Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                     “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi .....                     Azərbaycanla sərhəddə gizli toplantı .....                     Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir .....                     Qida Sənayesi Kolleci adlı BAZAR... .....                     Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                 

"Yazıq rejissor mənə qonorarı deməyə utanırdı"
Tarix: 1-02-2021, 08:43 | Çap et
"Yazıq rejissor mənə qonorarı deməyə utanırdı"
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Firəngiz Babayeva Moderator.az-ın suallarını cavablayıb.

- Firəngiz xanım, salam. Necəsiz?

- Çox təşəkkür edirəm. Belə də.

- Özünüzü koronovirus pandemiyasından necə qoruyursuz?

- Öncə onu deyim ki, dövlətin qoyduğu bütün qayda-qanunlara əməl edirəm və hamını da bunlara əməl etməyə çağırıram. Həyətə çıxanda da maska taxıram. Həqiqətən də çox təhlükəli xəstəlikdir, artıq yaxınlarımız da bu virusa yoluxur, bəziləri hətta dünyasını da dəyişir. İnşallah ki, virus tezliklə bitər və biz də normal həyata qayıdarıq.

- Siz həm də “Uçurum” serialında baş rollardan birinə çəkilirsiniz. Hal-hazırda ekran işinin çəkilişləri davam edir?

- Artıq 3-cü mövsümün seriyalarını çəkib bitirdik. Gözləyirik, bəlkə 4-cü mövsüm də oldu.

- Sizin əsas iş yeriniz Bakı Bələdiyyə Teatrıdır. Bir ilə yaxındır ki, sənət ocaqları fəaliyyətsiz qalıb. Bu hal yəqin ki, digər sənətçilər kimi sizi də çox üzür.

- Uzun illərdir Bakı Bələdiyyə Teatrında çalışıram, amma bir ilə yaxındır ki, teatrda fəaliyyətsiz qalmışıq. Bu biz sənət adamları üçün çox üzücü bir haldır. Düzdü, maaşlarımızı vaxtı-vaxtında alırıq, amma sənətçi üçün səhnədə olmaq, səhnənin tozunu udmaq daha önəmlidir. Mən öz adıma danışıram. Sənəti düşünənlər maddiyatı düşünmür. Cavanlarımızın içində də teatra bağlı olanları var. Pandemiyadan əvvəl məni bir filmə dəvət etdilər, getdim, çox cüzi pul verdilər. Yazıq rejissor mənə qonorarı deməyə utanırdı. Dedim ki, istəyirsən heç o pulu da vermə, filmə görə gəlib çəkilərəm. Sənət olan yerdə pul hardasa mənim üçün arxa plana keçə bilir.

- Təbii ki, hamı sizin kimi sənətə can yandırmır. İşini yola verən “xaltura” edən sənətçilər də olur.

- Təbii ki, bütün sahələrdə olduğu kimi. İnanın ki, mən özümü tərifləmirəm, serialda çəkiləndə yadımdan çıxır ki, bu serialdır. Serialımızda çəkilən cavan aktrisa var, Ülviyyə Rza. Gəlirik oynamağa, ikimiz də tam başqa aləmə düşürük. Elə bilirik ki, nə Ülviyyə var, nə də Firəngiz. Çəkilişdən çıxanda da görürük ki, artıq bizdə hal qalmayıb. Bu bizdən asılı deyil, içimizdən gəlir. Rejissor da istəyir ki, işi boş yerə hədər getməsin. Sabah əgər tamaşaçı məni obrazda söyürsə o artıq mənim qələbəmdir. Baxmayaraq ki, təhqir edirlər.

- Bəs sizin həmin insanlara qarşı münasibətiniz necədir?

- Heç nə. Üzümü çevirib keçirəm. Onlara cavab versəm qorxuram ki, vurarlar. İnanırsız, qorxuram! (gülür). Mənim qızım da aktrisadır. O “Dəfnə ağacı” serialına çəkiləndə avtobusla gedib-gəlirdi. Bizim maşınımız yoxdur, aldığımız maaşla yaşayan insanıq. Mən haradan almalıyam maşını? Qızım bibisi qızı ilə avtobusda gedəndə arxadakı iki qadın üstünə hücum çəkib, saçından tutub, bunu döymək istəyiblər. Bibisi qızı onu müdafiə edəndə o biri tərəfdən də iki qadın bunların üstünə gəlib. Görüblər ki, onlarla bacara bilməcəyəklər, tez avtobusdan düşüblər. Məndə də həmçinin elə. İnanın mənə elə bir küçə sözü dedilər ki, onu dilimə gətirə bilmirəm. Dayanıb baxdım, bacım dedi ki, nə dedi sənə o? Dedim ki, qurban olum, gəl gedək!Neyləyim? Üzümə də tüpürüblər, hətta bir qadın gəldi ki, sən bir də gəlinini döysən, səni saçından tutub sürüyərəm! İnsanlar var ki, o serialın içinə girib, orada yaşayırlar.

- Yəqin ki, “Uçurum” serialındakı Cənnət obrazına rejissor yozumundan başqa siz də müşahidələriniz əsasında nələrsə qatmısız.

- Mən bu seriala dəvət alanda fikirləşdim ki, yəni gəlinini döyən qaynanalar hələ də var? Biz aktyorlar müşahidə edirik, hər şeydən nəsə götürürük. Mənim rəhmətlik qaynanam çox yaxşı insan idi, mənə ikinci ana olub. Cənnət obrazı gəlinini döyən bir qaynanadır. Bacım mənə dedi ki, sən gəl, mən sənə qonşumu göstərim. Gedib baxandan sonra gördüm ki, həqiqətən də belə qaynanalar var.

- Firəngiz xanım, istərdim Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahovadan danışaq. Onun uzun illərdir xərçəng xəstəsi olduğunu bilmirdik. Ümumiyyətlə son görüşünüzü necə xatırlayırsız?

- Bakı Bələdiyyə Teatrı mövsümə çıxanda Amaliya xanım bütün kollektivi bağına yığdı. Orada oturub bütün kollektivlə söhbət etdi, heç özünü sındırmırdı, xəstəliyi haqda danışmırdı. Səsi batsa da danışıb gülürdü, istəmirdi ki, heç kim pessimizmə qapılsın. Deyirdi ki, yaxşı olacağam, bir aya sağalıb qayıdacam teatra. Bizə də məsləhət görürdü ki, teatrda çalışırsız, işinizi ləngitməyin. Özünü arxa plana atmışdı, kollektiv üçün çalışırdı. Mən həmin gecə bir az tez çıxıb, evə gəldim. Çünki qonaqlarım gəlmişdi. Ondan sonra bir dəfə də o məni, bir də 4-5 nəfər iş yoldaşımızı çağırdı və oturduq söhbət etdik. Onun Moskvadan bir qonağı da gəlmişdi. Mənə dedi ki, yenə də tez gedəcəksən? Dedim ki, yox, istəyirsiz səhərə kimi qalım. Mənə dedi ki, Firəngiz çalışın teatr yaşasın! Mən isə dedim ki, sizinlə birgə yaşadacağıq teatrı. O vəziyyətində belə çalışırdı ki, kollektivin arxasında dayansın. Hər rəhbər onu etmirdi. Hərdən baxıb deyirdim ki, görəsən biz belə ola bilərik? O böyük iradə sahibi idi, iradə də hər insanda olmur.

- Xəstəliyinin bilinməsini, mətbuata sızmasını niyə istəmirdi?

- O elə bir xanım idi ki, heç vaxt zəif tərəfini heç kimə göstərmək istəmirdi. Xoşlamırdı ki, kiminsə ona yazığı gəlsin. Deyirdi ki, mən aktrisayam, səhnədə olmalıyam. Biz də baxıb ondan dərs alırdıq. Heç vaxt xəstəliyi ilə barışmadı, mübarizə apardı. O sonuncu dəfə AZDRAMA-ya tamaşaya baxmağa xəstəxanadan gəlmişdi. Kürəyindən tər axırdı, oturub sona qədər tamaşanı izlədi və çıxanda müsahibəsini də verdi. Bu cür aktrisalar barmaqla sayılası qədər də yoxdur. Kişi qeyrətli xanım idi, ona görə də hər şeyə sinə gərməyi bacarırdı. Onun dəfnində bir qoca nənə gördüm. Gördüm ki, əlində bir buket güllə məzarının başında dayanıb. Qadına sual verdim ki, qohumsuz? Dedi ki, xeyr qızım, sənətkarla görüşə gəlmişəm. Əlimdəki son pulumu verib, ona gül almışam. Həmin hadisə bu gün də yadıma düşəndə çox pis oluram.

- Həqiqətən də bütün teatr kollektivi onu çox sevirdi və bu sevgi hər rəhbərə qarşı olmur.

- Amaliya Pənahova hər zaman bizimlədir. Bilirsiz ki, pandemiyadan öncə bir sıra sənətçilərə mükafatlar verildi, yenə də bizim teatrımız və aktyorlarımızın adı o siyahıda yox idi. Yenə də arxa planda qaldıq. Bir başqa teatrın aktyoru, dünənki uşaq mənə dedi ki, sizə yazığım gəlir, heç birinizə heç nə vermədilər. Təsəvvür edin ki, bu nə deməkdir? Amaliya xanım yaxşı ki, bunları eşitmədi. Bu bizə çox pis təsir etdi, mən də dedim ki, halal xoşunuz olsun! Bizim teatr hələ 90 cı illərdə hər zaman cəbhə bölgələrində, səngərlərdə olub. Bakı Bələdiyyə Teatrına “Döyüşən teatr” deyirdilər. Ölkənin bir Bələdiyyə Teatrı var da. Buna bir bina vermək o qədərmi çətindir?

- Hal-hazırda Amaliya xanımın qızı Aynur Muxtarova teatra rəhbərlik edir. Amaliya xanımın hansı xüsusiyyətləri onda cəmlənib?

- Aynur xanım rəhbər işi ilə Amaliya xanımın eynisidir, hətta bir az da sərtdir deyərdim. Çünki sənətkar ailəsində böyümüş insandır. O gözünü açıb evində sənətkarları görüb. Hətta o vaxtlar da o gəlib bütün tamaşalarımıza , məşqlərimizə həvəslə baxırdı. Aynur xanım aktyoru dəyərləndirməyi, qiymət verməyi də çox gözəl bacarır. O da anası kimi çalışır ki, bütün problemlərimiz həllini tapsın. Mənim dövlətimizdən bir xahişim var. Bizə veriləcək adı da, mükafatı da qaytarmağa hazırıq, yetər ki, bizim teatra 100-150 nəfərlik yer versinlər. Vallah bizim teatr heyifdir! Niyə itib-batmalıyıq ki? Gəlin açıq etiraf edək ki, işləyən teatrlarımız çox azdır. Bakı Bələdiyyə Teatrı şəraitsizliyə baxmayaraq hər zaman işləyib. “Əli və Nino” tamaşasının hazırlıq prossesində inanın başımıza yağış yağırdı. Heç bir aktyor-aktrisa qaçmırdı o zaldan. Yenə də şükür edirdilər. Sənət fədailəri bunlardır, başqa nə demək olar? Yenə də ümidlə yaşayırıq və inanırıq ki, yeni Mədəniyyət Naziri də bu problemizi həll edəcək.

- Firəngiz xanım, qələbə qazanıb, zəfər çaldıq. Mən bilirəm ki, Amaliya xanım yaşasaydı birinci sizin teatrı, aktyorlarını Şuşaya, Kəlbəcərə aparardı.

- Bəli, əlbəttə. 44 günlük vətən müharibəsi bütün Azərbaycan xalqını necə ayaq üstə saxlamışdısa gecələrimiz yuxusuz, övladlarımızın yolunu gözləməklə, dualarımızla keçirdi. Bu qələbə bizə cavanlarımızın canı, qanı bahasına başa gəldi. Sevinc göz yaşları da, kədər göz yaşları da axıtdıq. Vətənimizin azad olduğunu eşidəndə bu göz yaşlarımızı heç unuda bilmədik. Unuda da bilməyəcəyik. Buna görə vətən yolunda canlarını qurban verən şəhidlərimizə rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik. Biz analar bütün şəhidlərimizi hər gün, hər an yad edib ruhları qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı diləyirəm, əsgərlərimizə var olun igidlər, həmişə vətənin keşiyində bu cür dayanın deyirik. Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm, nə yaxşı ki, bizim dövlətin başına belə böyük sərkərdə, oğul dayanıb. Onun qarşısında da baş əyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru