"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi” - Gültac Əlili
Tarix: 8-02-2024, 09:57 | Çap et
“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi”
“Bizim teatrın repertuarında “Mənim günahım” tamaşası var idi. Biz qərara gəldik ki, bu tamaşanı oynayaq. Oradakı qəhrəman Əmrah Dadaşova çox bənzəyirdi. Baxmayaraq ki, qadın qəhrəman heç mənə uyğun deyildi. Biz bu haqda direktorumuz, çox hörmətli Əliqismət Lalayevə deyəndə, o dərhal dedi ki, “əlbəttə olar, gedin rejissorla danışın, əgər o da icazə verirsə, uyğun görürsə, oynayın. Biz bu haqda gəlib İradə xanıma dedik. Rejissor dedi ki, biz niyə köhnə əsər işləyək ki?! Zatən bu əsər repertuarda var. Bir neçə əsər təqdim etdi. Əsərlər sırasında Tuncər Çücənoğlunun “Matroşka” da var idi. Bu müzakirədə mənim həyat yoldaşım Hüseyn Əlili də iştirak edirdi. Birinci elə onun təşəbbüsü ilə qərara gəldik ki, “Matroşka”-nın motivləri əsasında “Qadınım” tamaşasını səhnələşdirək”

Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili deyib. O daha sonra əlavə edib.

“Hüseyn bilirdi ki, Əmrahla tərəf müqabili olacam. Biz çox yaxın ailə dostuyuq. Hətta deyərdim ki, o bizim ailəmizin bir üzvüdür. Ailə həyatı qurandan sonra onun xanımı da bizim doğmamıza çevrildi. İlk mən Əmrahla dost olmuşam, sonra da Hüseyn. “Qadınım” tamaşasının teatrda 1 ildən çox məşqi getdi. Əsər hazırlandı, təqdim olundu. Tamaşanı izləyənlər bildi ki, bu nə qədər dərin mənalı, yüklü əsərdir. Bu tamaşanı oynamağa qərar verəndə bilirdim ki, bəyənənlər kimi bəyənməyənlər də olacaq. Hətta bilirdim ki, bəyənməyənlər daha çox olacaq. Özünü səhnədə görənlər, əlbəttə bunu bəyənməyəcəklər. Ayıblarına kor olacaqlar deyə düşünürdüm. Əsərdə mənim elə öz həyatımdan da bir hissə var, nəinki izləyənlərin. Elə məqamlar var ki, mən orada sırf öz həyatımı düşünmüşəm. Əlbəttə ki, xarakter baxımından nəzərdə tuturam. Düşünürəm ki, mən də, tərəf müqabilim də rolumuzun öhədinsən uğurla gəlmişik. Bu sözü o vaxt deməyə hazır oldum ki, tamaşa haqda peşəkarlardan rəy aldım. Xalq artisti Afaq Bəşirqızı çətinliklə də olsa səhnə arxasına keçib, “sənətkar adı sizə halal olsun”, “qarşınızda baş əyirəm” dedi. Bundan böyük nə uğur, nə şərəf, nə yüksəklik, ucalıq?! Sonra mənə çox böyük, maddi dəyəri yüksək olan sırğa hədiyyə etdi. Xalq artisti, rəqs kraliçamız Təranə Muradova da bizə xoş sözlər dedi. O tamaşanın daxili baxışına da gəlmişdi. Aktrisa Zemfira Əbdülsəmədova tamaşa haqda o qədər dəqiq analizlər etdi ki. Nazirlik əməkdaşları da həmçinin. Aparıcılar Saleh Bağırov, həyat yoldaşı, Rövşanə Bektaşi, jurnalist Afaq Vasifqızı və s. insanlar tamaşa haqda ürək sözlərini dedilər. Adi tamaşaçılar mənə xoş mesajlar yazırdılar. Tamaşanın premyerasına anşlaqla bilet satılmışdı. Bu hər dəfə təkrarlanan hadisə deyildi” deyə aktrisa bildirib.
Gültac Əlili bildirib ki, tamaşanı bəyənənlər kimi bəyənməyənlərin də olması normal haldır. Amma qərəzli ifadələrin heç birini qəbul etmir.



“Bəyənməyənlər bineyi qədimdən olub. Onlar bizim əfsanəvi sənətkarlarımızı da bəyənməyiblər. Onların da oyunu haqda yazıblar. Biz bütün tamaşaçıların fikrinə hörmətlə yanaşırıq. Əlbəttə ki, teatrşünasların da, mədəniyyət yazarlarının da. Düşünürəm ki, mənim də, rejissorumuz İradə Gözəlovanın da, tərəf müqabilimin də onların bütün iradlarına verməyə cavabı var. Bu məqamda qeyd etmək istəyirəm ki, teatrımızda klassik əsərlər, klassik liberettolar, görkəmli müəlliflərin operettaları nümayiş olunur. Mən düşünürəm ki, bura Akademik Musiqili Teatr olduğu üçün bu cür əsərlər də teatrımızın səhnəsində olmalıdır. Nəzərə alsaq ki, bu gün bizim insanlarımız gündəm, trend, birinci olmağı daha üstün tuturlar, niyə də bizim teatrımız gündəmdə olmasın?! Niyə bizim teatrımız birinci olmasın?! Bir məqamı da qeyd etmək istəyirəm ki, bizim tamaşada +18 yazılıb. Tamaşaçılar arasında bəziləri “+18 yazılıb, biz heç nə görmədik” deyənlər də oldu. Hətta tamaşanın afişasına baxıb, tamaşanı görməmiş, tamaşa haqqında ağzına gələnləri yazanlar da oldu. Biz +18-i ona görə yazmışdıq ki, yəni 18 yaşdan yuxarı insanlara tamaşaya baxmağı tövsiyyə edirik. Çünki tamaşada uşaq psixologiyasının qəbul edə bilməyəcəyi məqamlar var. O ki, qaldı bizim bəzi jurnalistlərimizin yazdığı “intim səhnələrə”.. Belə bir şeylər yox idi, əgər var idisə də çox dadlı və ləzzətli idi. Nəzərə alsaq ki, biz bundan öncə Akademik Milli Dram teatrının səhnəsində “Qatil” tamaşası izləmişik. Aktyorlarımız mükəmməl oyun sərgiləyiblər. Daha sonra filmlərimiz də var. “Təhminə və Zaur” filmində niyə sterotiplər sınmalıdır teatrda yox?! Mədəniyyət Nazirliyin dəstəyi ilə “İlahi məxluq” adlı bir film çəkilmişdi. Orada bizim aktyorlarımız bu cür səhnələr ifa etmişdilər. Düşünürəm ki, bunlar normaldır. Bəyənən də sağ olsun, bəyənməyən də. Biz işimizin başındayıq. Əsas odur bizim karvanımız getsin. Hər kəsə uğur diləyirəm, gözəllik arzulayıram. Gözəl baxsaq, gözəl görəcəyik. Pis baxsaq əlbəttə ki, pis görəcəyik. Biz görmək istədiyimizi görürük. Bir məqamı da vurğulayım. Bir tənqidçi yazmışdı ki, tamaşa ilə musiqilərin ümumiyyətlə əlaqəsi yoxdur. Adını xatırlamıram kimdir, amma mən sizin saytınız vasitəsilə ona demək istəyirəmki, tamaşanın ən gözəl məqamı elə musiqiləri idi. Bu qədər qəddar olmaq, sifarişli yazdığınızı bu qədər bəlli etməyə gərək yox idi. Xüsusilə o cümlə sizin sifarişli yazmağınızın xəbərçisi idi deyə düşünürəm” deyə aktrisa bildirib.

Aktyor Əmrah Dadaşov da tamaşa ilə bağlı fikirlərini bölüşüb.

“ “Qadınım” fərqli bir tamaşadır. Mənə elə gəlir ki, bu günə qədər belə bir tamaşa oynanılmayıb. Sırf retro türk musiqiləri ilə. Özü də canlı ifalar.. Mənimlə Gültac xanım 1 saat yarım olan tamaşanın bütün ağırlığını çiyinlərimizdə daşıdıq. Bizdən başqa 3-cü bir obraz da var idi, amma əsas ağırlıq bizə düşmüşdü. Bir səhnəni iki nəfərlə doldurmaq hər aktyorun bacaracağı iş deyil. Biz buna çalışdıq ki, səhnəni doldura bilək və tamaşaçılar intizarda olub, hadisələrin gedişatını gözləsin və vaxtın necə gəlib keçdiyini hiss etməsin. Şükür ki, belə də oldu. Rejissorumuz İradə xanımın da, bizim də əsas məqsədimiz bu idi. Bu gün tamaşanın mövzusu da aktualdır. Evli kişinin xoşbəxtliyini kənarda axtarması, bəlkə də elə onun xoşbəxtliyi evin içindədir, sadəcə görmür. Subay qızın evli kişiyə aşiq olması da cəmiyyət tərəfindən qınanılan bir mövzudur. Sevgi elə bir şeydir ki, bu evliyə, subaya baxmır. Biz tamaşa vasitəsilə nəyin necə doğru olduğunu göstərmək istəmişdik. Tərəf müqabilim Gültac Əlili ilə yaxın dost, bacı-qardaş olmağımıza baxmayaraq bunu kənara qoyub, səhnədə bir-birimizi həqiqətən də sevən insan obrazlarını canlandıra bildik. Məncə o sevgini bir-birimizə verə bildik. Yaxşı bir tamaşa olduğuna əminəm. Belə olmasaydı bu cür səs-küyə səbəb olmazdı. Tənqid yazanlar da, qınayanlar da var. Bu gün həyatın reallığı budur və həyatın reallıqlarını səhnəyə gətirmək lazımdır. Biz də buna çalışırıq” deyə aktyor bildirib.

“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi”
“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi”
“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru