Moskva geri çəkilir .....                     Zaxarovanın fərqli tonda çıxışı .....                     “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, .....                     “İnsan nə qədər əclaf olmalıdır ki…” .....                     Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə .....                     Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir .....                     Azərbaycanda yeni BAHALAŞMA ANONSU... .....                     İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib .....                     Rusiya Bəşər Əsədi təhvil verəcək? .....                     Ermənilər Qazaxstan ununu bəyənmir? .....                     Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı .....                     Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ .....                     Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" .....                     "...nə qədər desən də xeyri yoxdur" .....                     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" .....                     “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək” .....                     Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? .....                     Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib .....                     Azərbaycanla ərazi mübadiləsi... .....                     Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib .....                     Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram .....                     Azərbaycanda yayılan xəstəlik nədir? .....                     Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu .....                     Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" .....                     Abbas Lisani saxlanıldı .....                     Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı .....                     Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər .....                     Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? .....                     Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq .....                     Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi .....                     Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib .....                     Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                 

İCRA ORQANLARININ DAHA BİR KORRUPSİYASI
Tarix: 19-02-2013, 10:47 | Çap et
İCRA ORQANLARININ DAHA BİR KORRUPSİYASI
FERMERLƏRİN HAQQI YEYİLİR

Azərbaycan kənd təsərrüfatı ölkəsi hesab edilsə də hələ də bir sıra məhsulları xarici ölkələrdən idxal etmək məcburiyyətindədir. Baxmayaraq ki, rəsmi strukturlar dəfələrlə bəyan ediblər ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarındadır, ancaq ölkələrin inteqrasiyası mal mübadiləsini labüd edir. Bu baxımdan ölkədə kənd təsərrüfatinin inkişafı dövlətin prioritet sahələrindən hesab olunur. Dövlət isə kənd təsərrüfatı sahəsində özəl sektorun inkişafını daim diqqətdə saxlayır. Təkcə son müddət ərzində dövlət tərəfindən fermerlərə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilib ki, onun da 83 faizi bölgələrin aqrar sektoruna ödənilib. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycanda dünya bazarına çıxarılacaq ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulu istehsal edən kifayət qədər fermer təsərrüfatları mövcuddur. Məsələ orasındadır ki, bəzi üzdəniraq məmurlar fermerlərin sərbəst fəaliyyətinə süni məhdudiyyətlər yaradırlar. Öz məqsədlərinə müxtəlif yollarla nail olmaq cəhdində bulunan məmurlar hətta dövlət tərəfindən fermerlərə ayrılan subsidiyalara göz tikirlər. Vəziyyət o həddə çatıb ki, bu sahəyə cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi özü “subsidiya əməliyyatı”na girişib. Adıçəkilən nazirlik yeni yaradılan iri fermer təsərrüfatlarına dəstək olmaq əvəzinə onlardan maksimum qoparmağa çalışır. Hansı ki, belə iri fermer təsərrüfatlarının yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına sözün həqiqi mənasında töhvə verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti belə fermer təsərrüfatları tərəfindən təmin edilir. Eyni zamanda, fermer təsərrüfatlarının inkişafı ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Belə bir şəraitdə məmurların fermerlərə ayrılan vəsaitə göz dikmələri qətiyyən başa düşülən deyil. Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda əsas diqqəti məhz bu məsələyə yönəltdi: “Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.

Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyib. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!” Göründüyü kimi məmurların fermerlərə ayrılan vəsaitin hansı səviyyədə və hansı yollarla məninsəmələri dövlət başçısına dəqiqliyi ilə bəllidir. Dövlət başçısınin mövcud problemləri açıqlığı ilə deməklə məmurlara üzlərini yığışdırmaları üçün bir mesaj kimi də qəbul etmək olar.



İqtisadçı alım Vüqar Bayramov bildirib ki, sahibkarların problemləri sırasında dövlət tərəfindən onlara verilən subsidiyaların bəzi hallarda ünvanına çatmaması, sahibkarlara ayrılan kreditlərdən səmərəli istifadə edilməməsi kimi nöqsanlar mövcuddur. Təkcə 2012-ci ildə sahibkarlara 218 milyon manatlıq kredit verilib, eyni zamanda, fermer təsərrüfatlarına subsidiyalar təklif olunub. Bu subsidiyalar Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən əkin sahələrinə uyğun verilir. Belə ki, adi kənd təsərrüfatı məhsulu istehsal edən fermerə hər hektara görə 40 manat, buğda və taxıl məhsulları kimi strateji məhsullara görə isə 80 manat verilir.: “Təəssüf ki, bu subsidiyaların verilməsində ciddi problemlər var. Ötən il Azərbaycan fermerlərinə 60 milyon manata yaxın subsidiya ayrılıb. 2007-2012-ci illər ərzində fermerlərə ayrılan cubsidiyaların həcmi 400 milyon manata yaxındır. Göründüyü kimi burada söhbət kifayət qədər böyük məbləğdən söhbət gedir. Buna baxmayaraq, bəzi hallarda fermerlərin malik olduqları torpaq sahələrinin həcmi artıq göstərilir və dövlət büdcəsindən daha çox vəsait ayrılır. İcra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılan komissiya tərəfindən həmin vəsaitin bir qismi mənimsənilir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən fermerlərdən subsidiya kartları yığılır ki, guya hansısa dövlət əhəmiyyətli tədbir üçün istifadə ediləcək. Apardığımız monitorinqlər deməyə əsas verir ki, bəzi rayonlarda fermerlərə ayrılan cubsidiyalar bankomatlardan gecə saat 3-4 radələrində çıxarılır. İcra hakimiyyətləri yerli əhalidən qorunmaq mıəqsədilə pulu bankomatdan gecə saatlarında çıxarır. Bu isə onu göstərir ki, bəzi rayonlarda fermerlərə ayrılıb subsidiyalar ünvanına çatmır, məmurlar tərəfində mənimsənilir. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da göstərdi ki, belə fırıldaqlara əl atan məmurlar mövcuddur. Bütün bunlara baxmayaraq, hələ də subsidiyaların verilməsində problemlər qalmaqdadır”. Ekspert hesab edir ki, mövcud problemin aradan qaldırılması üçün ictimai və dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var: “İctimai nəzarətin gücləndirilməsi ona görə vacibdir ki, subsidiyaların verilməsindəki nöqsanları aradan qaldırmaq mümkün olsun. Həm də mətbuatın subsidiyaların verilməsinə müşahidə imkanları genişləndirilməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Bu gün, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Bu gün, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Bu gün, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Bu gün, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Bu gün, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Bu gün, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Bu gün, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Bu gün, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Bu gün, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Bu gün, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Bu gün, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Bu gün, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Bu gün, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Bu gün, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Bu gün, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Bu gün, 15:10
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Bu gün, 15:07
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Bu gün, 15:05
Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Bu gün, 15:03
Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Bu gün, 14:59
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Bu gün, 14:58
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Bu gün, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Bu gün, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Bu gün, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Bu gün, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Bu gün, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru