Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                     İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: .....                     Kremlin səssizliyinin pərdəarxası .....                     Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib .....                     Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir .....                     "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" .....                     Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi .....                     “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” .....                     Fermerlərin AQTA KABUSU... .....                     Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... .....                     Jurnalistə ağır itki üz verib .....                     İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib .....                     Paşinyan hücuma hazırlaşır: .....                     Aşıq Fəzail TƏNQİD ETDİ: .....                     Putinin enerji mühasirəsi dağıldı: .....                     Ordubad rayonu üçün zibildaşıyanlar alınır .....                     İki od arasında .....                     Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir .....                     Bu xəstəxanaya yeni direktor təyin edildi .....                     Masallıda pomidor sahələrdə qalıb .....                     Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU .....                     MİDA-nın mənfəəti üç dəfə azalıb .....                     “Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı .....                     AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ .....                     Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır .....                     Abdullah Öcalana belə oyun oynadılar .....                     Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... .....                     Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb .....                     FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... .....                     Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: .....                     Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... .....                     Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: .....                     Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır .....                 

“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Tarix: 3-12-2020, 08:32 | Çap et
“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Yazıçı, dramaturq Əli Əmirli Moderator.az-ın qonağı oldu.

Onunla söhbətimizdə tarixi qələbəmizin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirə biləcəyi yeniliklərdən danışdıq.

- Əli Əmirli tarixi qələbəni necə qeyd etdi?

- Hamı kimi, böyük coşqu ilə. Bu coşqunun hislər palitrası çox zəngindir. Ağdamlı olsam da, məhz Şuşanın azad olunması, özü də əlbəyaxa döyüşlə azad olunması... bu xəbəri Ali Baş Komandanın dilindən eşidəndə bəlkə də ömrümdə ilk dəfə hönkürdüm, bir müddət gələn telefon zənglərinə cavab verə bilmədim. Şah Qacarın anası Ceyran xanım çoxdan gözlədiyi xoş bir xəbəri alanda deyir: "Ahıl yaşda belə xoşbəxtliyi sinirmək çətindir". Amma biz sinirə bildik, otuz il bundan qabaq əyilmiş qəddimiz düzəldi. Bizim nəsil indiki gənc nəsilə böyük bir Qarabağ problemi miras qoymuşdu, Qarabağsız Azərbaycan. Azərbaycan əsgəri, bu günün qəhrəmanı isə öz övladlarına Qarabağlı bütöv Azərbaycanı ərmağan edəcək. Bu, çox böyük xoşbəxtlikdir. Əlbəttə, ömrünün ən gözəl çağlarında şəhid olan gənclərimizə görə biz həm də əzab çəkirik, amma nə etməli? Evinə gəlib girən, hələ bu azmış, sənə həqarət edən düşmənə xoşgəldinmi deməliydik? Deyir hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır. Bu müharibə şərəf davası, Vətən müharibəsi idi, bu müharibədə biz qələbə çalmasaydıq, dünya bizi uf demədən tapdalayardı, dost da üz çevirərdi, düşmən də. Nə xoşdur qalib olmaq!

- Sentyabrın 27-dən bu günə qədər yaşadıqlarımızı bir sənət adamı olaraq necə ifadə edərdiniz?

- Sənət adamı kimi deyil, sayı milyonlarla ölçülən sıradan bir azərbaycanlı kimi deyərdim, rəşadətli Azərbaycan ordusu bizi dost qınağından, qonşu tənəsindən, düşmən həqarətindən qurtardı. Dünyanın reallığı çox vaxt haqqın tərəfində deyil, gücün tərəfində dayanır, güclə hesablaşır, amma bizim qəhrəman oğullarımız öz gücü, qüdrəti ilə bütün dünyaya sübut elədi ki, haqq nazilər, üzülməz. Çünki qələbə haqqın mahiyyətindədir, o bəzən məğlub görünsə də, qalibdir. Necə ki, demokratiya örpəyinə bürünmüş, üzü üzlər görmüş qoca Avropaya bu ali həqiqəti anlatdıq. Onlar hələ də hirsdən-hikkədən çığırırlar.

- Sizcə, bu qələbə Azərbaycan ədəbiyyatında yeni bir dönəm yarada biləcəkmi?

- Ədəbiyyat, teatr, kino, şübhəsiz, həyatın, reallığın güzgüsüdür, amma bu güzgünün göstərmə qabiliyyəti nə dərəcədə bədiidir, bu başqa söhbətin mövzusudur. Əlbəttə, xalqımızın həyatında baş verən bu möhtəşəm, inqilabi qələbə ədəbiyyata təsir etməyə bilməz, amma siz deyən dönüş və ya böyük ədəbiyyatın yaranması üçün bu azdır. Ədəbiyyatda dönüşün yaranması üçün müharibənin və ya qələbənin olması həlledici ola bilməz. Əksinə, aktual mövzu çox vaxt zəif əsərlərlə ədəbiyyatı korlayır, çirkləndirir, gözdən salır, ədəbiyyatı təbliğat vasitəsinə çevirir. Ədəbiyyatın özünün sənət missiyası var, o bu missiyaya sadiq olmalıdır, dəbdə olan mövzu arxasında gizlənməməlidir.

- Necə hesab edirsiniz, bu qələbədən sonra teatrlarımızda vətənpərvərlik ruhunda hazırlanmış tamaşalar repertuardan çıxarılmalıdırmı?

- İstər vətən, istərsə də başqa mövzunun heç bir günahı yoxdur, onun təqdimatı zəifdirsə, gözəl bir hissi gözdən salırsa, mövzu neynəsin? Sizin suala gəlincə, bir az əvvəl dedim, aktual mövzu çox vaxt ədəbiyyata da, teatra da zərər vurur. Vətənpərvərlik mövzusunda tamaşaların repertuardan çıxarılması məsələsinin qələbəmizlə əlaqələndirilməsini nəzərdə tutursunuzsa, tələsməyək, hər şey məqamında həllini tapacaq. Bir halda ki, teatrlar heç tamaşa göstərmək imkanında deyil. Teatr özü bu gün heç bir cəhətdən aktual deyil.

- Adətən, bizdə beynəlxalq arenaya çıxarılası filmlərimizi və layihələrimizi daha çox xarici rejissorlara və ssenaristlərə həvalə edirlər. Sizcə xarici ssenarist və rejissorlar Qarabağ həqiqətlərini bizdən dahamı yaxşı çatdıra bilərlər?

- Bu vaxta qədər mən xarici kino mütəxəssislərinin ölkəmizin sifarişi ilə çəkdiyi filmlərin nə ölkə daxilində, nə də xaricdə böyük uğur qazandığını eşitməmişəm. Əlbəttə, peşəkar dramaturqu, məşhur rejissoru, usta operatoru böyük qonorar hesabına hansısa layihəyə cəlb etmək olar, ortaya çıxarılması ayıb olmayan film də alına bilər, amma o filmdə milli ruh olmayacaq, olmur da. Ruh olmayanda isə tamaşaçı duyğulanmır, içi titrəmir. Hollivud filmi var, orda avantürist bir rəssam Rembrandtsayağı bir portret çəkir, bütün mütəxəssislər iddia edir ki, həqiqətən bu Rembrandtın fırçasına məxsusdur, tək bir nəfər - gənc sənətşünas xanım deyir ki, bu Rembrandt deyil, "poddelkadır". Məqam düşəndə rəssam o xanımdan soruşur, sən nədən bildin bu Rembrandt deyil. Xanım cavab verir, mən Rembrandtın əsərlərinə baxanda içimdən qəribə bir titrəyiş keçir, bu portretə baxanda o titrəyiş olmadı. Sizin dediyiniz o filmlər də heç bir titrəyiş yaratmır. Ona görə də ən gözəl sifarişləri də bizim hazırda yetişməkdə olan gənc kinematoqrafçılarımıza vermək, onlara güvənmək lazımdır. O evin işığı bu evi işıqlandıra bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05
Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00
İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56
Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54
Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50
Putinin enerji mühasirəsi dağıldı: - Bakı Kiyevə təkcə qaz yox, mesaj da verir
Bu gün, 11:43
Ordubad rayonu üçün zibildaşıyanlar alınır – 900 min xərclənəcək
Bu gün, 11:35
İki od arasında – Deputatın 13 il əvvəl dediyi söz hələ də aktualdır
Bu gün, 11:33
Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir - İNCƏLƏMƏ
Bu gün, 11:28
Bu xəstəxanaya yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
Masallıda pomidor sahələrdə qalıb - Fermerlər məhsulu sata bilmirlər
Bu gün, 11:23
Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU - FOTO
Bu gün, 11:18
MİDA-nın mənfəəti üç dəfə azalıb
Bu gün, 11:15
“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59
Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56
Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35
FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22
Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18
Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13
150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10
Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53
İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47
“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45
ABŞ Konqresi yenə də problem yaratmağa çalışır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:44
Urmu gölünün qurudulması davam etdirilir - ETİRAZ
Bu gün, 09:40
Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:39
"Qapımı döyən, zəng edən yoxdur" - Cavanşir Quliyev
Bu gün, 09:36
"Starmer Fələstini tanıyacaq" - The Telegraph
Bu gün, 09:32
Rusiya bölgədən getmək fikrində deyil: - Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru