MİSİR MƏRDANOVUN ADAMINA İLGİNC REAKSİYA
Tarix: 6-03-2013, 08:48 | Çap et
Təhsil Nazirliyinin yeni “hücumçusu”
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadəni ekranlarda görəndə, nədənsə, ekspertlərdən birinin onun haqqında yazdığı fikirlər yadıma düşür: “Bu adam elmin və təhsilin nə olduğunu bilməyən, burnu girməyən yerə başını soxan... birisidir”. Şükür xudaya! Axır ki, orta məktəb dərslikləri ətrafında gedən müzakirə və mübahisələrə hörmətli Bayram müəllim də qoşuldu. Yoxsa, adam indiyədək bu mövzuda gedən söhbətlərdən xoşhal ola bilmirdi. Elə bil söhbətin nəsə bir ədviyyəsi çatışmırdı. Öz-özümə düşünürdüm ki, necə ola bilər, göydə uçan sərçənin civiltisinə dərhal reaksiya verən Bayram müəllim dərsliklərlə bağlı “öz sözünü” deməsin?! Nəhayət ki, dedi! Özü də ANS telekanalının “Bazar səhəri Rövşanə ilə” proqramında! Nə dedi?! Buyurun oxuyun: “Axı dövlət idarəçiliyinin qaydaları var. Nəyə görə iki dövlət qurumu arasında olan məsələlər ictimaiyyətdə müzakirə olunmalıdır?! Düzdür bu, bir tərəfdən, Təhsil Nazirliyinə təsir vasitəsidir, ancaq biz burada nəyə nail oluruq? Sadə vətəndaş dərslik haqqında nə deyə bilər?”. Gördünüzmü, Bayram müəllim məsələni hara sürüyüb aparmağa çalışır? Daldey yerə! Yəni TQDK dərsliklərdə axtarıb tapdığı nöqsanları heç kəsə bildirmədən sakitcə Təhsil Nazirliyinin qulağına pıçıldasın və bizim tutduğumuz əməllərdən xalqın xəbəri olmasın. Yox, Bayram müəllim, belə olmur! Bilirsiniz niyə? Lənət sənə, kor şeytan, dilimə bir söz gəlmişdi, deməkdən vaz keçirəm... Sizin düşüncənizin əksinə olaraq sadə vətəndaş da yaramaz dərslikləriniz haqqında çox söz deyə bilər. Necə ki, deyir də! Bayram müəllim, əgər Təhsil Nazirliyi hər il dərsliklərin nəşri ilə bağlı “açıq” müsabiqə-tender keçirirsə, onun nəticəsi olan dərsliklərin nöqsanlarını niyə gizlətmək istəyirsiniz? Niyyətiniz nədir? Deyirsiniz, biz düzgün iradları qəbul edib düzəldirik. Doğru danışmırsınız! Yenə başınız çıxmayan işə baş qoşursunuz. Azərbaycanda dərslik nəşri sistemi naziriniz Misir Mərdanovun “sayəsində” elə qurulub ki, onun nöqsanlarını düzəltmək qeyri-mümkündür. Dərslik dörd ildən bir çap olunursa və bu müddət başa çatdıqdan sonra yeni müsabiqə-tender elan olunursa, onda nöqsanları necə düzəldə bilərsiniz, Bayram əfəndi?! Bu, yalnız və yalnız bircə halda mümkündür: əgər siz yeni tender adı altında yaramaz köhnə dərslikləri təzədən çap etmək istəsəniz! Amma ədalət naminə qeyd etməliyəm ki, nöqsanları bir dəfə “düzəltmisiniz”, 2009-cu ildə “Həyat bilgisi-2” və “Russkiy yazık-2” dərsliklərində Azərbaycanın Dövlət Bayrağı təhqiramiz – baş-ayaq şəkildə çap olunub məktəblərə göndərildikdən sonra, özü də “yamaq” yolu ilə, yəni həmin səhifələri kəsib yerinə yenisini yapışdırmaqla. Yəqin yadınızdan çıxmamış olar, bu təhqiri üzə çıxaranlara minnətdarlıq etmək əvəzinə, bayrağı təhqir edənləri mükafatlandırdınız, onları yeni dərsliklər yazmağa, çap etməyə həvəsləndirdiniz. Sağ olsunlar, onlar da “borclu” qalmadılar. Ötən il nəşr olunan “Həyat bilgisi-1” dərsliyinin 28-ci səhifəsində bayrağımızı şagirdlərə cırılıb didilmiş vəziyyətdə təqdim etdilər... Bayram müəllim, rica edirəm, bu cümlələri diqqətlə oxuyun: “Hər bir ölkənin öz qanunlar toplusu olur. Azərbaycan Respublikasının əsas qanunları onun qanunlar toplusunda – Konstitusiyasında əks olunmuşdur. Burada həyatımızın bütün sahələrinə aid qanunlar var. Konstitusiyamızda Azərbaycanın dövlət rəmzləri – bayrağımız, gerbimiz, dövlət himnimiz haqqında da qanunlar var”. Bu cümlələr “Həyat bilgisi-3” dərsliyinin 46-47-ci səhifələrindən götürülüb. TQDK nə deyir? Dolayısı ilə deyir ki, ey Təhsil Nazirliyi, bayrağımızı təhqir edənlərə, Konstitusiyanın nə olduğunu bilməyənlərə dərslik yazmağı həvalə etmək olmaz! Buna görə TQDK-ya dava açmaq yox, dönə-dönə təşəkkür etməlisiniz, sayın Bayram müəllim. Siz isə deyirsiniz ki, bayraq da, Konstitusiya da təhqir olunsa, ekspertlər özlərini yırtsa belə, öldü var, döndü yoxdur, biz dərslikləri məhz həmin müəlliflərə yazdıracağıq, ona görə də TQDK zəhmət çəkib nöqsanları açıb-ağartmadan gizlində bizə versin. Yox, Bayram müəllim! Deyəsən, bu dəfə yaman yerə ilişmisiniz! Hər gün bir dərsliyinizi çıxdaş edirlər...
Nadir İSRAFİLOV, təhsil eksperti
DİA.AZ-DAN: Yazıdakı fikirlərə görə məsuliyyəti müəllif daşıyır. Qarşı tərəfin də portalımızda mövqe ifadəsinə şərait yaratmağa hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35 |
|
|
|
• "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34 |
|
|
|
• “Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31 |
|
|
|
• “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23 |
|
|
|
• Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18 |
|
|
|
• Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03 |
|
|
|
• RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
• Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58 |
|
|
|
• Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48 |
|
|
|
• Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46 |
|
|
|
• “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30 |
|
|
|
• Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27 |
|
|
|
• Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24 |
|
|
|
• Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17 |
|
|
|
• 39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16 |
|
|
|
• Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14 |
|
|
|
• Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00 |
|
|
|
• Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58 |
|
|
|
• Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55 |
|
|
|
• Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52 |
|
|
|
• Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49 |
|
|
|
• Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43 |
|
|
|
• Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34 |
|
|
|
• İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30 |
|
|
|
• Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25 |
|
|
|
• "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18 |
|
|
|
• Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13 |
|
|
|
• "Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07 |
|
|
|
• Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
• Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59 |
|
|
|
• Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56 |
|
|
|
• Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40 |
|
|
|
• Araz Abdullayev evləndi
Bu gün, 10:34 |
|
|
|
• Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23 |
|
|
|
• SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58 |
|
|
|
• “Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45 |
|
|
|
• Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39 |
|
|
|
• “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25 |
|
|
|
• Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15 |
|
|
|
• Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05 |
|
|
|
• İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56 |
|
|
|
• Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54 |
|
|
|
• Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08 |
|
|
|
• Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07 |
|
|
|
• Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05 |
|
|
|
• Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
|