"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" .....                     "PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi .....                     Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ .....                     DOST Agentliyində yeni təyinatlar həyata keçirilib .....                     Zəfər bəyanatına atılmayan imzalar... .....                     “Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” .....                     Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... .....                     Tramp Zəngəzur dəhlizindən danışdı .....                     Cənub-qərb küləyi əsəcək .....                     ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir .....                     “Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək? .....                     “Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” .....                     Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir .....                     Ramiz Mehdiyevin Naftalandakı adamı... .....                     Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? .....                     Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU .....                     Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... .....                     Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? .....                     SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? .....                     Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı .....                     Tanınmış tiktoker məsuliyyətə cəlb olundu .....                     Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? .....                     Uşaqpulu kimlərə verilməlidir? .....                     Onlar da orqanlarını bağışlamağa hazırdır, .....                     “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” .....                     Lənkəranlı Ukraynada əsir düşdü .....                     İşdən çıxardıqları AZMIŞ KİMİ... .....                     Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... .....                     Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi .....                     Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü .....                     Azərbaycanda baş redaktor vəfat etdi .....                     Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı .....                     Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                     Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... .....                     Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA .....                     Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? .....                     “Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” .....                     Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... .....                     “Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” .....                 

Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 09:05 | Çap et

Bakı ilə İrəvan arasında sülh prosesində nəzərəçarpacaq irəliləyiş fonunda Moskva regionda itirilmiş mövqelərini bərpa etməyə çalışır. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu erməni həmkarı Armen Qriqoryanla görüşdə Cənubi Qafqaza xüsusi diqqət yetirib.

“Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir. Saatlarımızı sinxronlaşdırmaq bizim üçün vacibdir. Son hadisələrlə, regionda baş verən müxtəlif hadisələrlə bağlı hər şey - bütövlükdə Qafqazda, Cənubi Qafqazda - bizim daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir”, - Şoyqu deyib.

Sergey Şoyqu MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündəki çıxışında da Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdə yaxşılaşma tendensiyasının olduğunu söyləyib. TŞ katibi deyib ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verib. Onun sözlərinə görə, Rusiya uzun müddət regionda sabitliyin təmin olunması və sülhün bərqərar olması üçün səylər göstərib: “Rusiya Ermənistan və Azərbaycan arasında tam həllini tapmamış münasibətlərin tənzimlənməsinə ciddi töhfə verib. Bütün bu müddət ərzində biz bölgədə sabitliyin təmin olunması və sülhün bərqərar olması üçün hər şeyi etdik”. Şoyqu deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər hələ tam şəkildə tənzimlənməyib. TŞ katibi Cənubi Qafqazda 3+3 formatında fəaliyyəti bərpa etmək lazım olduğunu deyib.

“Altılıq” formatında Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, region ölkələri Rusiya, İran və Türkiyə var. İran Rusiya ilə bir sıra məsələlərdə strateji partnyorluq edir. Həm Moskva, həm də Tehran ABŞ və Avropa İttifaqının bölgədə olmasının qəti əleyhinədir.

Vaşinqton görüşündən və ABŞ-də Ermənistan və Azərbaycan arasındakı anlaşmalardan sonra Rusiya narahatdır. Çünki Kreml ABŞ-nin Cənubi Qafqazda özü də uzunmüddətli olmasını qətiyyən istəmir. “Tramp yolu”nun ABŞ-nin nəzarətində olması Rusiya üçün qəbuledilməzdir. Ona görə də Rusiya 3+3 formatı ilə əslində ABŞ-ni sıradan çıxarmaq niyyəti güdür. Son günlərdə 3+3 formatının Rusiya rəsmiləri tərəfindən tez-tez gündəmə gətirilməsinin səbəbi budur.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya Cənubi Qafqazdakı əvvəlki təsir imkanlarını, nüfuzunu geri qaytarmaq üçün ən müxtəlif istiqamətlərdə xeyli vaxtdır cəhdlər edir: “Rusiya bunun üçün Cənubi Qafqaz ölkələrinə gah açıq və gizli təzyiq üsullarından istifadə edir, gah da yumşaq taktikaya keçir. Azərbaycana qarşı keçən ilin sonlarından etibarən təzyiq, hədə metodunu seçdilər. Nəticədə Azərbaycan-Rusiya münasibətləri heç vaxt olmadığı həddə gərginləşdi. Azərbaycan haqlı mövqedə olduğu üçün öz haqlı mövqeyində qaldı. Rusiya 10 aya yaxın təzyiq siyasətinin Azərbaycanı qorxutmadığını və bu vəziyyətin Rusiyanın özünə zərər vurduğunu gördü. Ona görə də münasibətləri yumşaltmaq qərarına gəldi. Ermənistanla da Nikol Paşinyan hakimiyyətə gələndən bəri, xüsusilə də son bir neçə ildə Rusiyanın münasibətlərində soyuqluq yaşanır. Paşinyanın ölkəsinin gələcəyinin Qərbə inteqrasiyada olduğunu bəyan edib buna uyğun siyasət yürütməsi Ermənistan hakimiyyətini Moskvanın hədəfinə çıxardı. Paşinyan hakimiyyətinin timsalında Ermənistana Rusiyanın təzyiqləri, rus siyasətçilərinin dili ilə təhdidlər genişləndirildi. Lakin Rusiya Ermənistana təzyiqlərlə Paşinyanı mövqeyindən çəkindirə bilmədiyini gördü və nisbətən yumşaq siyasət taktikasını seçdi. Son aylarda Vladimir Putinin Nikol Paşinyanı bir neçə dəfə qəbul etməsi də bu siyasətin təzahürüdür. Gürcüstana gəldikdə, qatı anti-Rusiya mövqeyində olan siyasi qüvvələri Rusiya xeyli vaxtdır milyarder Bdizina İvanişvilinin əli ilə hakimiyyətdən uzaqlaşdırmağa nail olub. Beləliklə, əslində Rusiya Gürcüstanın Qərblə münasibətlərinin soyuqlaşması və qırılma həddinə yaxınlaşmasına dolayısı ilə nail olmağı bacarıb. Düzdür hələ ki üzdə Rusiyanın Gürcüstanı tamamilə təsir dairəsinə saldığı görünməsə də, alt qatda təsir kifayət var”.

Politoloq dedi ki, indi isə Kreml bütövlükdə Cənubi Qafqazı Qərbin, ABŞ-nin təsir dairəsindən çıxarmağın yollarından biri kimi 3+3 formatını reallaşdırmağa çalışır: “Düzdür, bu format regional əməkdaşlıq və bölgədə sülh üçün Azərbaycan tərəfindən faydalı format kimi ilk vaxtdan elan edilib, ancaq Azərbaycan 3+3 formatını Qərbə, ABŞ-yə qarşı blok, format kimi görmür. Rusiya isə hiss olunmağa başlayıb ki, 3+3 formatını ABŞ-yə qarşı format olaraq görür. Ən azından onu reallaşdırmağa çalışır. Bir neçə ay öncəyə qədər hədələdiyi, təzyiq etdiyi respublikalara indi əməkdaşlıq formatının vacibliyi barədə tez-tez ən yüksək səviyyələrdə çağırışlar etməsi də buna görədir”.

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Sergey Şoyqunun mövqeyi Rusiya dövlətinin mövqeyidir: “Biz son zamanlar Rusiya tərəfindən digər yüksək ranqlı vəzifəlilərin də 3+3 formatının reallaşdırılması məsələsini qaldırdıqlarını müşahidə etməkdəyik. Rusiya sanki narahatdır. Rusiya keçmiş sovet respublikalarına yenə əvvəlki kimi, müttəfiq deyil, tabeliyindəki əyalət prizmasından yanaşma siyasəti yürüdür. Bu siyasətin nəticəsidir ki, Ukrayna ilə müharibə aparır. Nəticədə Rusiya uzun illər təsir dairəsində olan respublikalardakı nüfuzunu itirib. Rusiya bundan narahatdır. Ona görə də nüfuz gücünü bərpa etməyin yeni yollarını arayır. Bu yollardan biri kimi 3+3 formatını görür. Azərbaycan isə istənilən əməkdaşlıq formatını bərabərhüquqlu əməkdaşlıq olaraq görür və üçüncü tərəfə qarşı ittifaq hesab etmir. Rusiya üçün isə əməkdaşlığa bu prizmadan yanaşılmır. Lakin artıq dünya dəyişib. Cənubi Qafqaz regionunda Rusiyanın əlində alət olan əvvəlki imkanlar yoxdur. Reallaşdırmaq istədiyi formatın da həmin imkanları bərpa edə biləcəyi mümkün deyil. Çünki ölkələr, ən azından bir neçəsi bərabərhüquqlu əməkdaşlığın və ABŞ-yə, Qərbə qarşı olmayan formatın tərəfdarıdırlar. 3+3 formatı müstəqil dövlətlərin Rusiyanın təsir dairəsində düşməsini nəzərdə tutmur. Əgər Rusiya bu formatı xüsusilə Cənubi Qafqaz ölkələrini təsir dairəsi altına salmaq platforması kimi nəzərdə tutursa, yanılır, bu cür əməkdaşlıq formatı baş tutmaz. 3+3 formatı Rusiyanın, ümumiyyətlə, hər hansı bir ölkənin mövqe üstünlüyünü istisna edir, hər bir iştirakçı ölkənin bərabərhüquqluluğunu nəzərdə tutur. Azərbaycan bu formatı belə görür və başqa ölkələrə qarşı qarşı olmayan format sayır. Yalnız bu halda 3+3 formatı reallaşa bilər. Azərbaycanın irəli sürdüyü 3+3 formatı 5 ölkənin Kreml saatı ilə işləməsini nəzərdə tutmur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir – “Reuters”
Bu gün, 12:13
“Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək?
Bu gün, 12:12
“Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” - Əməkdar artistin qohumu
Bu gün, 12:07
Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir - Kobaxidze
Bu gün, 12:05
Ramiz Mehdiyevin Naftalandakı adamı... - Arzu Məmmədov kimdir
Bu gün, 12:00
Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? - İLGİNC
Bu gün, 11:54
Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU - FOTOFAKT
Bu gün, 11:51
Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... - “İllərlə işlədik, indi isə səbəbsiz işdən çıxarıldıq”
Bu gün, 11:45
Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? - ARAŞDIRMA
Bu gün, 11:43
SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? - ETİRAZ VAR...
Bu gün, 11:40
Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı - TƏFƏRRÜAT
Bu gün, 11:31
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu - BUNA GÖRƏ...
Bu gün, 11:30
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - 2 gündür xəbər yoxdur...
Bu gün, 11:25
Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
Bu gün, 11:21
Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Bu gün, 11:17
“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” – ABŞ Maliyyə Nazirliyi
Bu gün, 11:13
Lənkəranlı Ukraynada əsir düşdü
Bu gün, 11:10
İşdən çıxardıqları AZMIŞ KİMİ... - ÖDƏNİŞİ EDİN!!!
Bu gün, 11:06
Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... - İLGİNC İDDİALAR
Bu gün, 11:00
Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi
Bu gün, 10:50
Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü - Zaqatalalı gəncin FACİƏSİ
Bu gün, 10:47
Azərbaycanda baş redaktor vəfat etdi
Bu gün, 10:45
Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı - AÇIQLAMA
Bu gün, 10:19
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
2-ci əl telefon satan türk şirkəti bağlanır
Bu gün, 09:26
Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Bakı yoltikintiservis"in səhmdarları toplanır
Bu gün, 09:20
Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir - NƏ ETMƏLİ?
Bu gün, 09:05
“Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 08:55
Mehdiyev müxalifəti niyə və necə ələ alıb? - İLGİNC
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru