Tanınmış tiktoker məsuliyyətə cəlb olundu .....                     Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? .....                     Uşaqpulu kimlərə verilməlidir? .....                     Onlar da orqanlarını bağışlamağa hazırdır, .....                     “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” .....                     Lənkəranlı Ukraynada əsir düşdü .....                     İşdən çıxardıqları AZMIŞ KİMİ... .....                     Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... .....                     Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi .....                     Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü .....                     Azərbaycanda baş redaktor vəfat etdi .....                     Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı .....                     Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                     Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... .....                     Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA .....                     Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? .....                     “Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” .....                     Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... .....                     “Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” .....                     Maşın bazarında qiymətlər QALXACAQ .....                     Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? .....                     “Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir .....                     2-ci əl telefon satan türk şirkəti bağlanır .....                     Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib .....                     "Bakı yoltikintiservis"in səhmdarları toplanır .....                     Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... .....                     Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir .....                     “Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" .....                     Mehdiyev müxalifəti niyə və necə ələ alıb? .....                     Hacı Surxaydan Prezidentə MÜRACİƏT .....                     Dövlətin əsas qanunu: Konstitusiya... .....                     Müstəqil dövlətin Konstitusiya günü .....                     Pensiyalarla bağlı gözlənilən anons verildi .....                     Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək .....                     Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... .....                     Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı .....                     Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA .....                     Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... .....                     "900 məktəbdə bu fənn üzrə kadr yoxdur" .....                 

Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Tarix: Bu gün, 09:37 | Çap et

Hökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri tətbiq edəcək. Qərara əsasən, gələn ildən idxal olunacaq yaşı 7-dən yuxarı olan benzin avtomobillərinin aksiz vergisi 1,5 dəfə, dizel mühərrikli avtomobillərinki isə 2 dəfə artırılacaq. Eyni zamanda, bu vaxta qədər müəyyən güzəştlər tətbiq olunan elektromobillər ƏDV-yə cəlb ediləcək, hibrid avtomobillər üçün isə mövcud vergi güzəştlərinin ləğvi nəzərdə tutulub.
Bu dəyişikliklərin avtomobil bazarında qiymətlərə, alıcı tələbinə və ümumilikdə bazarın dinamikasına mühüm təsir göstərəcəyi istisna olunmur. Qərar maşın bazarında bahalaşmaya da səbəb olacaqmı?

Modern.az-a açıqlamasında hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, adətən hər ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər edilir və bu dəyişikliklər növbəti ildən qüvvəyə minir.

“Gələn ildən etibarən daxili yanma mühərrikli minik avtomobillərinə tətbiq olunacaq aksiz vergilərində mühüm dəyişikliklər nəzərdə tutulur. Hazırda qüvvədə olan qaydalara əsasən, idxal olunan avtomobillərin aksiz vergisi həm istehsal ilinə, həm də mühərrikin iş həcminə görə hesablanır. Əgər minik avtomobilinin istehsal ili 7 ildən yuxarıdırsa, benzin mühərrikli avtomobillər üçün bu göstərici 1.2 əmsalı, dizel mühərrikli avtomobillər üçün isə 1.5 əmsalı ilə hesablanır.

Məsələn, yeni benzin mühərrikli avtomobil üçün aksiz vergisi 10 min manatdırsa, yaşı 7 ildən çox olan analoji avtomobil üçün bu məbləğ 12 min manata yüksəlir. Dizel mühərrikli avtomobil üçün isə eyni halda aksiz vergisi 15 min manat olur”.

Hüquqşünasın sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən bu əmsallar artırılacaq.

“Belə ki, yeni dəyişikliklərə əsasən 7 ildən yuxarı benzin mühərrikli avtomobillərin aksiz vergisi 1.2 deyil, 1.5 əmsalı ilə hesablanacaq, gələn ildən dizel mühərrikli avtomobillər üçün isə əmsal 1.5-dən 2-yə qaldırılacaq. Bu dəyişiklik nəticəsində yaşı 7-dən çox olan avtomobillərin aksiz vergisi 25-33 faiz civarında artacaq.

Eyni zamanda, hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər də gələn ildən dayandırılacaq. Bu isə o deməkdir ki, yanvarın 1-dən etibarən hibrid və köhnə avtomobillərin idxal rüsumları artacaq, nəticədə avtomobil bazarında qiymət artımı qaçılmaz olacaq”.

Ekspert həmçinin bildirib ki, bu dəyişikliklərin əsas məqsədi köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, daha yeni və ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaqdır:

“Hökumət istəyir ki, 7 ildən çox istismar olunan avtomobillərin Azərbaycana gətirilməsi səngidilsin. Çünki bu avtomobillər artıq ekoloji baxımdan da, texniki cəhətdən də köhnədir. Yeni qaydalar daha çox kiçik mühərrikli, az yanacaq sərf edən, ekoloji təmiz, elektrik və hibrid avtomobillərin gətirilməsini təşviq edəcək”.

Ekspert eyni zamanda vurğulayıb ki, bu dəyişikliklər avtomobil bazarında bir neçə istiqamətdə təsir göstərəcək:

“İlk növbədə ölkəyə ümumi avtomobil idxalı azala bilər. Bundan əlavə hibrid avtomobillərin payı azalacaq, elektrik avtomobillərin payı isə nisbətən artacaq. Həmçinin, daxili yanma mühərrikli, yeni və kiçik mühərrikli avtomobillərə marağın yüksələcəyi, ümumi qiymətlərdə isə artım müşahidə olunacağı gözlənilir”.

Ə.Hüseynov vurğulayıb ki, idxal rüsumlarının qalxması avtomobilin ümumi satış qiymətinə də birbaşa təsir edir. Onun sözlərinə görə, bu ikinci əl avtomobillərin alqı-satqısında da bahalaşmaya səbəb olacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, hazırda ölkədəki minik avtomobili parkının 86 faizindən çoxunu yaşı 10 ildən yuxarı nəqliyyat vasitələri təşkil edir:

“Bu göstərici 2022-ci ilə aiddir və həmin dövrdə artıq ölkəmizin avtomobil parkı köhnəlmiş hesab olunurdu. Hibrid və elektrik avtomobillərə verilən güzəştlər bu parkın yenilənməsinə ciddi təkan verib. Eyni zamanda, taksi parklarının yenilənməsi istiqamətində də işlər görülürdü. Bundan başqa, yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə qadağalar tətbiq olundu və utilizasiya prosesi başlandı”.

E.Əliyev hesab edir ki, yaşı 7 ildən yuxarı avtomobillərin aksiz dərəcəsinin artırılması da parkın cavanlaşmasına xidmət edəcək:

“Əgər təhlükəsiz və zəmanətli avtomobil istəyiriksə, onu rəsmi idxalçılardan almaq daha məqsədəuyğundur. Biz assosiasiya olaraq bunu tövsiyə edirik, lakin seçim, təbii ki, vətəndaşların öz ixtiyarındadır”.

Onun sözlərinə görə, hazırda Azərbaycana yeni avtomobillər ən çox Çin, Koreya və Avropa ölkələrindən, ikinci əl avtomobillər isə Yaponiya, Koreya və ABŞ-dan gətirilir:

“Bu qaydalar bütün ölkələr üçün eynidir. Yəni, hibrid avtomobillərə verilən güzəştlər bitibsə, fərq etmir, avtomobil Avropadan, yaxud Asiyadan gətirilib. Əsas olan istehsal ili və mühərrik növüdür”.

E.Əliyev sonda əlavə edib ki, 2026-cı ildən avtomobil idxalında yeni mərhələ başlayacaq. Köhnə və hibrid avtomobillərin baha başa gəlməsi bazarda qiymət artımı ilə müşahidə olunacaq, nəticədə elektrik mühərrikli və yeni nəsil avtomobillərin payı artacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu - BUNA GÖRƏ...
Bu gün, 11:30
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - 2 gündür xəbər yoxdur...
Bu gün, 11:25
Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
Bu gün, 11:21
Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Bu gün, 11:17
“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” – ABŞ Maliyyə Nazirliyi
Bu gün, 11:13
Lənkəranlı Ukraynada əsir düşdü
Bu gün, 11:10
İşdən çıxardıqları AZMIŞ KİMİ... - ÖDƏNİŞİ EDİN!!!
Bu gün, 11:06
Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... - İLGİNC İDDİALAR
Bu gün, 11:00
Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi
Bu gün, 10:50
Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü - Zaqatalalı gəncin FACİƏSİ
Bu gün, 10:47
Azərbaycanda baş redaktor vəfat etdi
Bu gün, 10:45
Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı - AÇIQLAMA
Bu gün, 10:19
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
2-ci əl telefon satan türk şirkəti bağlanır
Bu gün, 09:26
Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Bakı yoltikintiservis"in səhmdarları toplanır
Bu gün, 09:20
Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir - NƏ ETMƏLİ?
Bu gün, 09:05
“Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 08:55
Mehdiyev müxalifəti niyə və necə ələ alıb? - İLGİNC
Bu gün, 08:50
Hacı Surxaydan Prezidentə MÜRACİƏT - "Vətənimizin rifahı..."
Bu gün, 07:59
Dövlətin əsas qanunu: Konstitusiya... - MƏQALƏ
Bu gün, 07:51
Müstəqil dövlətin Konstitusiya günü - İsrafil Kərimovun yazısı
Bu gün, 07:49
Pensiyalarla bağlı gözlənilən anons verildi – Mühüm detallar
Bu gün, 07:44
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Bu gün, 07:39
Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... - İTTİHAM VAR...
Bu gün, 07:18
Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Bu gün, 07:14
Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”
Bu gün, 07:07
Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... - belə deyirlər...
Bu gün, 06:59
"900 məktəbdə bu fənn üzrə kadr yoxdur" - BU NƏDİ BELƏ?
Bu gün, 06:54
Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR - “Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib”
Bu gün, 06:48
"Bu da imtina verməyin bir yoludur" - GİLEY
Bu gün, 06:46
"Artıq Türkiyə səfirliyi də işə qarışıb..." - NARAZILIQ VAR...
Bu gün, 06:42
Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"
Bu gün, 06:34
Türk xalqları cəmiyyətlərini öz dillərində maarifləndirməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:30
Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır - SORĞU
Bu gün, 06:28
"Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?"
Bu gün, 06:27
Ramiz Mehdiyev ətrafında gərginlik artır: siyahı yayıldı – Dövlətin böyük planı
Bu gün, 06:25
Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir - ONA GÖRƏ DƏ...
Bu gün, 06:22
Azərbaycan pərakəndə satış sektorunda ilk - OBA marketlər şəbəkəsi startap ekosisteminə dəstək proqramına start verib
Dünən, 19:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru