Biz - Nəbiyev Şəhliyar, Məmmədov Ceyhun və Mustafayev Hüseyn - 25 ildir ki, “Azərqaz” İstehsalat Birliyinin Zaqatala RQİİ-nin Şəki qəza dispеçer xidməti Cəfərabad QPS-də operator vəzifəsində çalışırıq.
Xatırladaq ki, biz 2000-ci illərdə həmin QPS-in sovet dövründən qalan avadanlıqlarını və ərazisinin müəyyən hissəsini şəxsi hesabımıza bərpa etmiş, işlək vəziyyətə gətirmişdik.
"Azərbaycan Reallığı" xəbər verir ki, Son 3 ildə bizi Qaz İxrac İdarəsindən “Azərqaz” İstehsalat Birliyinə tabe etdilər. Həmin tarixdən etibarən işimizə məsuliyyətlə yanaşmış, rəhbərliyin bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmişik.
Bizim vəzifə borcumuz verilmiş rejimə əməl etmək, eyni zamanda qorunma zonasının şum edilməsinə nəzarət etmək, yanğın təhlükəsi zamanı istifadə olunacaq ehtiyat yeraltı su mənbəyinin su ilə doldurulmasını təmin etmək olmuşdur.
2025-ci ilin sentyabr ayında “struktur dəyişikliyi” adı ilə, 25 illik qazpaylayıcı stansiyada çalışmamıza baxmayaraq, 06.11.2025 tarixində bizi işdən azad etdilər.
Biz 25 il ərzində işimizdə məsuliyyətli və yararlı olmuşuq. Buna baxmayaraq, bu gün hansı səbəbdən işdən çıxarıldığımız bizə məlum deyil.
Zəhmət olmasa, bu məsələni ictimailəşdirib, ədalətin bərpası üçün dəstək göstərəsiniz.
Hörmətlə:
Nəbiyev Şəhliyar
Məmmədov Ceyhun
Mustafayev Hüseyn














