Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                 

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi adından ÖZBAŞINALIQ... - İTTİHAM
Tarix: 25-08-2021, 09:17 | Çap et
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi adından ÖZBAŞINALIQ...
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi və onun sədri Qurban Məmmədovun adı yenidən reyder hücumunda hallanır. “Yeni Müsavat”a müraciət edən bir qrup kiçik sahibkar bildiriblər ki, 1 ilə yaxındır ki, “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi adı altında fəaliyyətdə olan, özünü əlil adlandıran şəxslər onların fəaliyyətinə mane olur: “Bizlərə qarşı mənəvi və hüquqi terror etməklə məşğuldurlar. Onlar Dərnəgül küçəsi 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində giriş-çıxış yolunu baglatdıraraq, bizlərin, ərazidə fəaliyyət göstərən sahibkarların obyektlərinin düz qarşısında obyekt tikməyə cəhd göstərirlər. Əllərində isə saxtalığı Bakı Şəhər İcra Hakimiyyətindən, Nərimanov Rayon İcra Hakimiyyətindən təsdiqlənən bir məktubun surəti var. Həmin məktubu əllərinə alıb özbaşınalıq, qanunsuzluq, cinayət etməkdən çəkinmirlər. Onların reyder hücumlarının təşkilatçısı Yusuf adlı maklerdir. O, əraziyə Az 90 DF 646 dövlət qeydiyyat nişanlı, ”Land Cruiser" markalı maşına gəlir. Saxta əlilləri əraziyə o gətirir, vurun, dağıdın əmrini də o verir. Anar Dəmirovun başından əsa ilə zərbəni də onun göstərişindən sonra vurdular".

Şikayətçilər deyir ki, əlilliyi şübhə altında olan şəxslərin onların fəaliyyətinə mane olmaqdan əlavə, zəbt edib tikinti aparmaq istədikləri sahə dövlət mülkiyyətində olan yaşıllıq sahəsidir və magistral avtomobil yolunun mühafizə zolağıdır: “Yaşıllıq zonasında, magistral avtomobil yolunun mühafizə zolağında tikinti işləri aparmaq, ümumiyyətlə, qanunla qadağandır. Bu barədə dövlət orqanları onlara xəbərdarlıq da edib. Buna baxmayaraq, özlərini əlil adlandıran bu şəxslər vaxtaşırı əraziyə gəlib dava-dalaş salır, ərazidə qanunsuz tikinti aparmağa cəhd göstərirlər. Nəticədə dəfələrlə onlarla ərazidə fəaliyyət göstərən sahibkarlar arasında dava-dalaş düşüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində cinayət faktları ilə bağlı bir neçə araşdırma gedir”.

Şikayətçilər deyir ki, İctimai birlik sədri Qurban Məmmədov özü kənarda dayanır və əməllərindən xəbərsiz olan 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarını qabağa verir: “Qarabağda vuruşan, Vətənimiz üçün canından keçən hər bir Vətən övladı qarşısında baş əyirik. Bildiririk ki, bizlər də döyüşlərdə iştirakçı olmuşuq, 44 günlük müharibə günlərində dövlətimizə əlimizdən gələn dəstəyi vermişik. Qurban Məmmədovun oyuna salıb üstümüzə göndərdiyi müharibə iştirakçılarının bəziləri ortada dələduzluq, qanunsuzluq, cinayət olduğunu bilib sakitcə ərazidən uzaqlaşırlar. Ötən müddət ərzində Qurban Məmmədovun başının dəstəsi ilə dəfələrlə Bakının ayrı-ayrı rayonlarında bu cür qanunsuz hərəkətlər etməklə torpaqların, restoranların zəbt olunmasında adı keçib. Bu ilin aprelində gecə yarısı Qurban Məmmədovun dəstəsi bizim iş yerimizin qarşısına da hücum etdi. Oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv etməklə ərazini zəbt etməyə çalışdılar. Bizim gözətçimizə təzyiq göstərdilər, vurdular. Dövlət qurumlarının müdaxiləsi nəticəsində yaşıl soyqırım qeydə alındı, Qurban Məmmədovun dəstəsinin cinayəti protokollaşdırılaraq istintaqa təqdim olundu. Bu günə qədər həmin cinayət işi yerində sayır.

Ekologiya Nazirliyinin nümayəndələri ərazidə olan 20 Xan çinarı, 66 ədəd Leylandr və söyüd ağaclarının invertizasiyasını həyata keçirdi. Amma yaşıl soyqırım cinayəti bu günə qədər araşdırılmamış qalıb".

Saxta əlillərin torpaq zəbti ilə bağlı faktlar həddindən artıq çoxdur. Bir müddət əvvəl mətbuatda yayılan görüntülərdə Qarabağdakı müharibədə əlil olan biri kimi təqdim edilən Məhəmmədəli Hacıyev polisin qanuni tələblərinə qarşı etiraz edərək özünü yandırmağa cəhd etməsi səhnəsi vardı. Sonradan məlum oldu ki, Məhəmmədəli Hacıyev əlil deyilmiş, ən sevimli hobbilərindən biri də çətinə düşən kimi özünü yandırmaq şousu yaratmaqdan ibarətdır.

Məhəmmədəli Hacıyev hansısa əyri yollarla 2016-cı ildə “müharibə əlili” olmağa nail olsa da, 2019-cu ildə ictimaiyyətin müraciətləri əsasında Müdafiə Nazirliyi ona müharibədə yaralanmasına aid verilən sənədi ləğv edib. Hazırda Məhəmmədəli Hacıyevin müharibədə əlil olduğunu təsdiqləyən heç bir sənədi yoxdur.

Hərbi ekspert Ədalət Verdiyev saxta əlillərlə bağlı yazısında bu mövzuda olduqca ilginc faktlara toxunmuşdu. Ekspert müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayan Məhəmmədəli Hacıyevin şəriki Sərxan adlı birisi ilə bərabər “Vətən müharibəsi əlillərinə dəstək” İctimai Birliyinin rəhbəri olduğunu yazmışdı.

Ekspertin yazısından sitat: “Sərxan 1997-ci ildə minaya düşərək ayağını itirib. Bunun təfərrüatlarını Müdafiə Nazirliyi daha dəqiq bilir. Həmin təşkilatda yer alan digər bir saxta ”müharibə əlili" Elnur Əfəndiyevdir. Elnurun da əlilliyi saxtadır. O, həbsxanada yatarkən uduzduğu pulu zamanında ödəyə bilmədiyi üçün hansısa iynəni öz damarına vurmağa məcbur edilib, nəticədə ətraflarında çürümə gedib. Bunları onunla bir yerdə həbsdə yatanlarla birlikdə həbsxana rəhbərliyi də təsdiqləyə bilər. “Vətən müharibəsi əlillərinə dəstək” adlı ictimai təşkilatın adı altında fəaliyyət göstərən saxta əlillərin əsas fəaliyyəti vəsiqə satmaqdan (10- 30 manat), təşkilatın medalı ilə təltif etməkdən (30 -50 manat), hərdən bu ordenləri şəhid ailələrinə təqdim etməklə şəkil çəkdirməkdən və qismən mühafizəsi (sahibi) zəif, bəzən isə nəzarətsiz olan obyektləri (torpaq) ələ keçirməkdən ibarət olub. Təşkilatın fəaliyyətində basqın və reket fəaliyyətinin izlərini görmək çətin deyil. Hərdən sifarişlə basqınlar da həyata keçiriblər. Binəqədidə 15-ə qədər ev, Biləcəridə dəyəri 1 milyon manat olan kafe və çox sayda torpaq sahələri hər “əlilə” halal yolla qismət olacaq nemət deyil. Bu əmlakların alınması üçün ödənilən vəsaitin mənbəsini araşdırmaq və bu vəsaitdən ödənilən verginin miqdarına da nəzər yetirmək çətin iş deyil. 2019-cu ildə SOCAR rəsmiləri ilə “əlillər” arasında Binəqədidə baş verən hadisədə də əsas rolda Məhəmmədəli Hacıyev və onun ətrafındakılar idi.

Təxminən 1 il əvvəl “Əhmədli” metrosunun çıxışındakı “Qardaşlar” kafesinin dağıdılmasında da eyni saxta əlillər iştirak edirdilər. Bəzən başqa adamların da problemlərini həll etmək üçün ödəniş qarşılığında obyektlərə basqınlar da təşkil etməkdən çəkinmirlər. Klassik fəaliyyət sxemləri belə idi: Vatsap qrup üzvlərinə hansı obyektə və ya ərazidə aksiya (basqın) keçiriləcəyinə dair məlumat yerləşdirilir. Bəzi saytlara əvvəlcədən dəvət göndərilir, habelə “əlillərin” özlərindən də biri video çəkmək üçün təyin edilir. Obyektə anidən hücum edilir, çəliklərlə şüşələr və avadanlıqlar sındırılır, qıy-qışqırıq salınır, çəliklər kameraların önünə atılır. Mətbuat resurslarından bəziləri də hücum edənlərin qazi olduğunu zənn edərək onları müdafiə etməyə çalışır. Lakin əksər jurnalistlər artıq bu qrupun iş prinsipini anladığı üçün onların çağırışına məhəl qoymur... Bu hadisələri araşdıran hüquq-mühafizə orqanlarına digər təşkilat üzvləri təzyiq göstərir. Bu orqanlar isə onların müharibədə iştirakını və əlil olduğunu nəzərə almalı olur. Amma kimsə onların saxta əlil olduğunu araşdırmır. Çünki ortada çoxsaylı təşkilat üzvləri, onların vəsiqələri və medalları var. Bir rayonda məsələ səngiyir, çox keçmir ki, eyni fəaliyyət başqa bir rayon ərazisində təkrarlanır. Xatırladıram ki, bu tip reket fəaliyyəti ilə məşğul olan yalnız “Vətən müharibəsi əlillərinə dəstək” təşkilatı deyil. Məsələn, hazırda “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Nizami rayon şöbəsinin üzvü həmin rayondan seçilən və veteran döyüşçü olan bələdiyyə üzvünə qarşı zor tətbiq etdiyinə görə rayon prokurorluğunda bu gün araşdırma aparılır. Dərindən araşdırılsa, ölkə üzrə onlarla belə faktın ortaya çıxacağına əminəm".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru