Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB .....                     Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü .....                     İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? .....                     "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                     İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz .....                     Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək .....                     Pezeşkian erməniləri təriflədi .....                     Rusiya ağlını itirir .....                     Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır .....                     Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... .....                     Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? .....                     Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... .....                     Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM .....                     Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçındakı quruculuq işləri böyük sürətlə davam edir .....                     Fransanın "mızqoyanlığı" .....                     “Fal biznesi”nin QURBANLARI .....                     Azərbaycanlılar daha ət yemirlər? .....                     TSEK bu dəfə LAP AĞ ELƏDİ .....                     ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR .....                     Ağlar günə qalan Ağsu səhiyyəsi .....                     Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı .....                     Arif Qaraşov illər sonra... .....                     Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT .....                     Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... .....                     "Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" .....                 

"Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir..." - SANKİ...
Tarix: 12-06-2024, 09:06 | Çap et
"Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir..."
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxıblar.

Nazim Hüseynov işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib. Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Nazim Hüseynov və Aydın Hüseynovdan başqa prodüser Emil Nəcəfov da işdən çıxmaq haqqında ərizəsini təqdim edib. Bunu “Azərbaycanfilm” kinostudiyasının Mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib.

Yada salaq ki, “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi. O da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.

Ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Azərbaycanfilm”ə rəhbər “Salnamə”nin direktoru Nazim Hüseynov təyin edilmişdi. Ötən ilin aprelində Azərbaycan kinosunun 125 illiyi münasibətilə keçirilən tədbirdə N.Hüseynov bəzi məsələlərə aydınlıq gətirmişdi. O, 5 il ərzində dövlət büdcəsindən ayrılan maliyyədən “Azərbaycanfilm”in payına düşən hissəsinin hesabatını vermişdi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2018- ci ildə dövlət büdcəsindən kinoya 1 milyon yarım ayrılıbsa onun ”Azərbaycanfilm"ə verilən qismi 372 780 manatdır. O da ümumi büdcənin 24.9 faizini təşkil edir. 2019-cu ildə kinostudiyaya 1 milyon 432 222 manat ayrılıb, bu, ümumi büdcənin 22 faizini təşkil edir, 2020-ci ildə 4 milyon 524 min manatdan kinostudiyaya 658.927 min manat ayrılıb, ümumi büdcənin 14.6 faizindən söhbət gedir. 2021 -ci ildə 6 milyon 500 min manatın 3 milyon dan bir az artıq hissəsi ayrılıb" deyə, o bildirib. O bildirib ki, əksər dövlət studiyaları bağlanıb: “Hazırda iki dövlət studiyası fəaliyyət göstərir: ”Salnamə" və “Azərbaycanfilm”. Qalan studiyaların hamısı bağlanıb: “Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur. Ayrılan büdcənin xərclənməsində ən qısa və şəffaf yol dövlət özəl studiyalarla tədbirlərin keçirilməsini faiz dərəcəsi ilə paylaşmaq, pitçinq, müsabiqə vasitəsilə o maliyyəni səmərəli istifadə edib normal filmlər ərsəyə gətirməkdir".

Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub.

Bəs niyə son direktor postuna uğurlu təyinat olmur? Təyin olunan direktorlar az keçməmiş bu postdan ya imtina edir, ya çıxarılırlar?

Mövzu ilə bağlı kinoşünas Sevda Sultanova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bir müddət əvvəl keçmiş sovet ölkələrində olan kinostudiyalar ilə bağlı araşdırma etmişdim. Belə bir nəticəyə gəldim ki, bu kinostudiyalar arasında ən bərbad vəziyyətdəki olan ”Azərbaycanfilm" kinostudiyasıdır. Mədəniyyət Nazirliyi, Kino Agentliyi, ümumiyyətlə bu sahəyə məsul olan məmurlar kinostudiyanın taleyi ilə bağlı nə düşünürlər, planları nədir, bunu bilmirəm. Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir.

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı belə bir təkliflə çıxış etmişdi ki, yaxşı olardı müvəqqəti olaraq “Azərbaycanfilm” kinostudiyasının idarəçiliyi Kino İttifaqına verilsin. Lakin nədənsə, nazirlikdə bu təklif xoş qarşılanmadı. “Azərbaycanfilm” kinostudiyası bizim milli sərvətimizdir, Azərbaycan kino mədəniyyətinin təməl daşıdır. Buna görə də Mədəniyyət Nazirliyi və yaxud Kino Agentliyi kinostudiyanın taleyi ilə bağlı tez bir zamanda qəti addım atmalıdır. Hesab edirəm ki, digər MDB ölkələrində olduğu kimi “Azərbaycanfilm” kinostudiyasına milli status verilməlidir.

Həqiqətən də bu gün “Azərbaycanfilm” kinostudiyası ölü vəziyyətindədir. Ümumi təəssürat isə belədir ki, sanki bu vəziyyət nə Mədəniyyət Nazirliyini, nə Kino Agentliyini, nə də ki, digər məsul şəxsləri narahat edir. Hər kəs bu haqda yalnız pərdəarxası danışır, publik olaraq danışan yoxdur. Məsələn, Nazim Hüseynov, Fariz Əhmədov, eləcə də Müşfiq Hətəmov doğrudan da bu gün “Azərbaycanfilm” kinostudiyasının taleyindən narahatdırlarsa, bu haqda analiz yazsınlar, desinlər ki, vəziyyət niyə bu cürdür, nə etmək lazımdır, öz təkliflərini bildirsinlər, zəhmət çəkib danışsınlar".

“Bu məlumatı eşidən gündən mənim ürəyim ağrayır, çox ağır xəbər oldu”. Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.

Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib: “Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıb. 1276 nəfərlik studiya bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. ”Azərbaycanfilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar".

Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb: “Mədəniyyət Nazirliyi eyni zamanda ”Azərbaycanfilm" kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik".

Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb: “Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29
Fransanın "mızqoyanlığı" - REPLİKA
Bu gün, 08:25
“Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23
Azərbaycanlılar daha ət yemirlər? - Rəqəmlərlə danışsaq...
Bu gün, 07:21
TSEK bu dəfə LAP AĞ ELƏDİ - BU NƏDİ BELƏ?
Bu gün, 07:18
ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR - BU DA FAKT...
Bu gün, 07:10
Ağlar günə qalan Ağsu səhiyyəsi - NARAZILIQ VAR...
Bu gün, 07:03
Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı - NƏ BAŞ VERİR?
Bu gün, 06:57
Arif Qaraşov illər sonra... - FOTOLAR
Bu gün, 06:47
Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb - Məhkəmə qərar verdi
Bu gün, 06:43
Ermənilərin Qarabağa qayıdışı... - BU AÇIQ TƏXRİBATDIR...
Bu gün, 06:39
Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:36
Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... - Vətəndaşların hüququ belə tapdanır
Bu gün, 06:16
"Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" - GƏLİŞMƏ
Bu gün, 06:13
Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ - AKTUAL
Bu gün, 06:09
ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır - “Fox News”
Bu gün, 06:04
Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? - AKTUAL
Bu gün, 01:52
"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru