"Azercell... bu nə deməkdir?" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda narazılıq ifadə olunur.
Özünü "ölkənin ən böyük mobil operatoru" adlandırmasına rəğmən müştərilərini rəsmən qarətlə məşğul olan "Azercell"ə yönəlik növbəti etiraz dolu müraciətdə daha sonra bildirilir:
"Məndə 28 gün aktiv olunmalı paket niyə 1 günə ləğv olunur? Siz məni aylıq tarifi götürməyə məcbur edirsiniz deyə mənim internet paketimi niyə ləğv etməlisiniz? Həm məcbur edirsiniz aylıq tarif götürüm... həm də götürdüyüm internet paketini ləğv edirsiniz...
Məqsədinizi deyin, biz də bilək...
"Bakcell"dən "Azercell"ə keçdim... deyəsən burdan da "Nar"a keçəcəm..."