Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                 

“Onsuz da bu müsabiqə çoxdan hörmətdən düşüb, mənasız konsertə çevrilib” - deputat
Tarix: 18-05-2022, 08:25 | Çap et
“Onsuz da bu müsabiqə çoxdan hörmətdən düşüb, mənasız konsertə çevrilib”
“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb. Bu barədə yarışmanın saytında məlumat yerləşdirilib.

Sözügedən ölkələr Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodur. Həmin ölkələr qaydaları pozmaqda ittiham edilir. Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsinin canlı yayımında münsif səsverməsi zamanı texniki problemlərin yaşandığı bildirilib. Bu səbəbdən Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlayıb. O, ölkəmizin 12 xalı Böyük Britaniyaya verdiyini deyib. N.Salmanova isə Azərbaycanın həmin xalı əslində Ukraynaya göndərdiyini qeyd edib.

“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”. Bunu isə jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib. Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final gecəsi artıq səsimizin nəzərə alınmadığını gördük və təşkilatçılara müraciət məktubu ünvanladıq. Həmçinin hadisə ilə bağlı növbəti etiraz məktubunu Avropa Yayım Birliyinə ünvanladıq. Yəqin ki, rəsmi cavab gələr”.

İsa Məlikov Azərbaycanın bundan sonrakı addımlarına da toxunub: “Düşünürəm ki, Azərbaycanın bundan sonra verəcəyi qərar gələn cavabdan asılır. Həm növbəti illərdə iştirak baxımından, həm də ki, ümumiyyətlə, bu hadisəyə qiymət baxımından”.

Belə məlum olur ki, əslində ölkəmizdə səslərin canlı yayımda elan olunması ilə bağlı heç bir texniki problem olmayıb. Üstəlik, təşkilatçıların İctimai Televiziyanın adından səsləri elan etməsinə heç bir hüququ da yoxdur. Bu da onu göstərir ki, təşkilatçılar məqsədli şəkildə istədikləri vaxt iştirakçı ölkənin səsvermə hüququnu əlindən alır, səsləri saxtalaşdırırlar.

Bununla bağlı Azərbaycan şikayətlərinin bildirdikdə isə “Avroviziya” müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) 6 ölkənin - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinonun münsiflər heyəti tərəfindən müsabiqədən çıxarıldığını bəyan edib. Bu ölkələr qaydaları pozmaqda ittiham edildi. Lakin bu hansı qayda pozuntularıdır, bu haqda təşkilatçılar heç bir açıqlama verməyib.

Azərbaycanın münsiflər heyətindən uzaqlaşdırılmasını qərəz sayan ekspertlərə görə, burada söhbət qanun pozuntusundan yox, məhz siyasi yanaşmadan gedir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin artıq mədəniyyət sferasında da qısqanclıqla qarşılandığını deyən ekspertlərin fikrincə, Azərbaycan beynəlxalq hüquq müstəvisində öz pozulan hüquqlarının bərpası üçün işlər görməlidir.

Bütün bunlardan sonra cəmiyyətimizdə daha çox bu fikir səslənir ki, “Azərbaycan artıq ”Avroviziya" müsabiqəsində iştirak etməkdən imtina etsin" və sairə. diaaz.space xəbər verir ki, mövzu ilə bağlı deputat Aqil Abbas “Yeni Müsavat”a danışıb: “Onsuz da bu müsabiqə çoxdan hörmətdən düşüb, mənasız konsertə çevrilib. İkincisi də, mən həmişə bu müsabiqəni izləyirdim, lakin bu il heç izləmədim, maraqlanmadım da. Bizim müsabiqəmiz Şuşada ”Xarıbülbül" festivalımızdır və bütün dünya ona baxır. Azərbaycanın bundan sonra da “Avroviziya” müsabiqəsində iştirak etməsinin əleyhinə deyiləm. O ki qaldı Azərbaycana qarşı qərəzə, Avropa nə zaman ölkəmizə qarşı dürüst mövqe tutub ki? Avropa ölkələri həmişə Azərbaycanı əzmək, sındırmaq istəyiblər, bu cür vasitələrə əl atıblar. Doğrudur, müharibədən sonra ölkəmizə qarşı fikirləri bir qədər dəyişib, çünki avropalılar gücü sevir. İndi müharibədə uduzduqlarının bu cür müsabiqələrdə “qisas”ını alırlar. Bütün bunlar boş şeylərdir. Baxıram ki, İTV açıqlama verməkdən yorulub, xeyli müzakirələr aparılır. Amma belə şeylərə fikir vermək lazım deyil, buna görə dilxor olmağa dəyməz. Avropalının çoxüzlü olmasından hamımız xəbərdarıq. Doğrudur, müsabiqədə Ukrayna o qədər də güclü performans göstərmədi, amma Rusiyanın acığına onu qalib etdilər. Biz də istəyirdik ki, Ukrayna qalib gəlsin, dünya ona dəstək olsun.

Deyim ki, təkcə “Avroviziya” deyil, bütün müsabiqələr siyasiləşdirilir, o cümlədən “Nobel” mükafatı da. Məsələn, Saxarov, o, böyük alimdir, amma məhz siyasi amillərə görə ona “Nobel” mükafatı verilib. Orxan Pamuk da böyük yazıçıdır, amma ermənilərlə bağlı axmaq bir söz deyəndən sonra ona “Nobel” mükafatı verdilər. Təsəvvür edin, “Nobel” hələ dünyada ən yüksək mükafat sayılır, amma o da siyasi məqsədlər daşıyır. Bu mənada, “Avroviziya” və digər müsabiqələr siyasi məqsədlər daşıyıb. Amma bu dəfə siyasi amillər özünü daha qabarıq şəkildə göstərdi".

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi ki, “Avroviziya” təkcə incəsənət, mədəniyyət, musiqi yarışı deyil: “Heç kəsə sirr deyil ki, burada siyasi rənglər, tonlar var. Yəni müsabiqədə səsvermə, yarışın keçirilməsi kimi amillər var ki, burada siyasi amillər önə çıxır, nəinki musiqi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan bu cür yarışlarda iştirak edərkən daha diqqətli olmalı, mövqeyini daha qəti şəkildə bildirməyi bacarmalıdır. Vətən müharibəsində bir çox Avropa ölkələrinin Azərbaycana qarşı tutduğu qərəzli mövqeyə şahid olmuşduq. Ona görə də bilməliydik ki, bir çox sahələrdə təxribatlar olacaq və buna hazır olmalıydıq. Nəticədə bu cür davranışlar baş verdi. Araşdırmalıyıq ki, Azərbaycana niyə təzyiq olunurmuş ki, Ukraynaya deyil, Britaniyaya səs verilsin? Və yaxud onlar bu cəsarəti haradan tapıblar? Əvvəllər də bu cür hadisələr olubmu? Digər ölkələrlə bağlı da bu cür faktlar varmı? Düşünürəm ki, bu məsələlər dəqiqləşdirilməlidir”.

Tural Abbaslı “Azərbaycan da artıq ”Avroviziya" müsabiqəsindən imtina etməlidir" fikirlərinə də mövqe bildirib: “Azərbaycan bu müsabiqədə bir dəfə qalib olub. Amma mən əminəm ki, Azərbaycan müsabiqədə qalib gəlməyəndə camaatımız sevinir. Çünki düşünürlər ki, ölkəmiz yenə də böyük xərclər etməyəcək. Ümumi götürəndə isə ölkəmizin beynəlxalq müsabiqələrdə, yarışmalarda iştirak etməsinin tərəfdarıyam. Lakin o şərtlə ki, orada özümüzü, öz mədəniyyətimizi, musiqimizi, geyim tərzimizi, bir sözlə, Azərbaycanı təmsil edək. Amma diqqət edək, müsabiqədə iştirak edənlərin orta statistik azərbaycanlı ilə nə aidiyyəti, birgəliyi var? Sanki Azərbaycan bayrağı altında hansısa amerikalı və yaxud fransız, ingilis çıxış edirmiş kimi bir görüntü yaranır. Bu baxımdan düşünürəm ki, əgər orada milli musiqimizi, mədəniyyətimiz, rəqsimizi, yaşam tərzimizi, geyimimizi təbliğ etməyəcəyiksə, həmin müsabiqədə təmsil olunmağımıza ehtiyac yoxdur. Təsəvvür edin, məsələn, bizim təmsil olunan musiqimizin sözlərini holland, musiqisini fransız, xoreoqrafiyasını italyan yaradırsa, bunun bizə nə aidiyyəti var? Ona görə də bir daha qeyd edirəm ki, əgər müsabiqədə biz özümüz olaraq təmsil olunmayacağıqsa, bu qədər pul xərcləyib, o müsabiqəyə qoşulmaq gərəkli deyil”.

“Avroviziya-2022" mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi bəstəkar, ifaçı, prodüser və aparıcı Murad Arif isə baş verənlərə münasibət bildirmək istəmədiyini dedi: ”Bütün bu suallara İTV cavab verməlidir. O ki qaldı budəfəki müsabiqədəki performansımıza, Nadir Rüstəmli mənim üçün Azərbaycanın möhtəşəm səslərindən biridir. Onun timsalında bu cür gəncləri qazandığımıza görə İTV-yə minnətdaram. Bundan sonra Azərbaycanın “Avroviziya” müsabiqəsində iştirak etməsinə gəlincə, deyə bilərəm ki, ölkəmizin dünyanın bütün festival və müsabiqələrində, eləcə də idman yarışlarında iştirak etməsi çox vacibdir. Azərbaycan bundan sonra özünü, simasını, mədəniyyətini, idmanını daha da tanıtmalıdır. Biz yeni, gənc ölkəyik və dünyaya göstərəcəyimiz, deyəcəyimiz çox şeylər var. Ona görə də “bundan sonra daha bu cür müsabiqədə iştirak etməməliyik” kimi populist fikirlərdən uzaq olmalıyıq. Harada beynəlxalq yarış, müsabiqə varsa, bu, Azərbaycana lazımdır".

Xatırladaq ki, 66-cı “Avroviziya” bu il İtaliyanın Turin şəhərində keçirilib. 25 ölkənin iştirak etdiyi müsabiqənin finalında Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” mahnısını ifa edib. Azərbaycan 106 səs toplamaqla müsabiqədə 16-cı yerdə qərarlaşıb. Müsabiqənin builki qalibi 631 xalla Ukrayna olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu Zaryanı ələ keçirdi
Bu gün, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Bu gün, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Bu gün, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Bu gün, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Bu gün, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Bu gün, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Bu gün, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Bu gün, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Bu gün, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Bu gün, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Bu gün, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Bu gün, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Bu gün, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Bu gün, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Bu gün, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Bu gün, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru