OQTAY ŞIRƏLİYEVİN APTEK DAVASI
Tarix: 22-09-2011, 14:33 | Çap et
NAZİR OLİQARXLARLA ÜZ-ÜZƏ QALIB
DİA.AZ: - Səhiyyə naziri Oqtay Şirəliyev bir müddət öncə əczaçılıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmişdi ki, biznes fəaliyyətinin bu növü yalnız xüsusi icazədən sonra həyata keçirilə bilər. Hazırda Azərbaycanda apteklərin fəaliyyət üzrə lisenziya almaq üçün ödədikləri dövlət rüsumunun qiyməti 5500 manatdır. Elə həmin açıqlamasında nazir həmçinin onu da bildirib ki, əvvəllər ölkəyə 15 min adda keyfiyyətsiz dərman daxil olurdu, indi isə ölkəyə yalnız 3 min adda belə dərman gətirilir. O.Şirəliyev ölkəyə gətirilən dərmanların keyfiyyətinin tam şəkildə nəzarət altına götürüləcəyini qeyd edərək dərman bazarında keyfiyyətin yüksəlməsindən sonra apteklərin lisenziyası üçün tələb olunan dövlət rüsusmunun aşağı salına biləcəyini bildirib.
Səhiyyə nazirinin bu bəyanatında əks olunan fikirlər əslində ölkə daxilində oliqarxlar arasındakı В»biznes razborkasıВ»nın elementlərini özündə əks etdirir. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, ölkədə yeni bir gəlirli sahənin monopoliyaya alınması uğrunda qızğın mübarizə başlayıb. Söhbət dərman biznesindən gedir. İndiyədək dərman biznesi digər sahələrlə müqayisədə qismən azad sahə hesab olunurdu. Yəni, bu növ bizneslə məşğul olanlar lisenziya üçün lazım olan məbləği və rüşvəti ödəyib ya özlərinə aptek açır, ya da ölkəyə topdan dərman gətirirdilər. Amma artıq dərman biznesində yığılan rüşvət elə həddə çatdırılıb ki, bu işlə məşğul olmaq üçün böyük imkanların, ya da ki, hakimiyyətdə güclü adamın olmalıdır.
Mənbə qeyd edir ki, hazırda ölkəyə dərman gətirmək istəyən iş adamları lisenziya almaq üçün azı 50 min manat rüşvət verməlidirlər. Halbuki ölkəyə dərman gətirmək üçün verilən lisenziyanın qiyməti 2000 manatdan baha deyil. Amma bunun üçün sahibkarlardan çoxlu sənəd və 50 min manat rüşvət tələb olunur. Özü də bu heç də o demək deyil ki, kimsə Azərbaycana istədiyi qədər dərman idxal edə bilər. Sahibkara yalnız beş il ərzində beş çeşiddə dərman gətirməyə icazə verilir. Həmin dərmanlar ölkəyə gətirildikdən sonra isə onların satışı üçün ayrıca lisenziya tələb olunur. Hər dərmana verilən lisenziya üçün isə sahibkardan 1500 manat tələb edilir. Aptek işlətmək üçün də ayrıca lisenziya tələb edilir və bu sahədə də təbii ki, rüşvətsiz keçinmək mümkün deyil. Rüşvətin, В»şapkanınВ» məbləği isə təbii ki, dövlətə ödənən rüsumdan dəfələrlə böyükdür.
Ölkənin dərman biznesi ilə yaxından tanış olan mənbəmizin sözlərinə görə hazırda bu sahədə səhiyyə naziri Oqtay Şirəliyevlə biznes şəbəkəsini genişləndirmək istəyən oliqarxların ciddi qarşıdurması mövcuddur. Bugünkü duruma isə O.Şirəliyev tam nəzarət etmək gücündə deyil və nazirin əsas məqsədi də dərman biznesindəki əvvəlki gücünü bərpə etməkdir. Belə ki, dərman biznesi indiyədək müəyyən qədər bu sahənin mütəxəssislərinin nəzarətində idi. Yəni, Tibb Universitetinin əczaçılıq fakültəsini qurtaran imkanlı şəxslər bu bizneslə məşğul olurdular. Bu halda isə heç şübhəsiz proses səhiyyə nazirinin monopoliyası altında olurdu. Başqa sözlə, dərman biznesinin gizli və açıq pulları birbaşa nazirin nəzarəti altından keçirdi. Amma yüksək vəzifəli məmurlar bu sahədə yaxşı pul olduğunu görüb, dərman biznesini ələ keçirmək istiqamətində fəaliyyətə keçiblər. Hazırda səhiyyə nazirinin dərman bazarındakı payı dövlət büdcəsindən xəstaxanaların dərmanlar hesabına təmin olunur. Əsas pay isə В»Farm QafurВ», В»Riyad-RentaВ», В»EvroMEDВ», В»NurВ», В»ZəfəranВ» depolarına aiddir ki, bu depoların da hər birinin arxasında ayrı-ayrı oliqarxlar durub. Məlumatlı mənbənin sözlərinə görə səhiyyə naziri dərman bazarındakı hazırki situasiyanı dəyişmək üçün konkret tədbirlər planı hazırlayıb. O.Şirəliyev vaxtı ilə respublikada bütün dərman təminatı, təchizatı, nəzarətini həyata keçirən Baş Apteklər İdarəsi və Mərkəzi Aptek Bazasının fəaliyyətini bərpa etmək niyyətindədir. İlkin tədbirlər kimi isə səhiyyə nazirliyində xeyli sayda apteklərin lisenziyasını ləğv etmək və ölkənin aptek şəbəkəsini yalnız öz nəzarətinə almağı planlaşdırır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? - AKTUAL
Dünən, 18:06 |
|
|
|
• Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI?
Dünən, 18:04 |
|
|
|
• Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır - deputat
Dünən, 17:57 |
|
|
|
• Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
Dünən, 17:54 |
|
|
|
• Dünyanı qarışdıran ərazi təklifi – Zəngəzur ssenarisi təkrarlana bilər
Dünən, 17:53 |
|
|
|
• “Tramp yolu”: “Qırmızı xətt”i keçdi - ŞƏRH
Dünən, 17:50 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur - şirkət özü məlumat yayıb...
Dünən, 17:47 |
|
|
|
• Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• “Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
Dünən, 17:41 |
|
|
|
• Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
Dünən, 17:39 |
|
|
|
• Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Dünən, 17:36 |
|
|
|
• ETX-yə yeni mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:33 |
|
|
|
• SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama – “Xamenei mövqeyini dəyişməyib”
Dünən, 17:31 |
|
|
|
• O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• "Qapısı möhürlənən banklar arasında səni də görərik.." - ÇAĞIRIŞ...
Dünən, 17:05 |
|
|
|
• Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış – Detallar
Dünən, 16:19 |
|
|
|
• Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Dünən, 16:16 |
|
|
|
• Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
Dünən, 16:08 |
|
|
|
• Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır
Dünən, 16:06 |
|
|
|
• Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib - KİV
Dünən, 16:03 |
|
|
|
• Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:00 |
|
|
|
• “Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Dünən, 15:57 |
|
|
|
• Yanukoviç deyir ki... - GƏLİŞMƏ
Dünən, 15:48 |
|
|
|
• Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Dünən, 15:38 |
|
|
|
• Putin Şahbaz Şəriflə görüşüb
Dünən, 15:36 |
|
|
|
• Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:33 |
|
|
|
• “Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Dünən, 15:30 |
|
|
|
• Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Dünən, 15:27 |
|
|
|
• Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Dünən, 15:25 |
|
|
|
• 1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Dünən, 15:17 |
|
|
|
• Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Dünən, 13:22 |
|
|
|
• Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Dünən, 13:21 |
|
|
|
• "Əli Mirəliyev nə vaxt düzələcək?"
Dünən, 13:16 |
|
|
|
• BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Dünən, 13:14 |
|
|
|
• İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Dünən, 12:09 |
|
|
|
• “Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Dünən, 12:05 |
|
|
|
• Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Dünən, 11:56 |
|
|
|
• Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Dünən, 11:49 |
|
|
|
• Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Dünən, 11:42 |
|
|
|
• Bir fotonun analizi - AKTUAL
Dünən, 11:40 |
|
|
|
• Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Dünən, 11:38 |
|
|
|
• “Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:35 |
|
|
|
• Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Dünən, 11:32 |
|
|
|
• "Azəripək" auditor seçir
Dünən, 11:11 |
|
|
|
• Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Dünən, 11:08 |
|
|
|
• "Dövlətin verdiyi ərzaqları evinə aparır..." - VİDEO
Dünən, 11:00 |
|
|
|
• Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - BUNA GÖRƏ...
Dünən, 10:53 |
|
|
|
|