Bakının Rusiya ilə bağlı daha bir addımı .....                     Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? .....                     Ermənistanda bəyanat verildi: .....                     Baş nazir vətəndaşlarla birgə uçdu .....                     Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır .....                     Laçın yollarında 277 min manatlıq cari təmir .....                     Onlara tapşırıq verilib: .....                     Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər .....                     Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb .....                     Kiyev “Gürcü Arzusu”nu ittiham etdi .....                     Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... .....                     Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı .....                     Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq .....                     Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? .....                     İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu .....                     İlhamə Elşadqızı yenə həbsdə qalacaq .....                     Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? .....                     Vaşinqton razılaşması regionumuzda sülhə yol açır .....                     Bloqer Səlim Milli vəfat etdi .....                     Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb .....                     Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb .....                     Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı .....                     Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır .....                     Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib .....                     OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? .....                     Dövlət Turizm Agentliyindən bir gündə iki tender: .....                     Saakaşvilidən Azərbaycan açıqlaması: .....                     Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? .....                     Balakənin küçələrini təmir edəcək .....                     “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır .....                     Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir .....                     Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı .....                     Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün .....                     Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu .....                     Rüşvətxor polis zabitləri .....                     Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB .....                     Vardanyandan Azərbaycana barışıq təklifi .....                     AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb .....                     Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında .....                 

"30 ildir ev növbəsi gözləyirik" - Çernobıl Əlilləri Cəmiyətinin sədrindən ETİRAZ
Tarix: 17-01-2019, 12:31 | Çap et
 "30 ildir ev növbəsi gözləyirik"
1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında (AES) güclü nüvə partlayışının baş verməsi ilə 7 min nəfər həlak, 25 min nəfər isə əlil olub. Çernobıl qəzasının aradan qaldırılmasında azərbaycanlılar da iştirak ediblər. Və hazırda o qəza zamanı xəsarət almış vətəndaşlarımızın sosial müdafiəsi üçün dövlət müəyyən işlər görür.

Azərbaycan Respublikasının "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanununda qeyd olunur ki, şəxsin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac varsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmalıdır.

Artıq 26 ildir ki, mənzil almaq üçün növbədə dayanan Çernobıl əlillərinin bu istəyinin tam təmin olunmaması isə narazılıqlara səbəb olur. Çernobıl Əlilləri Cəmiyyətinin (ÇƏC) sədri Mirhəsən Həsənov Sputnik Azərbaycan-ın məsələ ilə bağlı suallarını cavablandırıb.
- Artıq 26 ildir ki, Çernobıl əlillərinin mənzil problemi həllini tapmır. Maneələr nədən ibarətdir?

- Öncələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilən binalarda Çernobıl əlillərinə də bir neçə mənzil verilirdi. İnşa edilən böyük bir binada 3-5 mənzil Çernobıl əlillərinə verilirdi. Bu zaman əlillərin mənzillə bağlı problemləri, qismən də olsa, həllini tapırdı. Təəssüflər olsun ki, bu proses Səlim Müslümov nazir təyin olunanadək davam edib. Elə onun zamanında bir sıra ədalətsizliklər oldu, iki mərtəbəli evi və 4 otaqlı mənzili olanlara da ev verildi. Lakin ehtiyacı olanlar kənarda qaldı. Səlim Müslümov nazir təyin olunduqdan sonra ortaya çıxan digər problem isə bu mənzillərin yalnız Qarabağ əlilləri və şəhid ailələrinə verilməsi oldu.

- Bəs, Çernobıl əlillərinə mənzillər hansı qurum tərəfindən veriləcək?

- Çernobıl əlillərinin qanunvericiliklə təsbit olunmuş hüquqları var. Çernobıl qəzasında iştirak etmiş və zərərçəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı qanunda göstərilir ki, həmin şəxslər mənzil növbəsinə dayandığı gündən bir il müddətinədək evlə təmin olunmalıdırlar. Lakin artıq həmin vətəndaşlar 30 ilə yaxındır ki, mənzil növbəsində dayanıblar. Biz Çernobıl hadisəsində iştirak edənlərin siyahısını icra hakimiyyəti orqanlarından toplamışıq.

- Çernobıl əlillərinin mənzil təminatı reallaşmırsa, o zaman niyə mənzil növbəsinə dayanmaq üçün müraciətlər hələ də qəbul olunur?

- Əsas məsələ də elə budur. Vətəndaşlar mənzil növbəsi üçün qeydiyyata alınır, lakin onlara ev verilmir. Bu isə, o deməkdir ki, qanun var, ancaq icra olunmur. Qanunvericilikdə vətəndaşa şamil edilən bu güzəşt bu gün onun icrasının nəzarətsiz qalması ilə əlaqədar olaraq icra edilmir. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində deyilir ki, "biz mənzilləri şəhid ailələri və Qarabağ əlillərinə verəcəyik". İcra hakimiyyəti orqanları isə deyir ki, "bizdə mənzil fondu yoxdur və onun verilməsi ilə məşğul olmuruq". Milli Məclisin Sosial siyasət komitəsindəki çıxışım zamanı dəfələrlə bu fikri səsləndirmişəm ki, "ev verilmirsə, o zaman niyə mənzil növbəsi üçün müraciətlər qəbul olunur? Heç olmasa, o qanunu qəbul etməyin və vətəndaşı ümidləndirməyin".

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hansı addımlar atılmalıdır?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız Qarabağ əlilləri və şəhidləri üçün işlər görməli deyil. Adından da göründüyü kimi, bu nazirlik yalnız Qarabağ əlilləri və şəhid ailələrinin problemləri üçün yaradılan xüsusi komitə deyil. Bütün bu problemlərin həlli üçün istəyərdim ki, nazirlik və icra hakimiyyətləri hər il Çernobıl və Qarabağ əlilləri, şəhidlərlə bağlı bu kimi məsələləri birgə müzakirə etsinlər. Bununla yanaşı, nazirlik sosial yönümlü qanunvericilik aktlarını təhlil edərək bir sıra məsələlərin həlli istiqamətində vəsatətlə çıxış etməlidir. Düşünürəm ki, yalnız bu yolla sosial ədalət prinsipinin pozulmasının qarşısı alınar.

- Çernobıl əlillərinin əsas sualı ondan ibarətdir ki, onlar nə zaman evlə təmin olunacaqlar?

- Bu məsələlərlə bağlı mətbuat vasitəsilə real vəziyyəti təhlil edərək, ölkə rəhbərinə müraciət ünvanlayacağıq. Bu müraciət məktubunda da qeyd edəcəyik ki, icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların hüquqları pozulur və nazirlik tərəfindən ortaya atılmış prosedur qayda günün reallığını əks etdirmir. Problemlərlə yanaşı, onun həlli üçün təkliflərimizi də qeyd edəcəyik.

- Hazırda mənzil növbəsi üçün neçə nəfər növbədə dayanıb?

- Bakı, Sumqayıt və Abşeron üzrə, təxminən 370 nəfər mənzil növbəsinə dayanıb. Ümumilikdə, mənzil növbəsinə dayananların sayı bir il öncə 600-dən çox idi. Çernobıl əlillərinin sayı artmır.

P.S.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini öyrənib. Nazirlikdən qeyd olunub ki, bu qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin ən yaxşı səviyyədə təmin olunduğu az sayda ölkələrdən biri Azərbaycandır.

"1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl əlillərini də əhatə edir" – deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, əlillik səbəblərinə görə Çernobıl əlilləri 2 kateqoriyaya ayrılır: "Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar" əlil olanlar və "Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə əlaqədar" əlil olanlar kateqoriyaları var. Birinci kateqoriya əlillərin müharibə əlillərinə bərabər tutulması dövlətin onlara dəyər verməsinin bir göstəricisidir. Yəni müharibə əlilləri üçün nəzərdə tutulan Prezident təqaüdü, nazirlik tərəfindən mənzil və avtomobil təminatı bu şəxslərə də şamil edilir. İndiyədək bu təbəqədən olan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib".

O da diqqətə çatdırılıb ki, "Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar" əlil olan I və II qrup əlillərin uşaqlarına aylıq sosial müavinət də verilir: ""Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə əlaqədar" əlil olanlar isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası alırlar. Onlardan I qrup olan və əmək pensiyası deyil, yalnız sosial müavinət alan əlillər Prezident təqaüdü də alırlar. Ümumilikdə bütün Çernobıl əlillərinin müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinətlər ödənilir".













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…
Bu gün, 18:03
Lirə çöküşdə: Azərbaycanlı iş adamlarını nə gözləyir? - AKTUAL
Bu gün, 18:00
Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək
Bu gün, 17:58
Baş nazir vətəndaşlarla birgə uçdu - FOTO
Bu gün, 17:55
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 17:49
Laçın yollarında 277 min manatlıq cari təmir - DETALLAR
Bu gün, 17:40
Onlara tapşırıq verilib: - Bayramovla Mirzoyan sülh prosesini sürətləndirəcəklər
Bu gün, 17:39
Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər - SİYAHI
Bu gün, 17:32
Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - SANA agentliyi
Bu gün, 17:18
Kiyev “Gürcü Arzusu”nu ittiham etdi - Ukrayna xalqına hörmətsizlikdir
Bu gün, 17:15
Paşinyan buna da ÇARƏ TAPA BİLƏR... - FADEEVƏ CAVAB...
Bu gün, 17:14
Təhsil Nazirliyi bu şirkətlə 5,6 milyon manatlıq müqavilə imzaladı - TƏFƏRRÜAT
Bu gün, 17:07
Şiddətli töhmət alan Fuad Nağıyevin 267 min manatlıq SƏRGİ MƏRKƏZİ
Bu gün, 17:02
Binəqədidəki özbaşınalığı ETSN NİYƏ GÖRMÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:57
İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 16:50
İlhamə Elşadqızı yenə həbsdə qalacaq
Bu gün, 16:47
Rusiyanın Qafqazda “pis polis” ssenarisi: Bakı və İrəvanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 16:31
Vaşinqton razılaşması regionumuzda sülhə yol açır - deputat
Bu gün, 16:27
Bloqer Səlim Milli vəfat etdi
Bu gün, 16:21
Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb
Bu gün, 16:19
Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Bu gün, 16:16
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Bu gün, 16:15
Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Bu gün, 16:11
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Bu gün, 16:08
OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Bu gün, 15:42
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 15:38
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Bu gün, 15:26
Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Bu gün, 15:21
Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Bu gün, 15:17
Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Bu gün, 15:14
“Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Bu gün, 15:12
Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Bu gün, 15:09
Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Bu gün, 15:06
Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Bu gün, 15:03
Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Bu gün, 14:51
Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:47
Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Bu gün, 14:40
AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Bu gün, 14:34
Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 13:10
"Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Bu gün, 13:08
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Bu gün, 13:00
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Bu gün, 12:58
“Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Bu gün, 12:53
Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Bu gün, 12:52
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Bu gün, 12:50
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
“Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Bu gün, 12:43
Trampın yarpızı və İran yuvası - Ədalət Verdiyevin şərhi
Bu gün, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru