Geologiya və Geofizika İnstitutunun şübhəli satınalmaları... - "Akademik təsadüf", yoxsa...
Tarix: 14-01-2025, 09:35 | Çap et
 rezident İlham Əliyevin 2022-cilin iyul ayında imzaladığı fərmanla Azərbaycan Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələrinin əksəriyyəti Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisələrdən biri də Geologiya və Geofizika İnstitutudur. Geologiya və Geofizika İnstitutu Elm və Təhsil nazirliyinin tabeliyinə veriləndən sonra da, əvvəlki kimi müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Qlobal.az Geologiya və Geofizika İnstitutunun sifarişçi olduğu bir sıra satınalmalar üzərində araşdırma aparıb: Geologiya və Geofizika İnstitutu 2023-cü ilin noyabr ayının 27-də "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən Geologiya və Geofizika İnstitutu üçün polikristal materialların keyfiyyət və kəmiyyət faza analizi üzrə çoxməqsədli toz difraksiya analitik cihazı üçün qeyri-üzvi materialları və həmin materialların sürətli şəkildə müəyyənləşdirilməsini asanlaşdıran proqram təminatının satın alınması" lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 34.000 manat, qalibi isə "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin avqust ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Xan Şuşinski ev 49, qanuni təmsilçisi isə Əhmədov Rauf Əlisa oğludur. Geologiya və Geofizika İnstitutunun növbəti şübhəli satınalmalarından biri isə təxminən bir ay əvvəl - 2024-cü ilin dekabr ayının 12-də keçirilib.

"Qeyri-maddi aktivlərin (proqram təminatı) satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 26.500 manat, qalibi isə yenə də "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İnstitut bu satınalmadan 15 gün sonra - 2024-cü ilin dekabr ayının 27-də daha bir satınalmaya yekun vurub. İnstitutun "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən institutun laboratoriyalarında tədqiqat işlərinin aparılması məqsədilə zəruri olan avadanlıqların satın alınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 59.000 manat, qalibi isə "DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 "DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Geologiya və Geofizika İnstitutunun 2023-cü ilin noyabr ayının 27-də və 2024-cü ilin dekabr ayının 12-də keçirdiyi satınalmada qalib elan etdiyi "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə eynidir - Yasamal rayonu, Xan Şuşinski ev 49.
 "DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi isə İnstitutun yuxarıda qeyd edilən tarixlərdə qalib elan etdiyi şirkətin - "DR. LAB" MMC-nin qanuni təmsilçisi Əhmədov Rauf Əlisa oğludur.
 Geologiya və Geofizika İnstitutunun müxtəlif zamanlarda hüquqi ünvanı və qanuni təmsilçisi eyni şəxs olan təşkilatları sifarişçi olduğu satınalmada qalib elan etməsi bir sıra suallara yol açır. Qlobal.az qalib elan edilən şirkətlərin qanuni təmsilçilərinin və hüquqi ünvanlarının eyni olması ilə bağlı Geologiya və Geofizika İnstitutundan mövqe öyrənib. Açıqlamada deyilir: "Qalib elan edilən şirkətlərin hüquqi ünvanlarının və qanuni təmsilçilərinin eyni olması keçirilən satınalmanın şəffaflığına şübhə salmır. Geologiya və Geofizika İnstitutu satınalma elanı verdikdə və qalib seçilənə qədər heç cür bu prosesə müdaxilə etmək imkanına malik deyil. İddiaçı təşkilatların hüquqi ünvanları və qanuni təmsilçiləri barədə məlumatların yoxlanılması bizim səlahiyyətimizə aid deyil. Bu Dövlət Satınalmaları Haqqında Qanuna ziddir".  Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadədir. Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Neft və qazın geologiyası və geokimyası, Petrologiya və Metallogeniya, Regional geologiya, Yer fizikası və Neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası sahələri üzrə fəaliyyət göstərir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Bu gün, 14:59 |
|
|
|
| • Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Bu gün, 14:55 |
|
|
|
| • Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Bu gün, 14:47 |
|
|
|
| • Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Bu gün, 13:23 |
|
|
|
| • Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Bu gün, 13:20 |
|
|
|
| • Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Bu gün, 13:16 |
|
|
|
| • Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Bu gün, 13:12 |
|
|
|
| • Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Bu gün, 12:42 |
|
|
|
| • Bakıdan Ermənistana bu mesajlar VERİLDİ...
Bu gün, 12:31 |
|
|
|
| • “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi - BUNA GÖRƏ...
Bu gün, 12:28 |
|
|
|
| • Şəhid atasına yüksək vəzifə verildi - FOTO
Bu gün, 12:24 |
|
|
|
| • "İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"
Bu gün, 12:20 |
|
|
|
| • Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI - Kürdəmirdə OLAY
Bu gün, 12:19 |
|
|
|
| • Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? - PƏRDƏARXASI MƏQAM
Bu gün, 12:16 |
|
|
|
| • "Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
Bu gün, 12:10 |
|
|
|
| • "Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" - Xalq artisti
Bu gün, 12:08 |
|
|
|
| • "“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." - NARAZILIQ VAR...
Bu gün, 12:06 |
|
|
|
| • “Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” - Koçaryan
Bu gün, 12:00 |
|
|
|
| • Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
| • İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 11:47 |
|
|
|
| • Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • "Müalicəm davam edir, yorğunluq da olur" - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Milli Qəhrəman” adına kölgə SALANLAR - SİYAHI
Bu gün, 11:32 |
|
|
|
| • “Britaniya kralı böyük rol oynayıb” - Zelenski
Bu gün, 11:24 |
|
|
|
| • "Dənizkənarı Bulvar İdarəsi" sığortaçı seçir - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
| • Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Bu gün, 11:09 |
|
|
|
| • Xalq artistini "pul yağışı"na tutdular - VİDEO
Bu gün, 11:07 |
|
|
|
| • Dövlət qurumu əmlaklarını qiymətləndirəcək - ŞİRKƏT AXTARIR
Bu gün, 10:47 |
|
|
|
| • Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? - “Antikorrupsiya məzunu”nun paradoksu
Bu gün, 10:35 |
|
|
|
| • “Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
| • "Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Balakən Rayon İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?
Bu gün, 10:02 |
|
|
|
| • İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT
Bu gün, 09:53 |
|
|
|
| • “9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” - Köçəryan
Bu gün, 09:43 |
|
|
|
| • Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO
Bu gün, 09:42 |
|
|
|
| • "Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" - Robert Köçəryan
Bu gün, 09:40 |
|
|
|
| • AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama - laboratoriyalarda nələr gizlədilir?
Bu gün, 09:22 |
|
|
|
| • Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır - Paşinyan
Bu gün, 09:20 |
|
|
|
| • Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan
Bu gün, 09:17 |
|
|
|
| • Gücümüz dostu sevindirdi, düşməni isə... - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
| • “Çəkilin, icra başçısı gəlir“ - “Zövqsüz, əttökən idi“
Bu gün, 09:06 |
|
|
|
| • 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs ƏLƏ KEÇDİ
Bu gün, 08:53 |
|
|
|
| • ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib - CNN
Bu gün, 08:50 |
|
|
|
| • Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Bu gün, 07:58 |
|
|
|
| • Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... - TƏFƏRRÜAT
Bu gün, 07:56 |
|
|
|
| • Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır - "Ura.news"
Bu gün, 07:11 |
|
|
|
| • Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb
Bu gün, 07:09 |
|
|
|
| • Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir – Surenyants
Bu gün, 06:41 |
|
|
|
| • "Hər semestr 300 manat tələb olunar heç?" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
| • "Trampdan Qərb liderləri kimi qorxmuram..." - Zelenski
Bu gün, 05:55 |
|
|
|
|