Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı .....                     Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... .....                     "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" .....                     Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa .....                     Azərbaycanla Ermənistan arasında memorandum .....                     Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: .....                     Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… .....                     Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? .....                     Bank rəhbərliyindən holdinqə transfer oldu .....                     Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR .....                     Lerikdə 407 minlik tender ləğv olundu .....                     “Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu .....                     Babək rayonunda fermerlər DAD DEYİR... .....                     “Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” .....                     Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb .....                     Nərgiz İsmayılova vəzifəsindən GETDİ .....                     “Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                 

"Şuşa şəhərində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik"
Tarix: 4-11-2020, 10:43 | Çap et
"Şuşa şəhərində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik"
Əməkdar incəsənət xadimi, tanınmış rəssam-modelyer Fəxriyyə Xələfovanın Yenisabah.az-a müsahibəsi:

- Fəxriyyə xanım, cəbhədə gedən döyüşləri izləyirsinizmi? Təəssüratlarınız nədən ibarətdir?

- Xalqımızın özünümüdafiə hüququnu həyata keçirən, 30 ilə yaxındır erməni tapdağı altında qalan doğma torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində qazandığı uğurlar bütün xalqımıza xoşbəxt anlar yaşadır.

Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün haqq işinə başlamışıq. Uzun illərdir ki, Azərbaycan böyük bir haqsızlığa, ərazilərimizin 20 faizinin işğalına məruz qalır; Xocalı soyqırımının xatirəsi və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün varlığı, bütün Azərbaycan vətəndaşları kimi mənə də asanlıqla nəfəs almağa imkan vermir. Bu gərgin zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəyə xas tərzdə nümayiş etdirdiyi rəhbərlik və qətiyyətdən sonsuz qürur duyuruq. Bu münaqişə Azərbaycan xalqının ürəyində açıq bir yaradır. Ürəyimiz Qarabağla döyünür, bu, Azərbaycan üçün milli mənəviyyat məsələsidir. Bu günlərdə milli kimliyimizin rəmzi olan bayrağımızın cəsur əsgərlərimiz tərəfindən işğaldan azad edilmiş bölgələrdə dalğalanmasını görəndə çox təsirlənirik. Azərbaycanın incisi olan və xalqımız üçün yüksək mənəvi dəyər daşıyan Şuşa şəhərində də bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik. Azərbaycan əsgərləri işğal altındakı torpaqlarımızı geri almağa qərarlıdır.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı növbəti hərbi təcavüzə başladı. Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əməliyyatlar, çox böyük ruh yüksəkliyi ilə, qarşılanır. Bütün xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında birləşir və onun qərarlarını hərtərəfli dəstəkləyir. Yüz minlərlə soydaşımız könüllü olaraq döyüşlərə qoşulmaq arzusunu dilə gətirib. Bundan əlavə, bir milyondan çox azərbaycanlı məcburi köçkün ümid edir ki, 30 illik əziyyətdən sonra layiq olduqları kimi evlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət edə biləcəkləri gün yaxınlaşır.

- Düşmənin hərbi cinayətlərə əl atmasını, konkret desək, Azərbaycanın mülki əhalisini atəşə tutmasını necə qiymətləndirisiniz?

- İşğalçı Ermənistan ordusu Azərbaycana qarşı iriçaplı silahlardan və ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, yüzlərlə dinc sakin girov götürüldü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçiriblər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın damarında qanını dondurur. Erməni işğalçılarını “uşaq qatilləri” adlandırmaq olar.

2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın faciəsi bizi son 20 ildə azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə bağlı yaddaşımızı təzələməyə vadar edir.

1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır.

1988-1989-cu illərdə indiki Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə, Gəncə və digər şəhərlərimizdə mülki əhaliyə qarşı hərbi hücumlar həyata keçirilib, birbaşa humanitar hüquqa zidd olan kasetli bomabalardan istifadə olunub. Nəticədə çoxlu sayda mülki vətəndaş zərər alıb. Mülki əhalidən, xüsusilə qadınlar və uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilib. Bu, beynəlxalq hüquq və beynəlxalq hümantiar normalarına, eyni zamanda insanlığa qarşı cinayətdir.

- Hərbi geyimlərin populyarlaşmasını necə şərh edə bilərsiniz?

- Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin başçılığı altında həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur düşməndən azad etməsi hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi yaradır, Qarabağın hər bir qarışının azad olunacağına inamı daha da artırır. İllərdir vətən, torpaq həsrəti ilə yaşayan xalqımız üçün bundan gözəl müjdə ola bilərdimi? Əlbəttə ki, yox. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq! Hazırda Azərbaycan Ordusu son 27 ildə beynəlxalq vasitəçilərin görməli olduqları işləri görür. İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu missiyanı uğurla başa çatdıracaq. Bu hadisələrdən ilhamlanaraq paytaxtımızda gənclərin, uşaqların, şəhər sakinlərinin çox vaxt da hərbi paltarlar geyinməsinin şahidi oluruq. Qərb ölkələrində hərbi dəb tendesiyalarının populyarlaşması istiqamətində bir sıra addımlar atırlar ki, bunların içində müxtəlif reklam plakatları ilə yanaşı, hərbi parçalardan istifadə edilərək müasir dəbdə geyimlərin tikilməsi, hərbi üslubda mülki çəkmələrin hazırlanması da əsas yer tutur. Beləliklə, hərbi geyimdən və yaxud onun dizaynından istifadə bütün inkişaf etmiş ölkələrdə normal hesab olunur. Eyni zamanda əgər hərbi geyimlər insanlar arasında populyardırsa, buna sevinməklə yanaşı, bunun cəmiyyətdəki vətənpərvərlik hissinin üksək səviyyəsi ilə əlaqəsinin bariz nümunəsidir. Hərbi stilinə yaxın olan, geyim üslubuu militari adlanır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu - SİYAHI
Bu gün, 11:54
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru