![Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739244681_1738994989_0001.jpg)
Beyləqan-Daşburun avtomobil yolunun kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti aparılır.
“Yeni Çağ”ın redaksiyasına daxil olan məlumata görə, ümumi sahəsi 2 min kvadrat metrdən çox olan obyektin inşası üçün müvafiq dövlət qurumlarından – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyindən heç bir icazə alınmayıb.
Şikayətçilərin sözlərinə görə, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir, ancaq Beyləqan-Daşburun avtomobil yolunun kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına, ümumiyyətlə, riayət olunmur. Apardığımız araşdırmalardan da məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında həmin obyekt barədə heç bir qeyd yoxdur.
Bununla belə, müvafiq icazəsi olmayan və tikintisi sürətlə davam edən obyektlə bağlı aidiyyəti qurumların hələ də heç bir tədbir görməməsi ciddi suallar yaradır.
Qeyd edək ki, obyekt Beyləqan rayonunda müvəqqəti məskunlaşmış, Füzuli rayon sakini, sahibkar Nərimanov Malik Abduləli oğlu tərəfindən tikilir. Sözügedən tikilinin qəssabxanalar üçün ət kəsimi mərkəzi olacağı bildirilir.
![Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739244713_85284d0a-ec66-4211-b1df-746082bec3d1.jpeg)
![Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739244653_6145fec3-6002-4a42-b33b-b7906be9784c.jpeg)