TƏHSİLİMİZDƏ “AZƏRBAYCAN DİLİ” BİGANƏLİYİ
Tarix: 3-04-2013, 08:30 | Çap et
 VƏ YAXUD MƏRDANOVUN DƏRSLİK SİYASƏTİ BARƏDƏ BİR DAHA
Eşitdiniz, əziz oxucular?! Sən demə, Misir Mərdanov və onun komandasının 15 ildir rəhbərlik elədiyi şanlı təhsil sistemimiz 15 yaşlı şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi sahəsində dünyada ən mötəbər təşkilat sayılan OECD-nin PİSA proqramından heç kəsin xəbəri olmadan səssiz-səmirsiz şəkildə sivişib çıxıb. Nədən çıxıb? – Heç kim bilmir. İzahat verən, cınqırını çıxaran da yoxdur, elə bil qurbağa gölünə daş atmısan. Qəribədir, hər xırda məsələyə görə cin atına minən, az qala hamını borclu hesab edən Bayram Hüseynzadə də susub. Nazirliyin rəsmi saytlarından, qəzetindən də səs çıxmır. Amma “Təhsil Nazirliyinin mətbuat xidməti işinin baş-ayağını bilmir” – deyəndə, xətirlərinə dəyir. Əfəndilər, axı qurbağa qurbağalığı ilə heç olmasa, aradabir başını sudan çıxarıb bir ağız quruldayır. Bəs sizə nə olub? Siz niyə dillənmirsiniz? Axı söhbət təhsildən, balalarımızın gələcəyindən gedir!.. Məsələ haqqında ortada olan məlumat isə təkcə budur ki, Təhsil Nazirliyi PİSA proqramına bir də 2015-ci ildə qoşulacaq, təbii ki, Mərdanovun komandası iş başında qalsa! Aydın məsələdir, yəni çənənizi nahaq yerə ağrıtmayın, “o vaxta qədər, kim ölə, kim qala!”. Ölməkdə olanı mən lap yaxşı tanıyıram. Yəqin deyəcəksiniz: ölən təhsilimizdir. Xeyr, səhv edirsiniz, təhsilimiz çoxdan ölüb, hətta Mərdanov ona Xətai prospekti, 49 ünvanında baş daşı da qoyub. Bu gün ölən, daha doğrusu, öldürülməkdə olan, mənə görə, doğma dilimiz – Azərbaycan dilidir! Sübut istəyirsiniz? Buyurun, bu da sübut!.. PİSA-nın 2006-cı il qiymətləndirməsində Azərbaycan şagirdləri oxu savadı üzrə 57 ölkə arasında 54-cü, 2009-cu il qiymətləndirməsində isə 65 ölkə arasında 64-cü yeri tutdular. Yəni bizim orta təhsil pilləsini (9-cu sinfi) başa vuran şagirdlərimiz ana dili savadına görə dünyanın ən geridə qalmış şagirdləri sırasına daxildir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən il açıqladığı nəticələr də bunu sübut elədi. Məlum oldu ki, ötən il buraxılış imtahanı vermiş həmin şagirdlərin bir qismi hərfləri də tanımırmış, daha doğrusu, adını düzgün yaza bilmirmiş. Buna da etiraz edən var?! İndi gəlin görək bizim şagirdlər orta təhsil pilləsində oxu savadını hansı müəllifin “Azərbaycan dili” dərsliklərindən alaraq belə biabırçı günə düşüblər. Sən demə, müəlliflər arasında ön sırada hamımızın yaxşı tanıdığımız Rafiq İsmayılov dayanırmış! Haqlı sual meydana çıxır: Əgər bu dərsliklərdən təhsil alan şagirdlərimiz PİSA qiymətləndirməsində sonuncu pilləyə düşmüşdülərsə, nazirlik həyəcan təbili çalıb bundan bir nəticə çıxarmalı deyildimi? Qəribədir, Misir Mərdanov qiymətləndirmənin nəticələrinə görə “dərslik” azarına tutulmuş belə adamları bu işdən birdəfəlik kənarlaşdırmaq, vəziyyəti düzəltmək əvəzinə, ibtidai təhsil pilləsinin (1-4-cü siniflərin) “Azərbaycan dili” dərsliklərini də Rafiq İsmayılovun dəstəsinə həvalə elədi. Hazırda məktəblərimizdə tədris olunan 1-7-ci sinif “Azərbaycan dili” dərsliklərinin hamısının başında Rafiq İsmayılovun imzasını görürük. Bu adam birmənalı olaraq “Azərbaycan dili” dərsliklərini öz inhisarına alıb: onları öz dəstəsinə yazdırır; öz dostu Elmina Kazımzadənin “Dərslikləri Qiymətləndirmə Şurası” adlı kontorunda qiymətləndirmədən keçirdir; halallığını həmmüəllif sirdaşı – nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdan alır; öz nəşriyyatında çap edir. Bu da azmış kimi, hətta onları Misir Mərdanovun özünə (?!) təriflətdirib “əliyül-əla!” dedirtdirir. Sizi deyə bilmərəm, şəxsən mənə görə, bu mütəşəkkil komanda Azərbaycan dilini planlı şəkildə öldürür. Əgər şagird ana dilini bilmirsə, o biri fənləri necə öyrənə, çağdaş bilik və bacarıqlara necə yiyələnə bilər? Buna başqa yozum tapa bilən varsa, buyursun izah etsin, biz də bilək!..
P.S. Bu yaxınlarda qələmlərinə böyük hörmətim olan Afaq Məsudun və İbrahim Quliyevin 1-ci sinfin “Azərbaycan dili” dərsliyi barədə mətbuatda kəskin tənqidi yazıları dərc olundu. Onların iradları o qədər dəqiq, o qədər sərrast, o qədər inandırıcı idi ki, nə balalarımızın zehniyyətini korlayan müəlliflərdən, nə də onların nazirlikdəki himayədarlarından səs çıxdı. Öz-özümə düşünürəm: görəsən bu nə sakitlikdir, bəlkə fırtınaöncəsi sükutdur?!
Nadir İSRAFİLOV, təhsil eksperti


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07 |
|
|
|
• “Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06 |
|
|
|
• Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02 |
|
|
|
• "City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
• Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52 |
|
|
|
• "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49 |
|
|
|
• "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47 |
|
|
|
• “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
• Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41 |
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
• Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31 |
|
|
|
• Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28 |
|
|
|
|