Ermənistanın Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan Özbəkistan, Qazaxıstan və Qırğızıstanı xaosla hədələyib.
Globalinfo.az xəbər verir ki, o, Turan ideyasını “Britaniya-Türkiyə planı” adlandırıb. İddia edib ki, məqsəd Ermənistanı parçalamaq, türk ölkələrindən güclü hərbi-iqtisadi blok yaratmaqdır.
Poqosyanın sözlərinə görə, Türkiyə Rusiya və Çin üzərində hökmranlıq etmək niyyətindədir və türk dövlətləri demoqrafik göstəricilərə görə artıq Rusiyanı üstələyirlər.
Bununla belə, Poqosyan Özbəkistan, Qazaxıstan və Qırğızıstanda xaos olacağını deyib.