Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                     “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... .....                     Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? .....                     Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB .....                     Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü .....                     İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? .....                     "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                     İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz .....                     Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək .....                     Pezeşkian erməniləri təriflədi .....                     Rusiya ağlını itirir .....                     Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır .....                     Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... .....                     Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? .....                     Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... .....                     Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM .....                     Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçındakı quruculuq işləri böyük sürətlə davam edir .....                     Fransanın "mızqoyanlığı" .....                     “Fal biznesi”nin QURBANLARI .....                 

Heydər Əsədovun çevrəsi hədəfdə - HƏBSLƏR....
Tarix: 3-05-2018, 09:01 | Çap et
Heydər Əsədovun çevrəsi hədəfdə
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı "ASAN Xidmət" Mərkəzinin direktoru olub.

“Bağlı qutu”da nələr baş verib?
“Aqrolizinq” ASC fəaliyyətinə dair məlumatları qapalı saxlayan qurumlar arasındadır. Xüsusilə keçirilən tenderlər, alqı-satqılar, lizinq əməliyyatları barədə bu qurumdan məlumat almaq demək olar ki, qeyri-mümkündür.

Belə ki, 2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri Heydər Əsədov təyin edildikdən sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. Məlumat yayıldıqdan az sonra “Aqrolizinq”in sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, Əli Bayramov istintaqa cəlb olunmadı. Mümkündür ki, bu dəfə yoxlamalar daha ciddi dairəni əhatə etsin və həbslər olsun...

2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar 2008-2009-cu illərdə də geniş yayılıbmış. H.Əsədov nazir təyin olunandan sonra “Aqrolizinq”in fəaliyyətində şəffaflıq yaranacağına dair gözləntilər özünü doğrultmadı.

Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, “Aqrolizinq”də dəyişiklik çox cüzidir. Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib.

Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.

Bundan əlavə, ötən il mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib.

“Aqrolizinq”in şübhəli tenderləri
Tenderlərin rəsmi reyestrindən isə aydın olur ki, “Aqrolizinq”in ötən il “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. “Yeni Müsavat”ın bu şirkət və onunla bağlanan müqavilə barədə nazirlikdən məlumat almaq üçün göndərdiyi sorğuya bu günədək cavab verilməyib.

2017-ci ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 milyon manat vəsait xərcləyib. Bunun 342,5 milyon manatı 102 min ədəd kənd təsərrüfatı texnikasının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alınıb. Ümumilikdə, 2017-ci ildə “Aqrolizinq”ə dövlət büdcəsindən 200 milyon manat ayrılıb.

Ötən il ASC-yə qaytarılan vəsaitlərin həcmi 172,19 milyon manat təşkil edib. Bunun 99,42 milyon manatı ASK texnikasının lizinqindən, 3,27 milyon manatı texnoloji avadanlığın lizinqindən, 49,87 milyon manatı mineral gübrələr və pestisidlərin satışından, 16,26 milyon manatı servis xidmətlərindən, 3,46 milyon manatı digər xidmətlərdən daxil olub.

Aqrar istehsalçılarla dövlət arasında əsas vasitəçi qurum olan “Aqrolizinq” ASC-nin açıqladığı konsolidə edilmiş maliyyə hesabatında isə qeyd olunur ki, qurum 2017-ci ildə 21,7 milyon manat məbləğində ziyana düşüb. Bu, 2016-cı illə müqayisədə 10,7 milyon manat çoxdur. Hesabata görə, ötən il qurumun gəlirləri 41,6 faiz artaraq 180,8 milyon manat təşkil edib. Bunun 111,1 milyon manatı kənd təsərrüfatı avadanlığının satışından, 49,5 milyon manatı gübrə satışından, 16,4 milyon manatı heyvan satışından və sair əldə edilib. Şirkətin əməliyyat mənfəəti 13,3 milyon manat təşkil edib. Ötən il ərzində ASC valyutaların mübadilə məzənnəsinə görə 14,4 milyon manat zərərə düşüb.

1,6 milyard manatdan çox dövlət vəsaiti xərclənib
Hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu ilin fevralında isə dövlət başçısının sərəncamı ilə quruma kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat ayrılıb. Bu qədər böyük vəsaitlər hesabına alınan texnikadan, gübrədən, cins heyvanlardan səmərəli istifadə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalır. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilir. Bütün bunlar “Aqrolizinq” ASC-nin fəaliyyət prinsiplərində kəskin dəyişikliklərin olunmasını zəruri edir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni təyin olunan nazirin əsas vəzifəsi məhz “Aqrolizinq” kimi yerlərdə birbaşa sahibkarlarla işləyən qurumların fəaliyyətində dönüş yaratmaqdır: “Bu istiqamətdə real tədbirlər həyata keçiriləcəksə, kənd təsərrüfatında hansısa irəliləyişlərdən danışmaq mümkün olacaq. ”Aqrolizinq" ən qeyri-şəffaf fəaliyyət göstərən qurumlardan biri olub. Bu qurumun fəaliyyətində korrupsiya elementləri kifayət qədər yüksəkdir. Faktiki olaraq dövlətin aqrar istehsalçılar üçün yaratmaq istədiyi imkanlardan istifadə, demək olar ki, mümkün olmayıb. Buna görə də burada təkcə təsəvvürün deyil, bütövlükdə yanaşmanın dəyişməsinə ehtiyac var".

Ekspert deyir ki, “Aqrolizinq”in reputasiyası çox bərbaddır: “Yeni sədrin əsas vəzifəsi bu reputasiyanı müsbətə doğru dəyişmək, quruma olan inamı bərpa etmək olmalıdır. Bunun üçün şəffaflıq və hesabatlılıq əsas məsələlərdən biri olmalıdır. Həmçinin ”Aqrolizinq" tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Çünki qurumun yerlərdəki infrastrukturu elə bərbad formalaşıb ki, rəhbərliyin dəyişməsi bəzi hallarda regionlarda problemlərin həllini tapmaması ilə nəticələnə bilər. Buna görə də vətəndaşla qurumun təmsilçiləri arasında birbaşa təmasların minimuma endirilməsinə ehtiyac var".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29
Fransanın "mızqoyanlığı" - REPLİKA
Bu gün, 08:25
“Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23
Azərbaycanlılar daha ət yemirlər? - Rəqəmlərlə danışsaq...
Bu gün, 07:21
TSEK bu dəfə LAP AĞ ELƏDİ - BU NƏDİ BELƏ?
Bu gün, 07:18
ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR - BU DA FAKT...
Bu gün, 07:10
Ağlar günə qalan Ağsu səhiyyəsi - NARAZILIQ VAR...
Bu gün, 07:03
Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı - NƏ BAŞ VERİR?
Bu gün, 06:57
Arif Qaraşov illər sonra... - FOTOLAR
Bu gün, 06:47
Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb - Məhkəmə qərar verdi
Bu gün, 06:43
Ermənilərin Qarabağa qayıdışı... - BU AÇIQ TƏXRİBATDIR...
Bu gün, 06:39
Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:36
Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... - Vətəndaşların hüququ belə tapdanır
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru