrılan pullarla yetinməyən deputat əlavə sahəyə də əl atıb. Belə ki, o “İrəli” Xaricdə Təhsil Mərkəzini yaradır. Qurumu yaxın adamının adına keçirdir. Deputat Osmanlı “İrəli” XTM-ni öz adına keçirtmir ki, bu insanlar arasında şübhə doğurmasın və məsuliyyət birbaşa onun üzərinə düşməsin. Rəsmi sənədlərdə də göstərilir ki, bu qurum “İrəli” İB-nin nəzdində fəaliyyət göstərir. Belə ki, “İrəli” İB-nə üz tutan gənclər “İrəli” XTM vasitəsiylə xaricdə təhsil almağa göndərilir. Maraqlı məqam ondadır ki, xaricdə təhsil almaq istəyənlər quruma külli miqdarda pul ödəməlidirlər. Eyni zamanda təhsil almaq istəyən gənc universitetə imtahan vermir. Adıçəkilən qurum həmin universitetlərlə bağlantı yaradır və işi yoluna qoyur. Beləliklə minlərlə insanın qanunsuz təhsil alması bu qurum tərəfindən həyata keçirilir. Məlumata görə, qurumdan yığılan pullar isə deputat Osmanlı və onun ətrafındakı şəxslərlə bölüşdürülür. “İrəli” XTM-in qeydiyyat və hüquqi ünvanı da çox müəmmalıdır. Araşdırma zamanı bu ünvanda başqa bir neçə şirkətin də qeydiyyatdan keçdiyi aşkar olundu. Həmçinin həmin ünvandan saytımıza bildiriblər ki, burada “İrəli” XTM adlı qurum fəaliyyət göstərmir. Görünür ki, qurum formal olaraq bu ünvanda qeydiyyata alınıb.
 Araşdırma bununla bitmir. “İrəli” İctimai Birliyi də tender udub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin elan etdiyi tenderdə “İrəli” İctimai Birliyinə 45722,48 manat pul vəsaiti ayrılıb. Vəsait “Gənclər arasında sığorta ilə bağlı maarifləndirmə və sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində işlərin aparılması, sığorta işinin gənclərə daha fərqli və kreativ üsullarla çatdırılması xidmətlərinin satın alınması” üçün ayrılıb. Lakin “İrəli” İctimai Birliyi 45 min manatdan çox pul vəsaiti alsa da göstərilən işlə bağlı gözəçarpacaq addımlar atmayıb. Pul vəsaitinin isə hara xərcləndiyi haqda məlumat verilmir. Ardı var… Elmin Bədəlov Elitar.Az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Bu gün, 18:04 |
|
|
|
| • Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Bu gün, 18:01 |
|
|
|
| • Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Bu gün, 17:59 |
|
|
|
| • Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Bu gün, 17:36 |
|
|
|
| • Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Bu gün, 17:33 |
|
|
|
| • “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Bu gün, 17:22 |
|
|
|
| • “İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Bu gün, 17:19 |
|
|
|
| • Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bu gün, 17:13 |
|
|
|
| • Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Bu gün, 17:10 |
|
|
|
| • Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Bu gün, 16:56 |
|
|
|
| • İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Bu gün, 16:50 |
|
|
|
| • Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Bu gün, 16:45 |
|
|
|
| • Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Bu gün, 16:40 |
|
|
|
| • Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Bu gün, 16:35 |
|
|
|
| • Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Bu gün, 15:48 |
|
|
|
| • Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Bu gün, 15:45 |
|
|
|
| • "...nə qədər desən də xeyri yoxdur"
Bu gün, 15:26 |
|
|
|
| • "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Bu gün, 15:14 |
|
|
|
| • “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Bu gün, 15:10 |
|
|
|
| • Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Bu gün, 15:07 |
|
|
|
| • Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Bu gün, 15:05 |
|
|
|
| • Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Bu gün, 15:03 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Bu gün, 14:59 |
|
|
|
| • Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Bu gün, 14:58 |
|
|
|
| • Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Bu gün, 14:26 |
|
|
|
| • Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Bu gün, 14:20 |
|
|
|
| • Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Bu gün, 14:14 |
|
|
|
| • Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Bu gün, 14:07 |
|
|
|
| • Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
| • Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Bu gün, 13:57 |
|
|
|
| • Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
| • Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00 |
|
|
|
| • Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56 |
|
|
|
| • Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54 |
|
|
|
| • Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18 |
|
|
|
| • TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14 |
|
|
|
| • "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07 |
|
|
|
| • Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01 |
|
|
|
| • Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54 |
|
|
|
| • “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53 |
|
|
|
| • Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47 |
|
|
|
| • Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44 |
|
|
|
| • Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39 |
|
|
|
| • Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31 |
|
|
|
| • Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26 |
|
|
|
| • “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17 |
|
|
|
| • Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15 |
|
|
|
| • Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12 |
|
|
|
| • Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10 |
|
|
|
| • “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06 |
|
|
|
|