Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır .....                     "Xaricdən maşın sifariş versəm, bundan tez gələr" .....                     "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" .....                     İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... .....                     Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, .....                     Məcnun Məmmədovun unikal kadrları .....                     Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... .....                     Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib .....                     Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                 

"Bugünkü Türkiyəni güclü edən daxili rəqabət, dartışma mühitidir"
Tarix: 22-06-2021, 08:46 | Çap et
"Bugünkü Türkiyəni güclü edən daxili rəqabət, dartışma mühitidir"
Vətən müharibəsinin və düşmən üzərində qazandığımız böyük Zəfərin üzərindən aylar keçib. Bu müddət ərzində Qarabağ ətrafında, regionumuzda kifayət qədər ciddi proseslərin şahidi olmuşuq. Ölkə daxilində də önəmli ictimai-siyasi olaylar yaşanıb. İl yarımdır öz məngənəsində bizi sıxan, sıralarımızı seyrəldən koronavirus bəlasından da yavaş-yavaş xilas olmağa, “canlanmağa” başlamışıq. Yəni gündəmdə müzakirəyə, daha doğrusu, sağlam yanaşmaya “ehtiyac duyan” xeyli məsələlər var. Baş verən proseslər ətrafında “Şərq”in budəfəki müsahibi tanınmış yazar, şair, publisist Aqşin Yeniseydir. Hadisələrə hər zaman özünəxas baxışı olan şairlə Vətən savaşından sonrakı proseslər, həmçinin, ədəbi mühitin mövcud durumu haqqında geniş söhbət apardıq..

- Aqşin bəy, pandemiya ilə bağlı xeyli yumşalmalar oldu, məhdudiyyətlər aradan qalxdı. Həyatımızda normala dönüş hiss olunurmu? Bəlanı arxada qoyduq deyə bilərikmi?

- Tarixin bütün dövrlərində pandemiyalar uyğun peyvəndin kəşfi ilə başa çatıb. Artıq bu “yarasa supu”nun da peyvəndi əlimizdədir. Xəstə sayında artıb-azalmalar olsa da, Qazan xanın sözü olmasın, “düşməni yenilmiş saymaq olar”. Ailəmizdə həkim olduğu üçün evdə gedən söhbətlərdən belə başa düşürəm ki, dünya əhalisinin 75-80 faizi peyvənd olunandan sonra pandemiya mövzusu gündəmdən düşəcək.

- Qələbədən 8 aylıq zaman ötüb. Müharibə dövründəki ab-hava, əhval-ruhiyyə, günlərlə danışdığımız həmrəylik yoxa çıxıbmı? Müşahidələrinizlə hansı qənaətə gəlmisiniz?

- Qarabağın işğalı bu illər ərizində həllini gözləyən o qədər problemi üst-üstə yığıb ki, insanlar 44 günlük Vətən müharibəsindən “sehrli çubuq” gözləyirlər. Madam ki, Qarabağ işğaldan azad olundu, dərhal təhsildəki, səhiyyədəki, sənətdəki, nə bilim, gilasın qiymətindəki problemlər də həll olunsun. Azərbaycanda sovet sistemi hələ indi-indi çökür. Amma bir məsələ var ki, bu gün Azərbaycanın diqqətini daxili problemlərə çəkmək cəhdlərinin çoxu daxili tələbatdan qaynaqlanmır. Əksinə, daxildəki enerjini daha çox xarici münasibətlərdəki çalxalanmalar hərəkətə gətirir. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan xarici problemlərini həll etmədən daxildə heç bir inkişafa nail ola bilməz. Daxili mühitin bulanıqlığı xaricdən qidalanır. Ölkəyə çirkab axıdan çaylar qurudulmayınca heç bir daxili problem həllini tapmayacaq. Həmrəyliyə gəlincə, müharibə vaxtı həmrəylik nə qədər önəmlidirsə, sülh şəraitində həmrəylik bir o qədər önəmsizdir. Sülh dövrünün həmrəyliyi monotonluq yaradır, üzgörənlik yaradır. Bu gün Azərbaycan bürokratiyası bir “metal yorğunluğu” içindədir. Bu da bürokratik həmrəyliyin nəticəsidir. Sülh dövrünün həmrəyliyi həqiqətin düşmənidir. Sülh dövrünün həmrəyliyi daha çox ört-basdır xidmətidir. Keçmiş sovet imperiyası həm də bu ideoloji ört-basdır həmrəyliyinin qurbanı oldu. Şumer şəhər dövlətləri nə qədər ki, biri-birləri ilə döyüşürdülər, dünyaya meydan oxuyurdular, elə ki həmrəy oldular, yox oldular. Bu gün bunu hiss edən Avropa mədəniyyəti öz içində ziddiyyətlər axtarır. Bugünkü Türkiyəni güclü edən daxili rəqabət, dartışma mühitidir. Əgər biz vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, fikrin, şüurun həmrəngliyinə deyil, rəngarəngliyinə can atmalıyıq. Rolan Bart Qərb mədəniyyətində forma müxtəlifliyinin yaranmasını burjua şüurunun parçalanması, dağılması ilə izah edir. Burjua şüuru parçalandı, yeni şüur növləri doğuldu, onlar da öz formalarını yaratdılar. Yəni Qərbdə bir “Şüur partlayışı” baş verdi. Böyük və tək şüur minlərlə irili-xırdalı şüura parçalandı. Yəni forma müxtəlifliyi şüur müxtəlifliyinin nəticəsi kimi yarandı. Və bu müxtəlifliyi ayaqda tutmağın yeganə yolu hər bir şüur formasının təmsil olunduğu bir sistem qurmaq idi. Bu da demokratik sistemdir. Qərbin uğurunu, məncə, burada axtarmaq lazımdır. Şərqdə bu şüur partlayışı baş verməyib. Biz eyni şüurun ayrı-ayrı formalarıyıq. Bizi bir-birimizdən bezdirən də bu şüur həmrəyliyi, düşüncə həmrəngliyidir. Hər yer özümüzlə doludur.

- 44 günlük savaş və Zəfər Azərbaycan ədəbiyyatına necə sirayət etdi? Yaşadıqlarımız tam anlamıyla ədəbi sferaya daşına bildimi?

- 44 günlük müharibə Azərbaycanda hərb kultunun dəyərini artırdı. Bu gün bu kultu beşikdəcə boğmaq üçün ordunu, əsgəri, qazini, hətta şəhidi belə gözdən salan xeyli ciddi propaqandalar aparılır. Məqsəd nə yolla olur-olsun Azərbaycanda hərbi aristokratiyanın yaranmasına imkan verməməkdir. Təəssüf ki, savadsızlıq, avamlıq ucbatından əhalinin bir hissəsi də bu çirkin təbliğata kor-koranə xidmət edir. Azərbaycan ədəbiyyatına gəlincə, biz heç vaxt erməni ilə müharibədən böyük ədəbiyyat yaratmayacağıq. Ermənilər uzun illər türk xalqlarının arasında etnik bir xalq kimi yaşayıblar. Tarixin heç bir dönəmində döyüş meydanında türklərin qarşısında tərəf kimi çıxış etməyiblər, hətta lokal qarşıdurmalarda belə erməni alət kimi istifadə olunub. Xristianlar Osmanlını parçalamaq üçün bu xalqdan mina kimi yararlandılar. Sonra ruslar bu “mina”nı aparıb Qafqazda basdırdılar. Sənət isə daha dərin duyğulardan güc alır, istər sevgi olsun, istər nifrət. Erməni Azərbaycan ədəbiyyatını yaradan duyğular üçün düşmən sayılacaq qədər böyük obraz deyil. Ümumiyyətlə, türk ədəbiyyatında erməni yazıq, üzüyola xarakteri ilə məşhurdur, bir də fahişəxana saxlayan qadınları ilə. Maraqlananlar türk tarixçi Murad Belgenin “Ermənilər ədəbiyyatda” kitabını oxuya bilərlər.

- Hesab edirsiz ki, müharibəni, daha doğrusu, ermənilər üzərindəki qələbəni ədəbiyyata gətirmək mütləq deyil? Bəlkə hansısa yazarın qələmindən şedevr “doğulacaq”...

- Müharibədə şəxsən iştirak edən şair və yazıçılarımız var. Məsələn, Emin Piri. Yəqin ki, müharibəni gözləri ilə görənlər bunu nə vaxtsa əsərləşdirəcəklər. Umberto Ekonun bir düşmənə sahib olmanın bir xalq, bir dövlət üçün hansı əhəmiyyəti daşıdığını izah edən bir essesi var. Ekoya görə, hər hansı bir xalq, toplum düşmən sahibi olmaqla öz kimliyini yaradır və qoruyur. Milli kimliklərimizin formalaşmasında həm də düşmənlərimizin rolu var. Düşmən, sadəcə, milli kimliyimizi tanımaq üçün bir ölçü deyil, həm də dəyərlər sistemimizin, milli narrativlərimizin gücünü bilmək, hər hansı bir problemlə üzləşərkən onu aşa bilib-bilməyəcəyimizi öyrənmək üçün önəmlidir. Düşmən bizə öz gücümüzü, milli potensialımızı qiymətləndirməkdən ötrü lazımdır. Eko bu essesində iddia edir ki, hətta düşmənimiz olmasa belə, onu yaratmalıyıq. Düşməni olmayan xalq tarix səhnəsini çox tez tərk edir. Bunu hiss edən amerikalılar “Soyuq müharibə”dən sonra dərhal Bin Ladeni yaratdılar, deyir Eko. Amma mən inanmıram ki, erməni uzun müddət bizə düşmən kimi “lazım olacaq”. Çünki biz bilirik ki, erməni siyasi muzdurdur. Ədəbiyyatımızın ona münasibəti də bir əfəndinin bir muzdura münasibəti kimidir. Bizə daha böyük və ləyaqətli “düşmənlər” lazımdır. Ermənilərin ədəbiyyatımızda bir düşmən görüntüsü isə, fikrimcə, Aqil Abbasın “Dolu” romanından o yana keçməyəcək.

- Qələm əhlinin işğaldan azad edilmiş ərazilərlə bağlı xeyli arzusu, planı var. Ən azından tezliklə Qarabağa ayaq basmağa tələsirlər. Sizin xəyallarınız nədir? Məsələn, Qarabağa köçməyi, yaxud Şuşada şer yazmağı düşünürsüzmü?

- Uzun müddətdir ki, sujetlərdən biri Asiyadan Qarabağa gətirilən, özlərini “Nuhun oğulları” adlandıran (xatırladım ki, ari irqinin tör-töküntüsü olan ermənilər də özlərini Anadolu xalqları kimi Nuh peyğəmbərin nəvələri hesab edirlər) bir köçün əhvalatı olan bir roman yazıram. Səhra ilğımından çıxıb dağ-dumana girən və sözün hər mənasında yolunu azan, bununla da tarixdə itkin düşən bir köç. Qarabağla bağlı yeganə planım bu romanı maraqlı yazıb bitirməkdir. Başqa heç bir arzum yoxdur.

- Sizcə, son dönəmlərdə baş verən mühüm proseslər ədəbi cameədə canlanma yaratdımı?

- Deməzdim. Birincisi, ona görə ki, mədəniyyətimizin digər sahələri kimi ədəbiyyatımız da artıq bitkisəl, vegetativ həyat yaşayır. Yəni nə ölüdür, nə diri. Reanimasiya xəstəsidir. Bəlkə də ölüb, etiraf etməyə qorxuruq. Qarabağın 30 illik işğalı əxlaqımızla yanaşı, mədəniyyətimizə də ağır zərbə vurdu. Əxlaq, mədəniyyət çürüdüsə, hələm-hələm özünə gələ bilməz. İkincisi, hamı kimi ədəbiyyat, sənət adamları da hazırlıqsız yaxalandı bu qələbəyə. Hətta mənə elə gəlir ki, cəmiyyətimiz hələ də bu “ildırımsürətli” qələbənin şokundan tam ayılmayıb. Biz indi “Sonuncu şam yeməyi” əsərini çəkmək ərəfəsində həftələrlə ağ kətanın qarşısında oturub haradan başlayacağını bilməyən Da Vinçiyə bənzəyirik. Hələ prosesin emosional aydınlanma dövründəyik.

- Ötən günlərdə iki gəncin kitab oğurlaması geniş müzakirəyə yol açdı. Cəmiyyət iki hissəyə bölündü. Bir qisim gənclərə kitab oğrusu dedi, digərləri isə onlara heykəl qoyulmasını təklif etdi. Yazar kimi bu hadisəyə münasibətiniz necədir?

- Baş verən kitab oğurluğu hadisəsinə hüquqi müstəvidə baxmaq cəmiyyət olaraq bizlik deyil. Çünki hər min nəfərə oxunan kitab sayına görə heç Allah da bilmir ki, biz dünyada neçənci yerdəyik. Mən bu kitab oğurluğuna mədəni, tarixi perspektivdən baxmağın tərəfdarıyam. Çünki bizdə kitabın taleyi məhz mədəni, tarixi baxımdan qiymətləndirilməmiş məsələlərdəndir. Hüquqi qiymətə qalsa, kitabı oğurlanan Dantenin özü cavan vaxtı dələduzluq maddəsi ilə Florensiyadan sürgün edilmişdi. Bizdə kitaba qarşı, əsasən, iki total münasibət aktualdır. Ya kitabdan qorxuruq, ya da onu fitə basırıq. Yəni biz kitab oğurluğuna, nə bilim, Prometeyin odu oğurlayıb insanlara gətirməsi kimi baxmalıyıq. Yaxud bu işi yəhudilərin sumer kitabələrini özününküləşdirib daha da təkmilləşdirməsi kimi gözdən keçirməliyik. Ya da bəzi avropalılarin İbn Rüşdün sonradan Renessansın, maarifçiliyin, modernizmin əsası olacaq yandırılan kitablarının nüsxələrini əkişdirib saxlaması kimi sevinməliyik. “Kitab oğurluğunu, az qala, muqəddəsləsdirməliyik, populyar mədəniyyətə çevirməliyik” deməkdən özümü güclə saxlayıram. Vatikanın məşhur kitabxanasının, bəlkə də, yarısı “məbəd cəngavərləri”nin Şərqdən, Asiyadan oğurlayıb apardıqları qədim kitablardır. Türkiyə yəhudisi, tarixçi-alim Rıfat Bali Türkiyə kitabxanalarından əkişdirilən, yoxa çıxan nadir kitabların uzun bir siyahısını hazırlayıb özünün “Bir soyğunun, bir talanın hekayəsi” kitabında. Bu siyahıda şah Təhmasibin “Şahnamə”sindən tutmuş imam Əlinin əlyazmasına qədər nə cür desəniz əsərlərin adları var. Yoxa çıxan bu kitabların bir çoxu sonradan Avropa muzeylərində, aksionlarında göründü. Bəzilərimiz özünü elə aparır ki, sanki Azərbaycanda cəmi iki oğru var, onlar da ancaq kitab oğurlayırlar.

- Qarabağ ətrafında cərəyan edən gərgin prosesləri izləyirsizmi? Narahatlıq duyduğunuz məqamlar varmı?

- Ermənilərin Qafqaza köçürülməsi tarixindən bu günə qədər ilk dəfədir ki, proses əksinə baş verib. Yəni biz bizdən alınanı geri almışıq. Bu davranışı bir dövlətçilik strategiyasına çevirmək lazımdır. 2500 il əvvəl Çin generalı Sun Tzu “Müharibə sənəti” kitabında yazırdı ki, qələbə müharibədən öncə qazanılır. Və bunun yolunu öyrədirdi çinlilərə. Bu yol siyasət idi, diplomatiya idi. Qarabağa aparan yolun təkcə döyüş yolu olmadığını ağıllı adamlar, onsuz da, bilirdilər. Biz Qarabağı döyüş meydanında yox, siyasət meydanında uduzmuşduq. Biz döyüş meydanında yox, siyasət meydanında əliyalın idik, yiyəsiz idik, həm də Qacardan üzü bu yana. Cəsarəti ağıldan üstün tuturduq, avam olduğumuz üçün cəsarətin çox vaxt tarixdə yalnız taktiki uğurlar üçün keçərli olduğunu, strateji uğurların ağılla qazanıldığını bilmirdik. Çünki bu müstəmləkə illərində tarixi deyil, cari uğurların peşindəydik. Abırsız adamlardan fərqli olaraq, abırlı adamların gələcəyə ümidi itmişdi. Çünki iki yüz ilə yaxın idi ki, biz bu meydanda qanımızın deyil, ağlımızın azlığından uduzurduq. Prezident öz siyasəti ilə təkcə Qarabağı düşməndən deyil, elə Azərbaycanı da öyrəşdiyimiz o cari azərbaycançılığın “işğalından” azad etdi. Yeganə qorxum azərbaycanlıların yenidən öz cariliklərinə yenilməsidir. Strateji deyil, taktiki uğurların peşinə düşməsidir. Bostan deyil, qarpız davası etməsidir.

- Tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi ilə bağlı da fikirləriniz maraqlıdır. İndiki məqamda qardaş Türkiyə ilə həmrəylik nə qədər mühümdür?

- Adım şair kimi hallansa da, heç vaxt emosionallığın, sentimentallığın tərəfdarı olmamışam. Bu hadisəyə “Turana gedən yolun başlanğıcı” deyib indidən tozanaq qoparmaq istəmirəm. Bu gün bütün sahələrdə Azərbaycanı peşəkarlarla təmin edən ölkə Türkiyədir. Səhiyyə, sənaye, tərcümə ədəbiyyatı, hərbi mütəxəssislər və s. Müasir dünyada peşəkarlar olmadan heç bir sahədə uğur qazanmaq olmaz. Qarabağı 44 günə azad edən də peşəkar ordu idi ki, bu ordu Türkiyənin köməkliyi ilə yaradılıb. Ona görə də bu həmrəylik bütün sahələri əhatə etməlidir. Yalnız bundan sonra daha böyük ideoloji işlərə girişmək olar. Amma Şuşa Bəyannaməsini heç bir halda başımızın altında yastıq kimi hiss etməməliyik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Bu gün, 08:57
Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:53
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru