Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər .....                     Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi .....                     Tramp mətbuat konfransında mürgülədi .....                     Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb .....                     Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır .....                     Bakıdan Ermənistana .....                     “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi .....                     Şəhid atasına yüksək vəzifə verildi .....                     "İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi" .....                     Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI .....                     Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? .....                     "Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram" .....                     "Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" .....                     "“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." .....                     “Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” .....                     Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? .....                     İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib .....                     Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür .....                     "Müalicəm davam edir, yorğunluq da olur" .....                     “Milli Qəhrəman” adına kölgə SALANLAR .....                     “Britaniya kralı böyük rol oynayıb” .....                     "Dənizkənarı Bulvar İdarəsi" sığortaçı seçir .....                     Rəsul Quliyev Bakıya gəlir .....                     Xalq artistini "pul yağışı"na tutdular .....                     Dövlət qurumu əmlaklarını qiymətləndirəcək .....                     Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb .....                     Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? .....                     “Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb .....                     "Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib .....                     İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı .....                     “9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” .....                     Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi .....                     "Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" .....                     AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama .....                     Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır .....                     Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı .....                     Gücümüz dostu sevindirdi, düşməni isə... .....                     “Çəkilin, icra başçısı gəlir“ .....                     16 yaşlı yeniyetməni bıçaqlayan şəxs .....                     ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib .....                 

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Tarix: 30-01-2025, 11:00 | Çap et
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətini qalib seçib. “Əsaslı Tikinti və Təchizat” MMC sözügedən ASC ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Məlumat 28.01.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 1.324.339,96 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq “Əsaslı Tikinti və Təchizat” MMC müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Qeyd edək ki, bu “Əsaslı Tikinti və Təchizat” MMC və “ŞƏMKİR TİKİNTİ-18” ASC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 505.739,15 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 943.080,80 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Baş nazir Əli Əsədov müvafiq qərar ilə 17.10.2022-ci ildə yaradılıb. MMC nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Qərarla Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Çox maraqlıdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinə baxmayaraq qurumun rəsmi culture.gov.az saytında “Əsaslı Tikinti və Təchizat” MMC barəsində heç bir məlumat yoxdu. Sanki gizli bir qurum kimi fəaliyyət göstərir. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmalar belə nəticə vermədi.

Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan öyrənə bildik ki, “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabrına kimi.

Qeyd edək ki, “FİL AGENCY” MMC Cəbrayılova Aysel Nazim qızı tərəfindən təsis edilib. Uzun müddət aparıcı bankların İctimaiyyətlə Əlaqələr və Rəqəmsal Marketinq bölmələrində rəhbər vəzifəsində çalışmışdır. MMC-nin əsas fəaliyyəti marketinq və reklam sahəsidir.

Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb. “Əsaslı Tikinti və Təchizat” MMC hər üç tenderdə də qalib şirkətə ehtimal olunan qiymətdən qanunda müəyyən edildiyi 20 faizdən çox, 35-40 faiz güzəştə gedib. Bu da “Əsaslı Tikinti və Təchizat” MMC-nin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, açıq tenderlərin keçirilməsində saxtakarlıq hallarına yol verilməsinə şübhələr yaradır. Bunlar həm də bir dövlət satınalmasından daha çox əvvəlcədən sövdələşməyə, işbirliyinə oxşayır.

Son illər Mədəniyyət Nazirliyindəki talanan dövlət vəsaitləri hamıya məlumdu. Bunlardan sonra sözügedən qurumda eyni halların təkrar olunması təəccüb döğurmaya bilmir. Maraqlıdır, görəsən bu kimi hallardan 14 aprel 2023-cü ildə Mədəniyyət Nazirliyinin rəhbərliyinə gətirilmiş Adil Kərimlinin xəbəri varmı?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Bu gün, 13:23
Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Bu gün, 13:20
Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Bu gün, 13:16
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Bu gün, 13:12
Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Bu gün, 12:42
Bakıdan Ermənistana bu mesajlar VERİLDİ...
Bu gün, 12:31
“Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi - BUNA GÖRƏ...
Bu gün, 12:28
Şəhid atasına yüksək vəzifə verildi - FOTO
Bu gün, 12:24
"İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"
Bu gün, 12:20
Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI - Kürdəmirdə OLAY
Bu gün, 12:19
Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? - PƏRDƏARXASI MƏQAM
Bu gün, 12:16
"Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
Bu gün, 12:10
"Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" - Xalq artisti
Bu gün, 12:08
"“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." - NARAZILIQ VAR...
Bu gün, 12:06
“Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” - Koçaryan
Bu gün, 12:00
Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? - AKTUAL
Bu gün, 11:49
İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 11:47
Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür - FOTO
Bu gün, 11:41
"Müalicəm davam edir, yorğunluq da olur" - FOTO
Bu gün, 11:39
“Milli Qəhrəman” adına kölgə SALANLAR - SİYAHI
Bu gün, 11:32
“Britaniya kralı böyük rol oynayıb” - Zelenski
Bu gün, 11:24
"Dənizkənarı Bulvar İdarəsi" sığortaçı seçir - TƏFƏRRÜAT
Bu gün, 11:14
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Bu gün, 11:09
Xalq artistini "pul yağışı"na tutdular - VİDEO
Bu gün, 11:07
Dövlət qurumu əmlaklarını qiymətləndirəcək - ŞİRKƏT AXTARIR
Bu gün, 10:47
Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb - TƏFƏRRÜAT
Bu gün, 10:40
Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? - “Antikorrupsiya məzunu”nun paradoksu
Bu gün, 10:35
“Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 10:15
"Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Balakən Rayon İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?
Bu gün, 10:02
İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT
Bu gün, 09:53
“9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” - Köçəryan
Bu gün, 09:43
Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO
Bu gün, 09:42
"Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" - Robert Köçəryan
Bu gün, 09:40
AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama - laboratoriyalarda nələr gizlədilir?
Bu gün, 09:22
Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır - Paşinyan
Bu gün, 09:20
Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan
Bu gün, 09:17
Gücümüz dostu sevindirdi, düşməni isə... - ŞƏRH
Bu gün, 09:09
“Çəkilin, icra başçısı gəlir“ - “Zövqsüz, əttökən idi“
Bu gün, 09:06
16 yaşlı yeniyetməni bıçaqlayan şəxs ƏLƏ KEÇDİ
Bu gün, 08:53
ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib - CNN
Bu gün, 08:50
Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Bu gün, 07:58
Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... - TƏFƏRRÜAT
Bu gün, 07:56
Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır - "Ura.news"
Bu gün, 07:11
Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb
Bu gün, 07:09
Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir – Surenyants
Bu gün, 06:41
"Hər semestr 300 manat tələb olunar heç?" - NARAZILIQ VAR...
Bu gün, 06:38
"Trampdan Qərb liderləri kimi qorxmuram..." - Zelenski
Bu gün, 05:55
Təhsil sistemi: Belə davam edə bilməz... - ÇÜNKİ...
Bu gün, 05:52
Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR - "Niyə insanların haqqına girirsiniz?"
Bu gün, 05:32
Tısbağa yerişli 'SÜRƏT KARQO'... - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru