Binəqədi rayonun Biləcəri qəsıbısində yaşayan Qafar Sadıqov iddia edir ki, Yeni Ələt stansiyadında edilən oğurluğu ifşa etdiyi üçün Azərbaycan "Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sərnişindaşıma departamentinin istismar xidmətinin rəisi İlham Hüseynov tərəfindən qanunsuz olaraq bir ay işə buraxılmayıb.
"DİA-AZ"-ın xəbərinə görə, şikayətçi deyir ki, daha sonra isə onun işinə xitam verilib. Vətəndaş deyir ki, əmək hüquqları pozulduğu üçün Nəsimi Rayon məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edib, lakin onun şikayəti təmin olunmayıb.
Şikayətçi deyir ki, baş verən oğurluğu ört-basdır etmək üçün onun müraciətlərinə baxılmır. O adiyyatı qrumlara müraciət edərək bu məsələni araşdırılıb, ədalətli qərar verilməsini tələb edir...
Məsələ diqqətimizdədir...