Rəsmi Bakının Ermənistandan iki tələbi var .....                     Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... .....                     AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü .....                     İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı .....                     Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb .....                     Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? .....                     Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül .....                     Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... .....                     AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? .....                     Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... .....                     Qarabağ erməniləri üçün Rusiya nümunəsi .....                     “TələbəPlus” kartları VERİLDİ, .....                     Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı .....                     Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir .....                     Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... .....                     Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır .....                     Quba ŞAHİN OYLAĞINA çevrilib... .....                     Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb .....                     AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda .....                     Xaçmaz sakinləri ümid edir ki... .....                     Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" .....                     Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir .....                     Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb .....                     Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı .....                     Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir .....                     Qalib Ordunun Müzəffər Ali Baş Komandanı .....                     Xalq rəssamı Tofiq Ağababayev vəfat edib .....                     Məsuliyyətdən yayınmanın ALFANET üsulu... .....                     "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" .....                     İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... .....                     Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar .....                     "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir" .....                     Millətin bitməyən KONTAKT HOME çiləsi... .....                     İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... .....                     Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                 

“İSMAYILLI OLAYLARININ DAVAMI OLA BİLƏR”
Tarix: 1-02-2013, 10:33 | Çap et
“İSMAYILLI OLAYLARININ DAVAMI OLA BİLƏR”
“RÜSTƏM İBRAHİMBƏYOV XALQI TAPMACA QARŞISINDA QOYUR”

Əblühəsən Abbasov: “DTK arxivlərinin açılması suverenliyimizin müdafiəsi baxımından əhəmiyyətlidir”

DİA.AZ: - Son günlər Azərbaycan reallığına xas olan ənənəvi problemlərin aktuallaşması – xalq etirazlarının çoxalması, dövlət-cəmiyyət qarşıdurmasının güclənməsi, müxalifətdaxili münasibətlərin kəskinləşməsi və s. bütün bu proseslərə ziyalı baxışını zəruri edir. Odur ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun professoru Əbülhəsən Abbasovla DİA.AZ olaraq söhbətimizdə cəmiyyətimizi narahat edən əsas problemlərin səbəblərini şərh etməklə yanaşı, onların həlli yollarına da aydınlıq gətirməyə çalışdıq.

- “Azadlıq” qəzetinə sonuncu müsahibənizdə qeyd etdiniz ki, milli maraqların müdafiəsi üçün hakimiyyətdəki Mikoyanlar, Öcalanlar getməlidir. Maraqlıdır, Əbülhəsən bəy hakimiyyətdəki Mikoyan və Öcalanlar deyəndə kimləri nəzərdə tutur?

- Bu adlardan ümumiləşdirilmiş bir obraz kimi istifadə etmişəm. Hakimiyyət strukturlarında özlərinə yer edən, fəaliyyəti faktiki olaraq Azərbaycanın milli və dövlət maraqlarına zidd olan, xalqa zülm edən adamları nəzərdə tutmuşam. Bununla etnik bağlılığı qabartmaq niyyətində olmamışam. Mən məhz milli maraqlara xəyanət edən məmurları nəzərdə tuturdum ki, onların da sayı az deyil. O məmurları nəzərdə tuturdum ki, onların fəaliyyəti son nəticədə milli sərvətlərin talanmasına, xalqın əzilməsinə yönəlib və Azərbaycanın köklü problemlərinin, o cümlədən Qarabağ probleminin həllinə maneçilik törədir. Onlar ölkənin intellektual resurslarının inkişafını əngəlləyir, xalqla, ictimai rəylə hesablaşmırlar. Insanların haqlı tələbini belə, qulaqardına vururlar. Bu tələblərə bəzən qədadrcasına qarşılıq verirlər. Insanların problemini haqq-ədalət və hüquq müstəvisində həll etmək əvəzinə, vətəndaşlara qarşı hücuma keçir, onları təqib edirlər. Polis qüvvələrindən istifadə edirlər. Təbii ki, bütün bunlar Azıərbaycana mütərəqqi bir gələcək vəd etmir.

- Hakimiyyət rəsmiləri İsmayıllı olaylarını məişət zəminində baş verən adi xuliqanlıq kimi qələmə verir. Sizcə baş verənlərin kökündə nə dayanır? Bu, “təxribatçı qüvvələrin” avantürasıdır, yoxsa xalqın uzun illərdir ki, yığılıb qalan qəzəb və narazılığının təzahüridir?

İsmayıllı hadisələrinin səbəblərinə ciddi diqqət yetirilməlidir. Baş verən olay xalqın ayağa qalxması üçün bir bəhanə oldu. Hər hansı bir etiraz, narazılıq, nifrət hissi yığılıb qalanda onun püskürməsi üçün adi bir səbəb, kiçik bir bəhanə belə, yetərli olur. Bu olaylar göstərir ki, insanlarda yerli hakimiyyətə qarşı böyük narazılıq var. Hadisələri məişət zəminində baş verən olay kimi qiymətləndirənlər var. Əslində məişət problemi də insanları bu cür olaylara sövq edə bilər. Əgər insanların məişət qayğıları aradan qaldırılmırsa, insanlar gecə-gündüz bir tikə çörək haqqında düşünürsə, onların problemlərinə hər gün yeni bir problem əlavə olunursa, vətəndaşlara xidmət göstərməli olan vəzifə sahibləri öz vəzifə borclarını layiqincə həyata keçirmirsə, əksinə, insanların gözü önündə öz şəxsi maraqlarını təmin edirsə, bahalı vilalar tikirsə, sağa-sola bahalı avtomobillərlə şütüyürsə, aşağı təminatlı insanlara bununla qıcıq verirsə, əlbəttə ki, bütün bunların hamısı xalqın narazılığına səbəb olur. İsmayıllıda baş verən olaylar da göstərir ki, insanlara layiqli münasibət göstərilməyib. Ən azından, insanlara qarşı saymamazlıq, biganəlik olub. Azərbaycan xalqı bu günün özündə də mənəvi dəyərlərə çox həssasdır. Insanların gözü önündə mənəvi aşınmaya səbəb olan əməllər, həyasızlaşmış insanları himayə etmək vətəndaşları etiraza sövq edib, onların narazılığını tətikləyib. Lakin İsmayıllı olaylarından sui-istifadə qaydasında, müxalifətli-iqtidarlı, ayrı-ayrı siyasi qüvvə və təşkilatların öz marağına xidmət edən siyasət yürütməsini düzgün hesab etmirəm. Bilmək lazımdır ki, konkret bir rayonda insanların bəlli bir narazılığı var və onlar öz narazılığını dilə gətirirlər. Xalqa üz çevirmək və onun qayğılarını həll etmək lazımdır. Xalqın hüquqlarını pozan insanlar varsa, onlar da məsuliyyətə cəlb olunmalıdır. Lakin kor-koranə təqiblərə rəvac vermək, kimlərisə tez-tələsik məhkəmə qurub damlamaq doğru deyil. İsmayıllı olaylarını bəzən ərəb inqilabının müjdəsi kimi qələmə verilir. Mən istəməzdim ki, Azərbaycanda ərəb ölkələrindəki hadisələrə oxşar olaylar baş versin. Hətta Misir kimi ölkə belə, bu proseslərə çətinliklə dözür. Azərbaycan isə çox kövrək bir məkanda yerləşir. Misirlə müqayisədə balaca ölkədir. Azərbaycanın üzərinə qlobal kapitalizmin üzləşdiyi böhranın ağırlığını yönəltmək düzgün deyil. Elə etmək lazımdır ki, dövlət də, xalq da qazansın. Bu mövqedən çıxış etmək lazımdır.

- Əkrəm Əylisliyə görə, İsmayıllı olayı sadəcə bir qığılcımdır və dərinlikdəki daha böyük yanğından xəbər verir. Sizə elə gəlmirmi ki, hakimiyyət ciddi addımlar atmazsa, o zaman bu qığılcım alova çevriləcək və Quba, Binə hadisələrinin fonunda bəlli bir keçmişə malik İsmayıllı olaylarının gələcəyi də formalaşacaq?

- Hesab edirəm ki, Quba, Binə, İsmayıllı olaylarının iştirakçılarına qarşı basqı, zor mövqeyindən çıxış etmək doğru deyil. Ilk növbədə ədalət arzusunda olan toplumun pozulmuş haqlarının ödənilməsi lazımdır. Xalq görməlidir ki, hakimiyyət kimlərisə təzyiq və ya təqib etməyə deyil, haqqın, ədalətin bərpasına çalışır. Belə olarsa, iqtidarın nüfuzu artar. Belə olarsa, iqtidar bu cür olayların kütləviləşməsindən də sığortalana bilər. İlk növbədə, əlaqədar dövlət qurumları problemin optimal şəkildə çözülməsinə səy göstərməlidir. Əks təqdirdə proseslərin davamı ola bilər. Problemlər uzun müddət düzgün istiqamətdə həll olunmayanda, problemlər daha da dərinləşir və onların fəsadları da artır. Mənfur daxili qüvvələr, anti-milli qüvvələr, xarici güclər bu məqamlardan istifadə edirlər. Bu, inkarolunmazdır. Bu gün hətta aparıcı dövlətlərdə belə, Azərbaycandakı problemlərdən öz maraqları naminə bəhrələnməyə çalışan qüvvələr var. Bəzən onlar bu işi insan haqları, demokratiya pərdəsi arxasında görürlər. Bundan istifadə edərək iqtidara təzyiq göstərirlrər. Azərbaycan bu qüvvələrin ondan istifadəsinə imkan verməməlidir. Bu isə yalnız o zaman mümkün ola bilər ki, xalqın problemləri operativ və düzgün yolla həll edilsin. Xalqa qayğılı münasibət göstərilməlidir. Onun əlindən tutmaq lazımdır. Əl tutmağın özü böyük bir dəyərdir. Əl tutmaq “Qurani-Kərim”də də, Həzrəti Əlinin kəlamlarında da mühüm yer tutur. Xalqın problemlərini dinləmək, onları öz problemlərin kimi həll etməyə çalışmaq, öz fərdi istəklərini kənara qoymaq, yaxşılıq etnək – bizim tarixi dəyərlərimizdir. Dövlət işlərində bu dəyərlərin gözlənilməsinin özü çox mühüm amildir. Mən siyasi partiyaların fəaliyyətində də bunu vacib hesab edirəm. Dəyərlər yaşayanda cəmiyyət də yaşayır. Bizim milli ideologiyanın özündə Qurandan gələn və tariximizə məxsus dəyərlər gözlənilməlidir. Dəyərlər və onların paklığı gözlənilməyən yerdə ən möhtəşəm nəzəriyyə belə lazımi effekt vermir.

- Xarici mətbuatda İsmayıllı olaylarının təkrarlanacağı təqdirdə hakimiyyətin iflas edəcəyi ilə bağlı fikrilər yer almaqdadır. Sizcə doğrudanmı vəziyyət bu dərəcədə kritikdir və İsmayıllı olaylarının təkrarlanması hakimiyyətin sonu ilə nəticələnəcək?

- Səmimi şəkildə etiraf edək ki, bu gün Azərbaycanda həqiqətən də köklü yeniləşmə zərurəti var. Bu zərurət göz önündədir. Tarix də, elm də sübut edib ki, zərurət uzun müddət ödənilmirsə, o zaman tədricən ciddi fəsadlar törətməyə başlayır. Onun həlli də zaman keçdikcə çətinləşir. Bu zərurətin ödənilməməsindən üçüncü, dördüncü, beşinci qüvvələr də öz məqsədləri naminə istifadə edirlər. Bizi gözləyən təhlükələrdən xilas olmaq üçün zərurət məsələsinə düzgün yanaşılmalıdır. Bu gün iqtidardakı bəzi şəxslər canfəşanlıqla bildirilər ki, guya hər şey yaxşıdır, analoqsuz inkişaf var və s. Məsələ bundadır ki, iqtidar mənsublarının “inkişaf, inkişaf” deməsi özlüyündə heç nəyi həll etmir. Bu inkişafı xalq özü öz həyatında hiss etməlidir. Şübhəsiz, prezident İlham Əliyevin dövründə böyük işlərin görüldüyü danılmazdır. Böyük layihələr həyata keçirilib, şəhərlərimiz, o cümlədən ölkə paytaxtı ciddi şəkildə yeniləşib. Yeni məktəblər, yollar, körpülər, göydələnlər, sosial-mədəni obyektlər, su kəmərinin çəkilişi və s. öz-özünə başa gələn məsələlər deyil. Rayonlarda da müəyyən inkişaf var. Lakin mən icra başçılarının intellektual səviyyəsini o qədər də qənaətbəxş hesab etmirəm. Onların bir çoxunun səviyyəsi bugünkü tələblərə cavab vermir. Bəzən rayonların inkişafına ayrılan vəsait düzgün xərclənmir. Bəzi icra başçıları yerlərdə özlərini qəddar şahlar kimi aparırlar. Özlərinin, qohumlarının varlanması, öz şəraitlərinin daha da yaxşılaşması üçün çalışırlar. Onlar xlqdan uzaq düşüblər. Biz qurulanı, tikiləni inkar edə bilmərik. Lakin böyük göydələnlərin, gözqamaşdıran körpülərin, tunellərin, idman komplekslərinin arxasında insanı görməliyik. Bu gün Azərbaycan insanı, çoxluq özünü bu cəmiyyətin övladı, bu dövlətin vətəndaşı hesab etmir. Azərbaycan heç kimin ata-baba malı deyil. Vətəndaçş hiss etməlidir ki, dövlət onun, övladlarının yaxşı yaşamasında, inkişafında maraqlıdır. O zaman heç bir qüvvə Azərbaycanı dinamik, mütərəqqi inkişafdan yayındıra bilməz və biz dünyada da böyük nüfuz qazanarıq.

- Sizcə baş verənlər fonunda ölkə başçısı və ümumilikdə prezidentlik institutunun atmalı olduğu hansı addımlar var?

- Bu, çox vacib və aktual bir sualdır. Azərbaycanda real siyasi mühit var. Bu siyasi mühitin konkret iştirakçıları var. Prezident də bu siyasi sistemin aparıcı, birinci rolda yer alan şəxsidir. Əlbəttə, birinci şəxsin mövqeyindən, məsələlərə münasibətindən çox şey asılıdır. Müxalifətdə təmsil olunan qüvvələrin qəti təkzib mövqeyindən çıxış etməsini, İlham Əliyev faktoru ilə hesablaşmamasını qəbul etmirəm. Hesab edirəm ki, bu, düzgün yol deyir. Baxın, bu yaxınlarda “Facebook”-da keçirilən sorğuda ən yüksək yeri İlham Əliyevlə Əli Kərimli tutmuşdu. Onların səsi bir-brinə yaxın idi. Bu nəticənin özü göstərir ki, İ.Əliyev real siyasi qüvvədir. Ə.Kərimli də realı siyasi qüvvədir. O, Ə.Elçibəyin ən sadiq, qabiliyyətli silahdaşlarından biri olub və belə də var. Bu qüvvələr bir-birinə hörmət və sayqı sərgiləməlidirlər. Bir-birini inkar etmək heç kimə xeyir vermir. Qarşılıqlı rəddetmə, arzuolunmaz hadisələrə gətirib çıxarda bilər. Bundan başqa, İ.Əliyevin gördüyü işləri də dəyərləndirmək lazımdır. Dünyanın özünün də qlobal bir yeniləşmə qarşısında dayandığını nəzərə almaq lazımdır. Qlobal kapitalizmin düşdüyü böhranı da, üstəlik, hesaba almalıyıq. İ.Əliyev faktoruna ciddi yanaşmaq lazımdır. Prezidentə olan sayğısızlıq, bəzən hətta qeyri-etik münasibət, ümumiyyətlə, bizim prezidentlik instituna hörmət etmədiyimizi göstərir. Bu, eyni zamanda iqtidarda olan bəzi mənfur, əliəyri qüvvələrə çirkin fəaliyyətləti üçün imkan yaradır. Onlar bu vəziyyətdən istifadə edib ölkə başçısını öz təsir dairələrinə almağa çalışırlar. Prezidentin xalqın problemlərinə varmaq addımlarını məhdudlaşdırırlar. Onlar prezidentin xalqdan aralı düşməsində maraqlıdırlar. Mənim Zərifə xanım Əliyevaya hər zaman çox böyük hörmətim olub. Onun atası Əziz Əliyev Hitler Almaniyasının Şimali Qafqaza hücumu zamanı Stalin tərəfindən həmin regiona rəhbər vəzifəyə göndərilib. O, Şimali Qafqazın həyatında böyük rol oynayıb. Bunu Şimali Qafqaz xalqları etiraf etsə də, Azərbaycanda bu haqda heç nə deyilmir. Bu yaxınlarda maraqlı bir fakt mənə məlum oldu: Məhəmməd peyğəmbər də, Həzrəti Əli də, Ə.Elçibəy də, Zərifə xanım da 62 il 8 ay 21 gün ömür sürüblər. Zərifə xanım peyğəmbər ömrü yaşayıb. Elə bir insanın övladının Azərbaycan xalqına yad olduğunu heç güman da etmirəm. Prezident İlham Əliyev, yəqin ki, xalqa doğru gedəcək, sağlam qüvvələrlə bir olacaq. Hesab edirəm ki, Azərbaycanın problemlərinin həlli ümummilli barışıq tələb edir. Nə qədər ki, belə bir barışıq, səmimi dialoq yoxdur, problemləri həll etmək mümkün olmayacaq.

- Bugünlərdə yazıçı-filosof Əlisa Nicat belə bir fikir bildirdi ki, əslində indiki şəraitdə həm xarici təcavüzə, həm də milli zülmə məruz qalan Azərbaycanda milli ideologiyanın zəruriliyini önə çəkmək doğru deyil. Bu qənaəti bölüşürsünüzmü?

- Mən Əlisa müəllimin bu fikrini bölüşmürəm. Mənim Əlisa müəllimə çox böyük hörmətim var. O, bir yazıçı, fikir adamı kimi çox mənalı ömür yolu keçib. Onun Azərbaycan mədəni həyatının inkişafında böyük zəhməti var. O, öz fəaliyyəti ilə Azərbaycana daim fayda gətirməyə çalışıb. Lakin bununla belə, Əlisa müəllimin bu mövqeyi ilə razı deyiləm. İnsan cəmiyyəti kor-koranə fəaliyyət göstərə bilməz. Başqa canlılardan fərqli olaraq insan hər hansı bir addımdan öncə düşünür, beynində hər hansı bir konstruksiya yaradır. Dövlət və cəmiyyəti əhatə edən problemlərdən söhbət gedirsə, belə bir dünyagörüşü sistemi xüsusilə vacibdir. Əgər biz Azərbaycanın pozitiv inkişafını istəyiriksə, bilməliyik ki, nəzəri, qnoseoloji əsaslar olmadan bu, mümkün deyil. Bunun özü ideologiya deməkdir. İdeologiyanın özü də milli və siyasi ideologiya olmaqla iki yerə ayrılır. Əgər bir siyasi partiyanın siyasi ideologiyası yoxdursa, onu siyasi təşkilat hesab etmək olmaz. Cəmiyyətin siyasi inkişafını, siyasi inkişaf vektorunu isə siyasi partiyalar müəyyən edir. Ideologiyasız hərəkət hər zaman mənfi nəticələrə səbəb olur. Hətta bu hərəkət hansısa mərhələdə müəyyən səmərə versə də, bu, keçici, təsadüfi uğur olur.

- Hər zaman olduğu kimi bu gün də müxalifətin birliyi əsas problemlərdən biri hesab olunur. “Hürriyyət”ə açıqlamasında Sərdar Cəlaloğlu belə bir fikir bildirdi ki, müxalifətin birləşməsinə mane olan ən mühüm amillərdən biri müxalif liderlərin bir-birinə olan qeyri-səmimi münasibətidir. Sizcə doğrudanmı müxalifətin hələ də birləşməməsi bu qeyri-səmimilikdən qaynaqlanır?

- Mən Sərdar bəyi uzun müddətdir ki, tanıyıram və ona böyük hörmətim var. O, öz üzərində çalışan və nəzəri məsələlərə diqqət yetirən bir şəxsdir. O, Azərbaycanın demokratikləşməsi istiqamətində ciddi zəhməti olan bir insandır. Uzun müddət praktiki surətdə siyasətlə məşğul olan bir insan kimi mən onun fikirlərini diqqətə alıram. Mən qeyri-səmimi münasibətin müxalfətin birliyinə nə dərəcədə mane olması ilə bağlı dəqiq fikir yürüdə bilmərəm. Müxalifətin birliyinə mane olan amillər çoxdur və bunlardan biri də Sərdar bəyin göstərdiyi amildir. Bu qeyri-səmimilik o qədər qabarıqdır ki, bunu siyasətdə olmayan adi vətəndaşlar da hiss edir. Əslində, belə münasibətin özü dəyərlərin aşınması ilə bağlıdır. Siyasətçi öz siyasətində hər zaman dəyərlərə fikir verməlidir. Əgər siyasətçi eqoistlik nümayiş etdirərək mövcud obyektivliyi danırsa, bu, müsbət sonluğa xidmət etmir. Müxalifətdə qeyri-səmimiliyin mövcudluğu həqiqətdir. Yersiz iddia və kin, qarşılıqlı nifrət də çoxdur. Azərbaycan siyasətində elə adam var ki, özündən başqa təşkilatında kimsə yoxdur, amma adı partiya sədri gedir. Və istəyir ki, uzun müddətdir ki, təşkilatlanan, ətrafında xeyli insan olan partiya lideri ilə eyni iddiada çıxış etsin. Riyaziyyatda iki cür inteqral var. Bunlardan biri Riman, digəri isə Lebeq inteqralıdır. Riman inteqralında cəmləşmək, inteqrallaşmaq nizamsız olaraq həyata keçirilir. Tutaq ki, mənim cibimdə müəyyən məbləğdə pul var ki, onlar da beşliklərdən, onluqlardan, iyirmilikdən ibarətdir. Miqdar eyni miqdar olsa da, həmin pullar cibimdə qarışıq şəkildə yer alıb. Lebeq inteqralı isə o deməkdir ki, mən üçlükləri, beşlikləri, iyirimilikləri ayrıca yığıram, baxmayaraq ki, burada da məbləğ və miqdar eynidir. Bu, nizamlı inteqrallaşmadır. Mən siyasi partiyaların inteqrallaşmasında bu nizamlılığı vacib hesab edirəm. İnteqrallaşma Riman üsulu ilə gedəndə, adi bir beşlik 20-likərin içinə girir və qızara-qızara deyir ki, mən də varam. Hətta bəzən 50-liklərin arasına belə girir. Nəticədə heç bir ciddi məsələnin həllinə imkan vermir. Nizamlı inteqrasiya olsa, onda beşlik öz yerini bilər. 20-liyin, 50-liliyin içinə düşməz. Bu da dəyər məsələsidir. Bu gün Azərbaycandakı problemlərdən biri də siyasətdəki dəyərlər məsələsidir. Dəyərlərin gözlənilməməsinin qarşısı isə mən dediyim üsullarla aradan qaldırıla bilər. “Müxalifət birliyə getməlidir” deməklə bu birlik baş tutmur. Konfyutsinin idarəçilik nəzəriyyəsində gözəl bir prinsip var. Bu prinsip müxtəliflik vasitəsi ilə birliyə (vahidliyə) nail olmaqdır. Yəni rəngarənglikdən qorxmaq lazım deyil. Müxtəlifliyi boğmaq olmaz. Müxtəlifliyin fəaliyyətinə imkan verərək son nəticədə müəyyən bir müsbət yekuna sahib olmaq lazımdır. Lakin unutmayaq ki, bu müxtəliflikdən vahidliyə gəlmək prosesi elm, ağil və fədakarlıq tələb edir.

- Rüstəm İbrahimbəyov “El” hərəkatının başlanacağının anonsunu verib və qeyd edib ki, bu hərəkar demokratik qüvvələrin birləşməsinə xidmət edəcək. Lakin Sizə elə gəlmirmi ki, İctimai Palatanın mövcudluğu şəraitində müxalifətin yeni güc mərkəzini yaratmaq onu birləşdirməkdən daha çox parçalamaq məqsədinə xidmət edir?

- Bu, olduqca aktual və düşündürücü bir sualdır. Əminəm ki, bu sual çoxlarını düşündürür. Mən hörmətli Rüstəm müəllimin məsələyə yanaşmasında bir ziddiyyət görürəm. R.İbrahimbəyov dəfələrlə Ziyalılar Forumunun tərkibi adından belə bir iddia irəli sürüb ki, təmsil olunduğu təşkilatın siyasi iddiası yoxdur. Eldar Namazovdan başqa kimsənin seçkilərdə iştirak edəcəyi də gözlənilmir. O, bununla da Ziyalılar Forumundakı digər insanların siyasətlə ciddi məşğul olmadıqlarını, siyasətin sadəcə həvəskarları olduğunu işarəliyir. Digər tərəfdən isə yeni qüvvə adı ilə ciddi bir faktor irəli sürür. Bu isə mənə ziddiyyətli gəlir. Ikincisi, mən 30 ilə qədər mürəkkəb proseslərlə məşğul olan bir şəxs kimi anladığım odur ki, mürəkkəb siyasi proseslərin gedişatında R. İbrahimbəyovun vəd etdiyi 3-cü qüvvə lapdan düşmüş siyasi qüvvədir. Bu isə gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Yəni özü problemi problemləşdirə bilər. R.İbrahimbəyovun hansı siyasi qüvvələri nəzərdə tutduğu mənim üçün aydın deyil. Bunlar kimdir, onların ideologiyası nədir, onlar problemləri hansı müstəvidə, hansı təsəvvürlər sistemi ilə həll etməyi planlaşdırır? Hesab edirəm ki, göydə, yerin altında, kənar ölkə və ya uzaq kosmosda hansısa siyasi qüvvə yetişdirməklə, onu lapdan gətirib Azərbaycan cəmiyyətinə təqdim etməklə problem həll edilə bilməz. Azərbaycanın öz siyasi reallığı var. Burada siyasi meydanda az və ya çox müddətdə neqativ və pozitivləri ilə bərabər fəaliyyət göstərən insanlar var. Öz fəallığı, zəkası ilə diqət çəkən bu insanlar problemlərin həllində əsas aktor rolunu oynamalıdır. R.İbrahimbəyovun isə vəd etdiyi qüvvə naməlumdur və insanları tapmaca qarşısında qoyur. Bilinmir ki, bu qüvvələr Azərbaycan cəmiyyətinin bətnindəmi formalaşır, onların maraqları Azərbaycanın milli maraqları üzərindəmi köklənib, onların bacarığı nədən ibarətdir. Mən bu məsələdə özüm üçün aydın olmayan məqamları çox görürəm. Bəlkə də Rüstəm müəllim gələcəkdə bunu daha geniş şəkildə açıqlayacaq. Ancaq hələ ki, vəziyyət o qədər də aydın deyil.

- Son günlər DTK arxivlərinin açılması məsələsi də gündəmdədir. Maraqlıdır ki, bəzi ziyalı və siyasilər bu arxivlərin açılmasının vacibliyini vurğulasa da, buna qarşı çıxanlar da yetərincədir. DTK arxivlərinin acılmasına qarşı çıxanlar iddia edir ki, Azərbaycanın üzdə olan əksər siyasətçiləri və ziyalıları vaxtilə DTK-la əməkdaşlıq etdiyi üçün arxivlərin açılması cəmiyyətdə ciddi qarşıdurmaya səbəb ola bilər. Sizcə arxivlər açılmalıdırmı və doğrudanmı bu, cəmiyyətdə ciddi məyusluq və xaosa yol aça bilər?

- Mən bu məsələdə konkret kəmiyyət ölçüsü apara bilmərəm. Çünki bu istiqamətdə heç bir araşdırma aparmamışam. Lakin hesab edirəm ki, DTK arxivləri açılmalıdır. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə də DTK arxivlərinin açılmasının tərəfdarı idim. Mən o zaman məqalələrimin birində bunun vacibliyini vurğulamışdım. Həmin yazıda Pribaltika ölkələrinə istinad etmişdim. Orada DTK-nın arxivləri açılmışdı. Məlum olmuşdu ki, bəzi şəxslər agentura şəbəkəsinə bağlıdır. Lakin orada DTK arxivlərinin açılması nə vətəndaş müharibəsinə, nə də avtoritarizmin qurulmasına gətirib çıxartmadı. DTK üçün agentura şəbəkəsi idarəetmə aləti olub. Vaxtilə Namiq Abbasovun “Öncə vətəndir” kitabı çıxmışdı. N.Abbasov qeyd edir ki, o vaxt Elçibəyi DTK arxivlərinin açılmasından çəkindirib. Bildirib ki, həmin şəxslərin övladları var, məlumatların ictimaiyyiləşməsi kiminsə kimnənsə ədavətinə səbəb ola bilər və s. Lakin bu düzgün olmayan yanaşmadır. Vaxtilə DTK-ya bağlı olan şəxslər bu günün özündə də, istəməsələr belə, xarici kəşfiyyata işləməyə məcburdurlar. Çünki agentura şəbəkəsinin əlində ona bağlı olan şəxslərlə bağlı elə məluatlar və təsiretmə üsulları var ki, bu şəxslər onlara verilən tapşırıqdan kənara çıxa bilmirlər. Bütün agentura şəbəkəsinin siyahısı Kremldədir. Mən konkret elə adamlar tanıyıram ki, onun elmi dərəcə almasında, institutda işləməsində keçmiş DTK-nın əməyi olub. İndi o, bu gün Azərbaycan elmi və cəmiyyətinə necə faydalı ola bilər? Onların sayı, bir deyil, iki deyil, çoxdur. Belə bir halda biz öz suverenliyimizi necə qoruya bilərik? Həqiqətin ortada olması hər zaman pozitiv nəticənin alınmasına kömək edib. Həqiqəti gizləməklə müsbət nəticə əldə etmək olmaz. Arxivlər açılmalıdır. Təbii ki, arxivlətin açılmasının törədə biləcəyi fəsadlara yol verməmək lazımdır. Amma təmizlənmə prosesi getməlidir. Arxivlərin açılması xarici mərkəzləri də çəkindirə bilər. Onlar görsə ki, onlara çalışan şəxslər deşifrə olunub, o zaman həmin insanlardan istifadə edə bilməyəcəklər. DTK arxivlərinin açılması Azərbaycanın suverenliyinin, milli maraqlarının qorunması baxımından əhəmiyyətlidir və bu zərurət məlum məsələdə hökmən nəzərə alınmalıdır.

Seymur Əliyev









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43
Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41
İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru