Ramiz Mehdiyevin çevrəsində QALMAQAL - Ortada ağır ittihamlar da var...
Tarix: 20-09-2021, 09:32 | Çap et
 DİA.AZ: - DİA.AZ bildirir ki, keçən həftə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı daha bir qalmaqalda hallandı. Belə ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun filologiya elmləri doktoru İdris Abbasov AMEA rəhbərliyinə yönəlik ağır ittihamlar səsləndirdi:
"Bu gün, 17.09.2021-ci ildə AMEA-nın Dilçilik İnstitutunda baş vermiş növbəti qanunsuzluğa, özbaşınalığın rəsmiləşdirilmısinə, qurumun elmi-tədqiqat mehvərindən tamamilə çıxarılmasına, intriqaların, alverin, fırıldaq və kələklərin, saxtakarlığın körüklənməsinə, idarəçiliyin karikaturaya çevrilməsinə, heç bir idarəçilik səriştəsi, qabiliyyəti olmayan, prinsipi prinsipsizlik olan, bütün qanunsuzluqların reallaşdırılmasında bir neçə iri akademik tərəfindən öz məqsədləri üçün alət kimi istifadə edilən, vəzifə məsuliyyətinin nə olduğunu dərk edə bilməyən birisinin Azərbaycan dilçiliyinə rəhbər təyin olunmasına, ölkə elmini bərbad günə qoymaqda maraqlı olan həmin akademik şəbəkənin onu zorla vəzifədə saxlamasına rəsmi münasibət bildirilməsi və ictimaiyyətə arayış verilməsi AMEA rəhbərliyindən, şəxsən AMEA prezidenti Ramiz Mehdiyevdən tələb olunmalıdır!
Qanunsuzluğu himayə edən akademik şəbəkənin dövlətdən maliyyələşib harınlaması, mədhiyyələr oxuyub dövlətin maraqlarına zidd işlər çevirməsi heç bir idarəçilik ədəbinə, alim adına və əxlaqına yaraşan iş deyil. Hesab edirəm ki, Prezident Administrasiyası tərəfindən AMEA-dakı qanunsuzluqların qarşısının alınması üçün ciddi müdaxilə edilməsi zərurətdir, çünki bu qurumda dövlətimiz üçün zərərli, neqativ proseslər gedir!"
Qeyd edək ki, bunun ardından qarşı tərəf də münasibətini açıqlayaraq ittiham tərəfinin özünə yönəlik iddialar səsləndirdi. DİA.AZ xatırladır ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy ittihamlara belə cavab vermişdi.
O qeyd edib ki, İdris Abbasovun məsələ barəsində yazdıqları həqiqəti əks etdirmir: “Onun peşəsi belə yalan məlumatlar yaymaqdır. Bir dəfə də yazmışdı ki, Naxçıvan dialekti atlasının məsul redaktoru kimi guya mən özümü yazmışam. Amma istəyirsiniz gəlin, göstərim ki, onun redaktoru mərhum Tofiq Hacıyevdir.
Dünən isə Lalə adlı bir işçimizin halı pisləşib. Ona təcili yardım çağırıblar. Deyirlər ki, həmin xanımın xəstəliyi var. Ancaq burada şöbənin yerinin dəyişdirilməsindən söhbət getmir. Sadəcə olaraq, xanıma yazı yazmaq təklif edilib, o da bundan imtina edib”.
Dünən isə İdris Abbasov yeni açıqlama ilə çıxış edib: "Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu mətbuata deyib ki, guya mənim dediklərim həqiqəti əks etdirmir: “Onun peşəsi belə yalan məlumatlar yaymaqdır”. Möhsün Nağısoylu, yalançını mənzilinə qədər qovarlar. Sənin (sizin) və səni (sizi) himayə edən bir neçə akademikin yalançı olduğunu, yalanınızın dövlətin maliyyə və elm potensialına böyük ziyan vurduğunu faktlarla ortaya qoymuşam. Hələ ki vəzifə səlahiyyətiniz sizi xilas edir.
Azərbaycan Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon manatı mənmi ört-basdır etmişəm, yaxud ayrılan yüz minlərlə qrantın taleyini qaranlıq labirintlərə mənmi soxmuşam? Yoxsa rüsvayçı plagiat əsərlərə İsa Həbibbəyli ilə birlikdə mən baş redaktorluq etmiş, dövlət vəsaiti hesabına çap etdirmiş və ictimaiyyəti aldatmışam? “İzahlı dilçilik terminləri lüğəti” adlı plagio-monumenti mənmi “şedevr” kimi təqdim və tərif etmişəm? Fakt qarşısında qaldıqda mənmi yalandan üzə dirənmişəm? İnstitutdakı özbaşınalıqları, fəaliyyətsizliyini(zi) ifşa edən İ.Abbasovu mənmi küncə sıxışdırıb “əlimin altında olan bütün işçiləri üstünə qaldıraram” deyib təhdid etmişəm? Ölkə Prezidentinin ana dili ilə bağlı dünya kitabxanalarında saxlanılan abidələrin dirçəldilməsi üçün ayırdığı vəsaiti mənmi yoxa çıxarmışam? 400 il Vatikan kitabxanasında mühafizə edilən italyan dilində yazılmış “Azərbaycan dilinin orijinal qrammatikası”nın tərcümə, tədqiq və şərhinə mənmi biganə yanaşmışam? İnstitutu özfəaliyyət dərnəyinə, elmi şuranı qoçu dəvət olunan intriqa şurasına çevirən kimdir? Daha nələr və nələr... İndi özün (üz) vicdanın(ız) qarşısında hesabat ver(in): Dövlətdən lazımınca bəhrələnib dövləti aldadan sənsən (sizsiniz), yoxsa mən?"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26 |
|
|
|
• Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16 |
|
|
|
• Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07 |
|
|
|
• “Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06 |
|
|
|
• Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02 |
|
|
|
• "City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
• Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52 |
|
|
|
• "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49 |
|
|
|
• "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47 |
|
|
|
• “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
• Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41 |
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
|