"O vaxt Muğam müsabiqəsində mən birinci yer tutmuşdum"
Tarix: 8-02-2024, 08:26 | Çap et
 “Leyli və Məcnun” tamaşası... Bir neçə gün öncə xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova bu tamaşanı tamaşaçıların istəyi ilə uzun illər sonra ikinci dəfə oynadı. Hər dəfəsi anşlaqla keçən tamaşaya bu dəfə də biletləri öncədən almışdılar. Bəs görəsən Məcnun və Leyli neçə yaşında olub? Bu rolları neçə yaşlı sənətkarlar ifa etməlidir? Moderator.az-a açıqlama verən xalq artisti Mənsum İbrahimov bu rolu ilk dəfə 1993-cü ildə oynadığını bildirib.
“Tələbə vaxtlarından Opera və Balet teatrında işləyirəm. Allah Şövkət xanımın Ələkbərovanın ruhunu şad etsin. O vaxt Muğam müsabiqəsində mən birinci yer tutmuşdum. Asəf Zeynallı adına musiqi kollecində 3-cü kursda oxuyarkən məni teatra solist kimi işə götürmüşdülər. Məcnun rolunu 1993-cü ildə oxumağa başlamışam. Səhnədə ilk Leylim də xalq artisti Gülyaz Məmmədova olub. O vaxtdan tamaşaçı bizi qəbul edib. Bu günə qədər mən bu tamaşanı ifa edirəm. Amma son bir neçə ildir ki, 6-7 il demək olar ki, fəal səhnədə deyiləm. Biz bütün meydanı gənclərə vermişik. Sadəcə olaraq ustad dərsi kimi ildə 1, nadir halda 2 tamaşa oxuyaram mən. Çünki bütün repertuarda gənclərimizi qabağa vermişik. Muğam müsabiqələri başlayandan bu günə qədər 30-a yaxın gənc, solist kimi teatrımıza qəbul olunub. Demək olar ki, bütün baş rolları da onlar oxuyurlar. Özüm də onlara kömək edirəm. Tələbələrim olanlar da var, başqa ustadların da tələbələri var. Onlara dəstək oluram, tamaşlarına gedirəm, məsləhət verirəm. Bizim hazırda oxuduğumuz tamaşalar gənclərə bir dərs, təcrübə kimi göstərilir. Hər zaman belə olub. Teatrdakı tanınmış simaların adlarına görə bilet alınıb, tamaşaçı gəlib. Burada meyar, göstərici tamaşaçıdır. Təsəvvür edirsiniz uzun fasilədən sonra ilk dəfə “Leyli və Məcnun” əsərinin yarandığı gün Nəzakət xanımla səhnəyə çıxdıq, şəhərin yarısı bizdən küsdü ki, bilet tapa bilmirik. Növbəti dəfə bizdən xahiş olundu deyə fevral ayının 4-də yenidən səhnəyə çıxdıq. Əslində mən bu tamaşanı ildə bir dəfə oxuyuram. Hər dəfə səhnəyə çıxanda elə bilirəm ki, ilk dəfədir oynayıram. O sənət insanı ki, sənətinə hörmət edir, məsuliyyətlidir, o həm formasına, həm ifasına, həm də səsinə diqqət edəcək. Burada formada olmaq mütləqdir. Məcnunu oxumaq çox ağırdır. Bir tamaşanı oxuyandan sonra 3 gün yorğunluqdan özümə gələ bilmirəm. Həm səs yorulur, həm fiziki baxımdan yorulursan. Hər kəsə Leyli və Məcnun rollarını oxumaq qismət olmur. Hər kəsin öz qisməti var. Hər səsi olan xanəndə Məcnun və yaxud Leyli obrazlarını oxuya bilməz. Obrazı yaşamalısan, içdən oxumalısan. Əsas meyar tamaşaçıdır. O səni qəbul etməlidir. Sən özünün xoşuna gələ bilərsən, amma səni tamaşaçı qəbul etməsə sənin nə qədər qohum-əqraban var ki, bileti alıb, tamaşaya gətirəsən. Mən artıq 146-ci tamaşamı oxudum. Ailə üzvlərim, yaxınlarım ürəkləri istəyəndə gəlib izləyirlər. Mən heç kimi dəvət etmirəm, buna ehtiyacım da yoxdur. İndiyə qədər 10 Leylim olub. İndiyə qədər ən çox xalq artisti Nəzakət Teymurova ilə tərəf müqabili olmuşam” deyə xanəndə bildirib.
Xalq artisti Nəzakət Teymurova 7 illik fasilədən sonra Leyli kimi səhnəyə çıxdığını və çox həyəcanlı olduğunu bildirib. “Bütün uğurlarımı Opera və Balet Teatrına borcluyam. Tələbəlik illərimdən ordayam. Ona görə də bu səhnə mənim üçün uğur gətirici, nailiyyət gətiricidir. Bütün dahilərimiz o səhnədən pərvazlanıb. Uzun illərdir mən teatrdan getmişdim. 7 illik fasilədən sonra tamaşaçıların xahişi və teatrımızın direktoru, çox hörmətli Yusif Eyvazovun dəvəti ilə səhnəyə qayıtdım. Bilet tapılmadı, ona görə də fevralın 4-də ikinci dəfə səhnəyə çıxıb, tamaşa oynadıq. Özünüz də bilirsiniz ki, biz gənclər yetişdiririk. Həm qız, həm də oğlan ifaçıları potensial Leyli, Məcnun kimi yetişdiririk. Leyli mənim üçün çox müqəddəs bir roldur. Bu əsər illərdir tamaşaçı sevgisi qazanıb. Biz də çalışmışıq ki, bu rolu biganə yox, daxilən necədirsə onu tamaşaçılara çatdıraq. Tamaşaçılar süni heç nəyi qəbul etmirlər. Tamaşaçıları heç kim zorla tamaşaya gətirə bilməz. Müasir dövrdür, telefonlar, planşetlər əldədir, istədiklərinə baxırlar. Sevindiri haldır ki, bu tamaşaya hər zaman tamaşaçı gəlir” deyə xalq artisti bildirib. Burdan da belə bir nəticəyə gəlmək olar ki, Məhəmməd Füzuli Leylini də, Məcnun obrazını da məktəbli yaşlı insanlar üçün yazıb. Sadəcə olaraq bu obrazları yetişkin insanlar ifa etməlidir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|