Bonusların az olması və ya heç olmamasının GÜNAHKARI BƏLLİDİR... - NHMT ÇAĞIRIŞ ETDİ
Tarix: 7-12-2024, 08:43 |
Çap et
"Təşkilatımıza daxil olan məlumatda qeyd olunur ki, bəzi rəhbər şəxslər tərəfindən işçilərin hədəfə çatmasının qiymətləndirilməsi zamanı, onların (rəhbər işçilər nəzərdə tutulur -red.) səhvi ucbatından bəzi işçilər bonus ala bilməyib və yaxud da az alıb". "DİA-AZ" xəbər verir ki, bu iddia ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı məhz sözügedən məsələ səbəbindən əməyinin qiymətləndirilməsi hüquqları pozulan neft çalışanlarını öz maraqlarını müdafiə etməyə, rəhbərlik qarşısında məsələ qaldırıb haqqlarını tələb etməyə çağırıb.
Tanınmış hüquq müdafiəçisi daha sonra bunları əlavə edib: "Müvafiq səlahiyyətli şəxslərdən prosesi nəzarətə götürməyi, narazi işçilərin isə aparılan qiymətləndirmənin diqqətlə araşdırmasını müvafiq şəxslərdən tələb etmələri məqsədəuyğun və mütləqdir.
Qeyd edək ki, bu haqda məsələlər "Azneft" İB 28 May adına NQÇİ-nin QƏ və YTS-də müşahidə olunduğu bildirilir.
Onu da vurğulayıram ki, problemin araşdırılmasını hüququ tapdanan işçilər işlədikləri qurumun sahə üzrə məsul şəxslərindən tələb etməlidirlər..."