“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                 

Eldar Mahmudovun tutdurduğu sahibkarın ətrafında nə baş verir? - İDDİA
Tarix: 8-12-2018, 11:02 | Çap et
Eldar Mahmudovun tutdurduğu sahibkarın ətrafında nə baş verir?
Eldar Mahmudov nazir olarkən ölkənin bir çox gəlirli sahələrini özünə tabe etdirə bilmişdi. Ətrafına topladığı “çete” üzvləri hər ötən gün onun sərhədsiz biznes imperiyasını genişləndirmək üçün çalışırdılar. “Mahmudovçu”larla razılaşmayan, onların qanunsuz tələblərini yerinə yetirməyənlər üçün də “çarə” tapılırdı. Məsələn, Moskvadan hansısa erməninin şirkətindən Azərbaycandakı xərac ödəmək istəməyən sahibkara zəng gəlirdi, zəng edən şirkətin istehsal etdiyi mallarla maraqlanırdı. Sahibkar xəttin o tərəfindəkinin kimliyini, milliyətini bilməsə də, heç nə dəyişmirdi.

Həmin zəngdən 3-5 gün sonra sahibkarı MTN-ə çağırırdılar və ermənilərlə işbirliyində suçlayıb qabağına sübut kimi telefon danışığını qoyurdular. Beləcə, xoşluqla 100 min verməyən 1 milyon verib can qurtarırdı. Eldar Mahmudov varlanır, dəstə üzvləri qazanır, müflis duruma çatdırılan, borc bataqlığına atılan sahibkar da səsini, cınqırını belə çıxarmırdı.

Eldar Mahmudovun “çete” üzvlərinin başqa metodları da vardı. Məsələn, bu günlərdə azadlığa çıxması xəbəri yayılan “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mircəfər oğlu Mahmudova qarşı atılan addımlar sadəcə ağlasızmazdır. Onun barəsində “azadlığa çıxıb” xəbərinin mətbuata ötürülməsinin kökündə də mübhəm məqamlar yox deyil.

Həbsindən əvvəl iş adamından “mahmudovçu”lar xərac tələb ediblər. Sahibkar imtina edib, tələb olunan pulu verməyib. Və MMC-nin üzlədiyi binada elə bir yanğın baş verib ki, hələ də yaddaşlardan silinməyib.

Kimdir Miryusif Mahmudov və niyə həbs olunub?

2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi. 15 nəfər öldü, 50 nəfərin xəsarət aldı. Bu olay bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi günlərdə baş verdiyindən dərhal dünya mətbuatının 1 nömrəli mövzusuna çevirildi.

Olaydan sonra ilk həbs edilənlər sırasında Miryusif Mahmudov da oldu. Çox sonra Eldar Mahmudovun qurduğu səltənət “başına uçuruldu” - özü işdən çıxarıldı, “MTN çete”si ifşa edildi. Həmin vaxt artıq baş vermiş faciəyə görə M.Mahmudov və bir neçə nəfər həbsdə idi.

Dəmir barmaqlıqlar arxasından söylədikləri də əslində geniş istintaq araşdırmalarının mövzusu olmalı idi.

Miryusif Mahmudov məhkəməsində nə demişdi?

M.Mahmudov ittham üzrə özünü təqsirli bilməyərək, hadisənin qəsdən törədildiyini bildirmişdi: “Hadisə baş verən gün günorta yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar”.

M.Mahmudov məhkəmədə Eldar Mahmudovun diqqətinə düşmələrinin tarixçəsini də danışmışdı:

“Bir az əvvələ qayıtmaq istəyirəm. 2012-ci ildə MTN "Texnikabank"da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum. Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram..."

Xatırladaq ki, sözügedən faciə ilə bağlı həbs olunanların arasında ən ağır cəza Miryusif Mahmudova kəsilmişdi. Belə ki, binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına, qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunaraq, barəsində 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə 8 il azadlıqdan məhrum edilmişdi.

Ancaq ictimaiyyəti bu işdə əsas günahkarın Miryusif Mahmudov olduğuna inandırmaq mümkün olmadı.

Maraqlı bir məqam isə odur ki, neçə gündür M.Mahmudovun guya azadlığa çıxması xəbərləri dövriyyəyə buraxılıb. Azərbaycanda həbsdə olan məşhur arestantların azadlığa çıxması xəbərləri tez-tez yayılır. Belə xəbərlər adətən əks effekt verir. Hətta haqqında “azadlığa buraxılıb” xəbəri yayılan şəxs bəzən heç azad edilmir, bu bir şayiə olur. Bunu 10 ildən artıq MTN kimi bir quruma rəhbərlik edən Eldar Mahmudovun, onun komanda üzvlərinin bilməməsi mümkün deyil. Miryusif Mahmudov haqda bu səpkili xəbərlərin məhz sabiq nazirin çevrəsindən ictimaiyyətə ötürüldüyünü iddia etmirik. Sadəcə, belə üsullarla qərar verən şəxslərin haqqında bəhs olunan arestantlara qarşı münasibətinin hansı formada dəyişilməsi də maraq kəsb edir.

Yada salaq ki, bir müddət əvvəl mətbuatda elə Eldar Mahmudovun həbsdəki dəstə üzvlərinin də azadlığa çıxması haqda xəbərlər tirajlanmışdı. Bu, sanki bir nəbz yoxlaması kimi məqsədli şəkildə mediaya sızdırılır və demək olar ki, bütün hallarda media da vicdanlı yanılma anlayışı ilə bu xəbərləri dərc edir.

Bu baxımdan Miryusif Mahmudovun azadlığa çıxması xəbərinin də onun uzun müddət həbsdə saxlanılmasına hesablanan bir məlumat olmasını istisna etmək olmaz.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru