"Bu, Azərbaycansayağı müflisləşmə və ləğv prosesidir..." - İLGİNC...
Tarix: 5-12-2024, 11:27 | Çap et
 Hüquqşünas Əkrəm Həsənov ölkədə ən son bağlanan bank olan "Muğanbank"ın ləğv prosesindəki özbaşınalığın arxasında dayanan qaranlıq məqamlara aydınlıq gətirib.
O, "Muğanbank"ın kreditorlarını birləşməyə səsləyib: "Muğanbank" ötən ilin oktyabr ayında müflis elan olunub. Müştərilərin dağıdılmış vəsaitin həcminə görə "Bank Standard", "Texnikabank" və "AtaBank"ın günündədir. Yəni bu bankın sahibləri və rəhbərləri orada daşı-daş üstdə qoymayıblar. Minlərlə yerli və xarici müştərinin bu bankda yüz milyonlarla vəsaiti qalıb. Hətta işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin də. Məlum olduğu kimi, bu bank keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru kimi tanınan Əhməd Vəliyevə və onun ailəsinə məxsus idi. Bu bankda vəziyyət həmişə bərbad olub. Hətta ötən ilin may ayında "GünayBank" bağlananda sual etdim ki, bundan qat-qat ağır vəziyyətdə olan "Muğanbank"ı niyə bağlamırlar bəs? Bir neçə ay sonra onu da bağladılar. Daha çox müştəri cəlb edib pullarının başına daş salandan sonra."
Ekspert bildirib ki, bu bankda heç vaxt normal idarəetmə olmayıb:
"Məlumat var ki, xeyli qanunsuz bank qarantiyaları da verib və s. Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi bunun da yiyələrinə qarşı tədbirlər görüləcək. Lakin əksi oldu. Belə ki, bu il hətta Əhməd Vəliyevin oğlu Samir Vəliyev deputat da oldu. Görünür, bizdə daha çox vəsaitin başına daş salmaq lazımdır ki, yekunda sudan quru çıxasan. Hər bir halda indi əsas məsələ Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Muğanbank"ın ləğvinin necə həyata keçirilməsidir. Xatırladıram ki, bu proses əsnasında fond bankın əmlakını hərracda satmalı, verdiyi kreditləri qaytarmalı, bankın sahibləri və rəhbərlərinin pozuntuları olduğu halda vəsaiti onlardan tələb edərək almalı və yekunda yığılmış vəsaiti kreditorlar (bankda pulu qalmışlar) arasında bölüşdürməlidir. Bu prosesə də Kreditorlar Komitəsi nəzarət etməlidir. Rübdə bir dəfə fond bütün kreditorlara hesabat və ləğv planını təqdim etməlidir".
Əkrəm Həsənov qeyd edib ki, indiyədək Bakı Apellyasiya Məhkəməsi kreditorların siyahısını belə təsdiq etməyib: "Halbuki, qanunvericiliyə görə məhkəmə onu bu ilin fevral ayında təsdiq etməli idi. Böyük ehtimalla fond hələ də siyahını məhkəməyə tam təqdim etməyib. Niyə? Ona görə ki, bu halda Kreditorlar Komitəsi yaranacaq və Fondun işinə nəzarət edəcək. Fond isə bunu istəmir. Əvvəla, öz maraqları naminə: məlumdur ki, ləğv prosesində olan bankların olan-qalan əmlakının başına da məhz bu fond tam daş salır. Digər tərəfdən isə böyük ehtimalla fond bu bankın sahibləri və rəhbərlərini zərbədən qoruyur. Çünki prosesə nəzarət başlasa, bu bankın niyə müflisləşməsi sualı ortaya çıxacaq, təqsirkarlar axtarılacaq. Hələlik isə fond heç kreditorların məktublarına belə cavab vermir. Xarici kreditorlar mənə müraciət edir ki, heç belə də şey olar, pulumuz orada qalıb, buna başa düşdük, bəs ləğv prosesi niyə qeyri-şəffaf aparılır, bizə məlumat verilmir? Zavallılar heç bir ölkədə belə şey görməyiblər. Bu, Azərbaycansayağı müflisləşmə və ləğv prosesidir".
Ekspert yaranmış vəziyyəti nəzərə alaraq bu bankın kreditorlarına üz tutub: "Gözləməyin! Heç kəslə separat danışıqlara getməyin, sizi aldadacaqlar, gözlə deyəcəklər ki, vaxt udsunlar. Özünüz biri-birinizlə əlaqə saxlayaraq toplantı keçirin. Yalnız siz birləşdiyiniz halda fond və məhkəmələr sizin maraqlarınızla hesablaşacaq. Əks halda, fond sizə bir qəpik də qaytarmayacaq. Bir sözlə, gəlin özümüz bu bankın kreditorlarının toplantısını keçirək, bankın müflisləşmə səbəblərini araşdıraq, təqsirkarları müdafiə edək. Fonddan şəffaf və ədalətli ləğv prosesini tələb edək".
AFN.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Bu gün, 18:00 |
|
|
|
| • Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Bu gün, 17:48 |
|
|
|
| • Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Bu gün, 17:46 |
|
|
|
| • Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Bu gün, 17:32 |
|
|
|
| • İcra başçıları toya nə qədər pul yazdırır?
Bu gün, 17:30 |
|
|
|
| • Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Bu gün, 17:28 |
|
|
|
| • Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Bu gün, 17:19 |
|
|
|
| • Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Bu gün, 17:17 |
|
|
|
| • Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Bu gün, 16:45 |
|
|
|
| • "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Bu gün, 16:43 |
|
|
|
| • Putinin kinayəsi və yumoru - VİDEO
Bu gün, 16:39 |
|
|
|
| • "Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Bu gün, 16:34 |
|
|
|
| • 10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Bu gün, 16:27 |
|
|
|
| • Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Bu gün, 16:16 |
|
|
|
| • Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Bu gün, 16:13 |
|
|
|
| • “Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Bu gün, 16:10 |
|
|
|
| • "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Bu gün, 15:40 |
|
|
|
| • Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Bu gün, 15:35 |
|
|
|
| • Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Bu gün, 15:31 |
|
|
|
| • Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Bu gün, 15:27 |
|
|
|
| • "O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
| • ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... - İNCƏLƏMƏ
Bu gün, 15:22 |
|
|
|
| • "Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" - ETİRAZ
Bu gün, 15:16 |
|
|
|
| • Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:14 |
|
|
|
| • İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... - BU NƏDİ BELƏ?
Bu gün, 15:09 |
|
|
|
| • Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Bu gün, 14:59 |
|
|
|
| • Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Bu gün, 14:55 |
|
|
|
| • Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Bu gün, 14:47 |
|
|
|
| • Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Bu gün, 13:23 |
|
|
|
| • Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Bu gün, 13:20 |
|
|
|
| • Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Bu gün, 13:16 |
|
|
|
| • Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Bu gün, 13:12 |
|
|
|
| • Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Bu gün, 12:42 |
|
|
|
| • Bakıdan Ermənistana bu mesajlar VERİLDİ...
Bu gün, 12:31 |
|
|
|
| • “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi - BUNA GÖRƏ...
Bu gün, 12:28 |
|
|
|
| • Şəhid atasına yüksək vəzifə verildi - FOTO
Bu gün, 12:24 |
|
|
|
| • "İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"
Bu gün, 12:20 |
|
|
|
| • Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI - Kürdəmirdə OLAY
Bu gün, 12:19 |
|
|
|
| • Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? - PƏRDƏARXASI MƏQAM
Bu gün, 12:16 |
|
|
|
| • "Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
Bu gün, 12:10 |
|
|
|
| • "Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" - Xalq artisti
Bu gün, 12:08 |
|
|
|
| • "“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." - NARAZILIQ VAR...
Bu gün, 12:06 |
|
|
|
| • “Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” - Koçaryan
Bu gün, 12:00 |
|
|
|
| • Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
| • İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 11:47 |
|
|
|
| • Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • "Müalicəm davam edir, yorğunluq da olur" - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Milli Qəhrəman” adına kölgə SALANLAR - SİYAHI
Bu gün, 11:32 |
|
|
|
| • “Britaniya kralı böyük rol oynayıb” - Zelenski
Bu gün, 11:24 |
|
|
|
| • "Dənizkənarı Bulvar İdarəsi" sığortaçı seçir - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
|