Azərbaycan Milli Antidopinq Agentliyi Publik Hüquqi Şəxsi kənar audit xidmətlərinin satın alınması üzrə müqavilə imzalayıb.
- "DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin ümumi məbləği 11 min 750 manat təşkil edir. Ehtimal oluna qiymət 38 min 350 manatdır.
Xidmətə agentliyin 2024-cü il üzrə maliyyə hesabatının MHBS-ın prinsiplərinə uyğunluğuna müstəqil audit rəyinin verilməsi, • Agentlikdə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat uçotunun Beynəlxalq standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsi və düzəlişə ehtiyac olduğu zaman məlumatlandırılması • Agentliyin fəaliyyətinə və cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyyələrin verilməsi • Auditin nəticələri barədə hazırlanacaq audit rəyinin iki dildə azərbaycan və ingilis dillərində tərtib edilməsi daxildir.
Qeyd edək ki, şirkət daha öncə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin 8 min 250 manat audit xidmətlərinin satın alınması tenderinin qalibi olub.
















