"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

Ağsuda ŞAHLIQ HÖKMRANLIĞI... - Zaman geri dönür?
Tarix: 23-07-2021, 11:11 | Çap et
Ağsuda ŞAHLIQ HÖKMRANLIĞI...
DogruXeber.az xəbər verir ki, Ağsu rayonundan yenə giley var...

Yox bu dəfə təkcə rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdan deyil.
Bu dəfə Rövşən Bağırova rayonun Ləngəbiz kəndinin "sayılıb seçilən, hörmətli məmurları da qoşulub".

Doğrudur, rəsmiyyətdə onların hamısı Rövşən Bağırova aid olmasa da, rayonda fəaliyyət göstərən bütün istər özəl olsun, istərsə də dövlət qurumlarında İcra başçılarının hökmünün nə qədər keçərli olduğunu hər kəs çox yaxşı bilir.

DogruXeber.az İnformasiya agentliyinin redaksiyasına daha bir müraciət Ağsu rayonunun Ləngəbiz kənd sakini Əliyeva Nüşabə Soltan qızı tərəfindən ünvanlanıb.



Redaksiyamıza daxil olan videomüraciətdə Nüşabə xanım bildirir ki, həyat yoldaşı birinci qrup əlildir. İki azyaşlı övladı var. Həyat yoldaşı yataq xəstəsi olduğu üçün Nüşabə xanım ona və iki azyaşlı övladına qulluq etmək məcburiyyətindədir.

Yəni anlayacağınız ailədə qazanc gətirən kimsə yoxdur. Yaşadıqları ev də həyat yoldaşının babasından qalma palçıq kərpiclə hörülmüş evdir ki, o da artıq uçub-tökülüb desək yanılmarıq. Ev tamamilə qəzalı vəziyyətdədir. Yağış suları evin divarlarını yuyub aparıb.
Nüşabə xanım övladlarının dolanışığını az da olsa təmin etmək məqsədilə ünvanlı sosial yardım almaq istəyir. Bunun üçün də özünün dediyinə görə "döymədiyi qapı qalmayıb".
Amma, çi fayda...

Bundan əlavə xanımın nə özünün, nə də həyat yoldaşının adına heç olmasa boş torpaq sahəsi də yoxdur ki, özünün dili ilə desək "içində bir dam qaraldıb, balalarını ora yığsın". Bununla bağlı Ləngəbiz kənd icra nümayəndəsinə, kənd bələdiyyəsinə, bunlardan da bir səs çıxmadıqda Ağsu rayon İcra Hakimiyyətinə müraciət edib.

Sizcə İcra Hakimiyyəti nə cavab versə yaxşıdır?!

İcra Hakimiyyəti başçısının müavini İ.Mikayılovun imzası ilə Nüşabə xanımın yazılı müraciətinə cavab olaraq ünvanlanmış məktubda deyilir ki, "Kənd bələdiyyəsinə yazılı müraciət edin və torpaq satın alın."

Sizcə də gülünc deyilmi?

İcra Hakimiyyəti ya camaatı ələ salıb, ya da...
Nə bilim vallah...

Həqiqətən o cavabı düşünən beyinə həsəd aparılasıdır. Dünya-aləm umrunda deyil maşallah...

Xanım deyir "yeməyə çörək tapmıram. Yoldaşım yataq xəstəsidir. Birinci qrup əlildir(hansı ki, bu ölkənin əlil vətəndaşları xüsusi olaraq dövlətin diqqətindədir. Bu dövlətin büdcəsindən maaş və maaşdan əlavə müxtəlif yollarla milyonlar mənimsəyən, özünə bir neçə bizneslər quran məmurların da diqqət mərkəzində olmalıdır!). İki azyaşlı övladımın gözlərinə ac baxıram. Çarəsizəm." İcra Hakimiyyəti deyir:- "get bələdiyyədən torpaq satın al".
Əgər bu insanın torpaq satın almaq imkanı olsaydı, inanın ki, sizə ağız açmağı özünə yaraşdırmazdı.

"Özünə yaraşdırmazdı" ifadəsini işlətməyimizin də səbəbi odur ki, əslində haqqı olaraq hər hansı bir məsələ üçün İcra Hakimiyyətinə müraciət edən sakinləri İcra Hakimiyyəti başçıları, yaxud digər işçiləri o qədər alçaldır ki, insan hüquqlarını tələb etdiyinə də utanır. Ya vətəndaşların "boynuna minnət qoyur"lar, ya da ümumiyyətlə elə üz göstərirlər ki, insan nəyinki ora getdiyinə, hətta bu ölkədə yaşadığı üçün özünə nifrət edir. Ölkəyə nifrət edir. Ölkəni idarə edən hakimiyyətə nifrət edir. Səbəb isə icra başçısı və ərazi üzrə digər məmurlardır!

Vətəndaşları hakimiyyətdən narazı salan səbəbkarlar Rövşən Bağırov, Alı Qocayev, Eyvaz Hüseynov, Taleh Qaraşov, Vaqif Həsənov, Sahil Babayev, Elşad Həsənov və digər adlarını çəkmədiyimiz bu kimi məmurlardır.

Yenidən gəlirik o söhbətin üstünə:
- Hörmətli, İ.Mikayılov xanımın torpaq satın almaq imkanı olsaydı inanın ki, kənddə torpaq satan təkcə bələdiyyə deyil.

Bir xeyir əməli özünüzə çox görməyin. Heç olmasa Dövlətin mülkiyyətindən əliaçıqlıq edib, bu çarəsiz ailəyə çarə olun.(zatən dövlətin büdcəsi sizlərə xidmət edir)

Qeyd edək ki, sözügedən qurumlara dəfələrlə müraciət edən, lakin hər dəfəsində də əli boşa çıxan Nüşabə xanım Əliyeva Prezident İlham Əliyevə də yazılı məktub ünvanlayıb.

Yeri gəlmişkən onu da bildirək ki, DogruXeber.az İnformasiya agentliyinə daxil olan sakin müraciəti ilə bağlı biz Ağsu rayon icra Hakimiyyəti ilə əlaqə saxlayıb, başçının sakinləri qəbul etmədiyi barəsində olan narazılıqlarını bildirdiyimizdə, Ağsu rayon İcra Hakimiyyətindən bizə cavab verilmişdi ki, "Başçının qəbul günləri cümə günləridir və başçı özü qəbul edir".

Nüşabə xanım isə ötən həftənin cümə günü Rövşən Bağırova dərdini şəxsən demək üçün İcra Hakimiyyətinə üz tutub. Lakin, xanım bildirir ki, heç beşinci günlər də başçı özü deyil, müavinləri görüşür sakinlərlə. Nüşabə xanımı dinləyən müavin ona cavab olaraq büdcədə vəsait olmadığını, ona heç bir köməklik göstərə bilməyəcəklərini deyib. Hətta təəssüf dolu bir gecikmiş məsləhət də verib ki, "gərək vaxtında Fövqəladə Hallar Nazirliyinə müraciət edərdiniz".

Artıq ümidi hər yerdən üzülən Nüşabə xanım Əliyeva son olaraq DogruXeber.az informasiya agentliyinə ümid bağlayıb və müraciət edib.

Biz bunu dəfələrlə qeyd etmişik, yenə də deyirik. Vətəndaşların mediaya, həmçinin media vasitəsilə Prezidentə üz tutması, kömək diləməsi birbaşa ərazi üzrə fəaliyyət göstərən dövlət qurumlarının, həmin qurumlara rəhbərlik edən məmurların məsuliyyətsizliyi, yalnız öz rahatlığını və öz bizneslərini, büdcələrini düşünmələridir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru