![ZƏLZƏLƏ SIRASI İRANA ÇATDI ZƏLZƏLƏ SIRASI İRANA ÇATDI](/uploads/posts/2011-12/1322737445_iran.jpg)
RABƏR ŞƏHƏRİNDƏ 3,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB
Bu gün səhər İranın Kirman əyalətinin Rabər şəhərində 3,5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın IRNA xəbər agentliyi məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 10:31-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.