Türkiyəyə müalicəyə aparılan Əməkdar artist, xanəndə Ehtiram Hüseynovun səhhətində irəliləyiş var.
Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. O, müalicənin qaydasında getdiyini vurğulayıb:
"Həkimlər deyir ki, qorxma, hələ çox yaşayacaqsan. Hər şey yaxşıdır, sevənlərimə salam olsun".
Qeyd edək ki, Əməkdar artist Ehtiram Hüseynov dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir. Bir neçə gün öncə onun səhhətində problemlər yaranıb. Xanəndə Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə müalicəyə aparılıb.