Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                 

Telekanallardakı biabırçılığa nəhayət, son qoyulacaq - GÖZLƏNTİ
Tarix: 13-03-2024, 09:18 | Çap et
Telekanallardakı biabırçılığa nəhayət, son qoyulacaq
Bir neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Manset.az xəbər verir ki, telekanal rəhbərlərinin iştirakı ilə keçirilən iclasda tv-kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
Tv-kanallardakı mövcud duruma rəsmi dairələr müdaxilə etmək qərarına gəlib və keçirilən görüş də bunun nəticəsidir. Prezident Aparatı səviyyəsində töhmət alan tv-kanallar necə, bu görüşdən nəticə çıxaracaqmı?

“Tv-lər islah olunmalıdır”
Televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında “məsələnin bu dərəcədə kəskinləşməsi onu göstərir ki, bu cür bayağı, düşük şoulara nə “aşağılar” dözür, nə də “yuxarılar”, söylədi:
- Ona görə də tədbirlərin görülməsi vacibdir. Tədbirlər ona görə vacibdir ki, televiziyanın auditoriyası çox genişdir, onun geniş kütləyə böyük təsiri var. Şəxsi problemlərin az qala milli məsələ səviyyəsinə qaldırılması, ailə məsələlərinin şou səviyyəsinə gətirilərək müzakirəsi, min illərlə formalaşmış dəyərlərin məhvini sükutla qarşılamaq olmaz. Verilişləri bağlamaq, açmaq, cərimə etmək işin inzibati tərəfidir. Televiziyaları da anlamaq lazımdır. Onlar belə ucuz şoulara reklam əldə etmək, reytinq qazanmaq üçün də əl atır. Amma normal şoular eləmək mümkündür. 10-20 il əvvələ qayıdıb o dövrdə hazırlanan tok-şouların portretini götürmək olar. Baxsalar, ictimai əhəmiyyət daşıyan məsələlərin efirdə necə səviyyəli bir şəkildə işıqlandırıldığını görəcəklər. Həmin verilişlərin heç birində insan taleyi şəxsi problemlər kontekstində şəxsiyyətin alçaldılması, tapdanması fonunda verilmirdi. Belə hallar yox idi o verilişlərdə. TV-lər 1 seqment üzərində dayanmır. Burada həm xəbər, həm ciddi müzakirələr, ictimai-sosial proqramlar, uşaq verilişləri, həm də əyləncə verilişləri hazırlanmalıdır. Tv-lərin fəaliyyəti çoxşaxəli olmalıdır və müxtəlif auditoriyaya məzmuna uyğun verilişlər çatdırılmalıdır. Əsas, ciddi problemləri şou vasitəsilə tamaşaçıya çatdırmaq yolverilməzdir. Bu cür verilişlər islah olunmalıdır. Ucuz şou, sensasiya, ssenariləşdirilmiş oyun epizodlarından imtina edilməlidir. Əlbəttə, bu, peşəkar yanaşma, peşəkar rejissura və yüksək estetik zövq tələb edir. Hesab edirəm ki, özəl telekanallara müəyyən müddət maliyyə yardımı göstərilməlidir ki, düşük şoular əvəzinə səviyyəli proqramlar hazırlasınlar.

Cəmiyyətin yarasına çevrilmiş proqramlar
Telekanallardakı biabırçılığa rəsmi qaydada etiraz bildirilməsi, ictimaiyyətin ürəyincədir. Nəhayət, telekanallar rəzillikdən bəlkə əl çəkər. Cəmiyyətdə yaraya çevrilmiş bu problem illərdir daim gündəmdə idi. Bir müddət əvvəl, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ceyran Əzizova sosial şəbəkə üzərindən paylaşım edərək rəsmi dairələri tv-kanallardakı rüsvayçılığa son qoymağa çağırış etmişdi. C.Əzizova məlum müraciətində qeyd edirdi ki, dünyanın heç bir kanalında belə küçə ağzıyla danışıb onu-bunu hədələyən ekspertlərə rast gəlinmir: “Bu ancaq bizdədir. Bizim millət budurmu? Deyil. Amma və lakin şounun xatirinə övladlarımızın əsəbini pozan, nəvələrimizin tərbiyəsinə təsir edən dəvətsiz qonaqlarımıza “evimizə gəlməyin”, deməyin vaxtıdır. Bunların üzündən televizorları söndürmüşük, açmırıq”. C.Əzizova cənab Prezidentə müraciət edərək bu biabırçılığa son qoymasını xahiş edirdi: “İşinizin çoxluğunun fərqindəyəm. Amma bizə sizdən kömək istəməkdən başqa yol qoyulmadı. Bu şou proqramlarındakı biabırçılıqlara bir son qoyulması üçün göstəriş verməyinizi çox xahiş edirəm. Bunlar xalqın gələcəyini məhv etmək istəyirlər”.
“Sherg.az"a danışan C.Əzizova qeyd etdi ki, ictimaiyyətin narazılığına Prezident Aparatı səviyyəsində reaksiya verilməsi onu sevindirir:
- İctimai narazılığa diqqət göstərilir. Telekanallardan əksəriyyət narazıdır. Reytinqləri çox düşüb artıq. Daha camaat əvvəlki kimi maraqla baxmır bu cür səviyyəsiz verilişlərə. Ümid edirəm ki, Prezident Administrasiyası ciddi ölçü götürəcək. Ən azından biabırçı formatların dəyişəcəyinə ümid edirəm. Düşünürəm ki, hazırkı format dəyişəcək.

Sosial verilişlərin qurbanları artır
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Prezident Aparatının müdaxiləsini zəruri saydığını dedi:
- Hələ bir neçə il öncə həyəcan təbili çalmışdım. Sosial verilişlərdən sonra qurbana çevrilənlərlə bağlı. Çünki bir çox qadınlar vardı ki, o verilişlərdən sonra nə ailə bağları qorunub qalırdı, nə də normal iş yeri tapa bilirdilər. Kifayət qədər mənfi obrazda tanıtımları olurdu. Təklif etmişdim ki, onların sonrakı həyatı ilə bağlı bir araşdırma aparılsın. Təbii ki, mən sosial verilişlərin tam bağlanılmasını deyil, müraciət edənlərin problemlərinin işıqlandırılmasında insan haqları, məxfilik, şəxsiyyətin toxunulmazlığının tətbiqinin əhəmiyyətli bir meyar kimi qorunması və nəzarəti təqdir edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Bu gün, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Bu gün, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru