“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb .....                     ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu .....                     Simonyan yeni “müharibə”ni elan etdi .....                     “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” .....                     Qəzetlər öz varlıqlarını qorumalıdırlar .....                     "Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" .....                     "PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi .....                     Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ .....                     DOST Agentliyində yeni təyinatlar həyata keçirilib .....                     Zəfər bəyanatına atılmayan imzalar... .....                     “Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” .....                     Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... .....                     Tramp Zəngəzur dəhlizindən danışdı .....                     Cənub-qərb küləyi əsəcək .....                     ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir .....                     “Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək? .....                     “Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” .....                     Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir .....                     Ramiz Mehdiyevin Naftalandakı adamı... .....                     Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? .....                     Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU .....                     Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... .....                     Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? .....                     SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? .....                     Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı .....                     Tanınmış tiktoker məsuliyyətə cəlb olundu .....                     Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? .....                     Uşaqpulu kimlərə verilməlidir? .....                     Onlar da orqanlarını bağışlamağa hazırdır, .....                     “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” .....                     Lənkəranlı Ukraynada əsir düşdü .....                     İşdən çıxardıqları AZMIŞ KİMİ... .....                     Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... .....                     Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi .....                     Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü .....                     Azərbaycanda baş redaktor vəfat etdi .....                     Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı .....                     Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                     Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... .....                     Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU .....                 

Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Tarix: Bu gün, 11:17 | Çap et

Ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar vətəndaşların sağlamlığı, sağlam uzun ömürlülük, gələcək nəslin sağlam böyüməsini şərtləndirir.
Hazırda ölkə səhiyyəsində irəliləyiş əldə edilən sahələrdən biri də orqan köçürmə əməliyyatları ilə bağlıdır. Son zamanlar orqan çatışmazlığından həyatını itirənlərin sayı artmaqdadır. Onların arasında tanınmış şəxslər də var. Buna görə də orqan transplantasiyası, meyitdən orqan köçürülməsi məsələsi gündəmdədir. Orqanlarını bağışlamaq istəyən vətəndaşlarımızın da sayı günü-gündən artır. Belə ki, bununla sağlığında orqanlarını bağışlayan insanlar vəfat etdikdən sonra orqana ehtiyacı olan xəstənin donoru ola bilirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl ölkəmizdə meyitdən ürək transplantasiyası əməliyyatı uğurla icra olunub.
 
Cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlamasında qeyd edib ki, hazırda Mərkəzə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur: “Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır”. Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”. Y.Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqan donorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb, vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurları barədə daha çox məlumat əldə etməyə başlayıblar: “İnsanlar daha çox anlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək və ona ikinci bir şans vermək deməkdir. Bu düşüncə tədricən daha geniş yayılır və qəbul olunur. Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır. Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcək və cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildə formalaşacaq".
 
Türkiyə nümunəsi: Nazir orqanlarını bağışladı
Yeri gəlmişkən, orqan donorluğu ilə bağlı qardaş ölkə çox gözəl nümunə ortaya qoyub. Türkiyənin səhiyyə naziri orqanlarını bağışlayıb.
Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu bütün orqanlarını bağışladığını bildirib. Ankarada keçirilən “Orqan bağışlamaq həftəsi”ndə çıxış edən nazir canlı yayımdaca bütün orqanlarını bağışladığını açıqlayıb: "Orqan bağışlamaq bir insana həyat bəxş edir, bağışlayan üçün isə ölümsüz bir xeyir əməl etmiş olur”.
Nazir bildirib ki, yeni sistemlə artıq orqan bağışlanması “e-Nabız” platformasında elektron şəkildə ediləcək. Səhiyyə naziri 1966-cı il təvəllüddür.
 
Qənirə Paşayeva və Barat Yusubovun humanist addımı
Əslində, illər əvvəl Azərbaycanda da belə bir nümunə olmuşdu. Mərhum millət vəkili Qənirə Paşayeva hələ 2013-cü ildə öz orqanlarını bağışlamaq barədə qərar vermişdi. O, bu barədə açıq şəkildə danışaraq qeyd etmişdi ki, bu, “dünyaya verə biləcəyi ən son fayda” ola bilər.
Q.Paşayeva ailəsinin də razılığını alaraq rəsmi şəkildə vəsiyyət yazmış və ölümündən sonra orqanlarının ehtiyacı olan xəstələrə köçürülməsini istəmişdi. O bildirib ki, insan həyatdan köçdükdən sonra onun orqanları başqa birinin yaşaması üçün vasitə ola bilər və bu, həm mənəvi, həm də insani baxımdan çox dəyərli addımdır. Deputatın sözləri ilə desək: “Öldükdən sonra mən həyata yenidən gəlməyəcəm, amma ölüm ayağında olan bir neçə insanın yaşamasına orqanlarımla yardım edə bilərəm. Bundan gözəl nə ola bilər?!”.
Yeni Klinikanın direktoru Barat Yusubov da bir neçə ay əvvəl bütün orqanlarını bağışlayıb.
O, bu barədə feysbuk hesabında paylaşım edib: “Bu gün bəlkə də, hayatımın ən önəmli qərarını verdim - bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm”.
Bu fakt onu göstərir ki, orqan donorluğu həm insani, həm də ictimai baxımdan yüksək dəyərə malik bir addımdır və artıq Azərbaycanda da belə humanist nümunələr mövcuddur.
Onu da deyək ki, orqan bağışlama əməliyyatı yalnız beyin ölümü halında, sağlığında orqan bağışlamaq istəyən donorlar üçün isə bağışlayan şəxsin razılığı ilə icra olunur. Azərbaycanda insanların həyatını xilas etmək məqsədilə bağışlaya biləcəyi orqanlar və toxumalar arasında ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, gözün buynuz qişası, sümük iliyi, kök hüceyrələri yer alır. Orqan bağışlama yalnız könüllü olaraq həyata keçirilə bilər və bağışlayan şəxs yazılı razılıq verərək bu qərarı qəbul etməlidir.
Donorun vəfat etdiyi müəyyən edildikdən sonra, bağışlama prosesinə başlamadan əvvəl Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən donorun ailəsinə və yaxınlarına məlumat verilir. Əgər donor əvvəlcədən orqan bağışlamağa razı olubsa, amma ailəsi bu barədə məlumatlı deyilsə, mərkəz həmin şəxslərə müraciət edir və onların fikrini soruşur. Ailənin razılığı alındıqdan sonra orqanların transplantasiyası həyata keçirilir. Bu prosesin həyata keçirilməsi zamanı, etik qaydalara və şəffaflığa tam riayət olunur.
Maraqlıdır, Azərbaycan ictimaiyyəti orqan transplantasiyası və könüllü donorluq məsələsinə necə yanaşır? Kimlər ölümündən sonra orqanlarını bağışlamağa razıdır, kimlər bu fikrə ehtiyatla yanaşır?
 
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında deyib ki, cəmiyyəti bu məsələyə hazırlamaq vacibdir:
“Çox çətin sualdır! Bir tərəfdən sənin orqanların kimisə yaşadacaq və bir xeyir verəcək, çox müsbət bir fikirdir! Amma cəmiyyəti hazırlamamış bunu demək çox çətindir, çünki inanclı insanlar buna etiraz edə bilərlər. Çox ailələr icazə verməz, heç ölənə sonra baxılsın, nədən olub insan! Həmçinin çox az da olsa, elə insanlar da tapılacaq ki, orqan donorluğuna mənəvi yox, maddi qazanc məqsədilə yanaşacaqlar. Yəni bu insanlar orqan bağışlamağı xeyirxahlıq kimi deyil, pul qazanmaq imkanı kimi görəcəklər.
Cəmiyyəti bu məsələyə hazırlamaq üçün televiziya və media vasitəsilə geniş müzakirələr aparılmalıdır. Həkimlər, psixoloqlar və digər mütəxəssislər bu prosesin psixoloji tərəflərini izah etməli, onların fikirləri və izahları cəmiyyətə aydın şəkildə çatdırılmalıdır. Ondan sonra bu suala dəqiq cavab vermək olar! Mən isə psixoloji olaraq hazıram, kiməsə köməklik etmək, kimisə yaşatmaq üçün öz orqanlarımı bağışlaya bilərəm!”.
 
Mən də donor olmağa hazıram
 
Milli Məclisin deputatı Ceyhun Məmmədov da Sherg.az-a açıqlamasında bu prosesdə hər kəsi fəal olmağa çağırıb. Onun sözlərinə görə, minlərlə insan orqan nəqli gözləyir və yenidən həyata bağlanması üçün donora ehtiyacı var:
“Mən də donor olmağa hazıram. Bu istiqamətdə mexanizm ölkəmizdə oturuşan zaman orqanlarımı ehtiyacı olan xəstələrə bağışlayacam. Hər bir azərbaycanlı bu cür təşəbbüslə çıxış etməli və real addımlar atmalıdır. İnsan sağlamlığı hər şeydən önəmlidir və dinimiz insan sağlamlığına xüsusi önəm verir. Dinimizin bu məsələyə müsbət münasibətini nəzərə alaraq, onu düzgün formada həyata keçirməyə çalışmalıyıq”.
 
Əgər şəffaflıq olarsa, bu əməl savabdır
 
Milli Cəbhə Partiyası sədrinin müavini Tural İrfan qeyd edib ki, Qurana görə bir insana həyat bəxş etmək bütün bəşəriyyətə nicat verməkdir. Bir adamı öldürmək də bütün insanlığı öldürmək kimidir:
“Bu meyarla da ehtiyacı olan, yaşamı üçün orqana möhtac olan adamlara başqasının öz orqanını bağışlaması məqbuldur. Lakin İslama görə adamın bilərək özünə zərər vurması, yaxud buna şərait yaratması doğru deyil. Sağ adam digər şəxsə orqan bağışlayıb özü şikəst olacaqsa, din buna yol vermir. Ölüdən orqan götürmək isə ya onun vəsiyyəti ya da vəlisinin, yəni varisinin izni ilə mümkündür. Əgər icazəsiz hansısa ölüdən orqan götürülsə, bu, oğurluq və qəsbdir. Adam sağlığında vəsiyyət edirsə ki, öldükdən sonra onun müəyyən orqanlarını götürüb istifadə etsinlər, burada da bir neçə diqqət olunası məqam var. Əvvəla, adam dəqiq bilməlidir ki, ondan götürülən orqan kimə və nə məqsədlə istifadə olunacaq. Habelə başqasına pulla satılmayacaq. Əgər pulla satılırsa, bu, orqan alveridir və din buna qarşıdır”.
T.İrfanın sözlərinə görə, ölkəmizdə insanlar iki səbəbdən orqan bağışlamağa müsbət yanaşmır: “Birincisi, uzun müddətdir xurafat və mövhumata mürtəkib olmuş dindar kütlə elə zənn edir ki, bu, birmənalı olaraq günahdır. Əvvəlcədən bildirim ki, bu, cahilanə yanaşmadır və şəriətdən məlumatsız qalmaqdan irəli gəlir. İkinci səbəb isə etibarın olmamasıdır. Məsələn, bəzən müəyyən günlərdə adamlar gedib sədəqə qan verirlər. Lakin elə vaxt olur ki, adamın özünə qan lazım olur, o zaman onu həddən artıq baha qiymətə almalı olur. Orqan bağışlanma məsələlərində də düşünür ki, mən orqanımı bağışlayacam, məndən sonra onu kiməsə pulla satacaqlar, yaxud əvəzində ondan ödəniş tələb edəcəklər. Lakin öz yaxınıma orqan lazım olsa, onda ona da eyni yanaşma olacaq. Yəni bir növ səhiyyəyə etibar, inam, ümid qalmayıb. Mənfi hallar o qədər qabarıq büruzə verir ki, insanlar həkimə yalnız əlacı kəsiləndə gedir. Şəffaflıq olarsa, bağışlamaq nəinki olar, hətta savabdır. Qeyri-şəffaflıq inamsızlıq yaradır, etimadı heçə endirir. Mən dəqiq bilsəm ki, mənim orqanımla bir yetim, məzlum, özüm kimi kasıb biri həyata qayıdacaq, əlbəttə bağışlayaram. Amma buna inamım, etibarım, etimadım yoxdursa, əsla etmərəm. Gərək səhiyyəmiz öncə cəmiyyətdə özünə inamı, etimadı doğrultsun ki, bizdə də camaat axın-axın gəlib öldükdən sonra orqanlarının istifadə edilməsinə razılıq versinlər”.
Orqan alveri kimi neqativ hallar qətiyyən baş verməməlidir
 
AĞ Partiya sədri Tural Abbaslı isə qeyd edib ki, bir insan orqanını bağışlayırsa, bu, tam könüllü şəkildə olmalıdır. Burada heç bir ticarət məqsədi olmamalıdır, orqan satışından söhbət gedə bilməz. Əgər orqanlar kiminsə həyatını xilas edirsə, bağışlamağa icazə verilir və bu, həm dini, həm də hüquqi baxımdan mümkün sayılır.
Partiya sədri Azərbaycanda bu sahədə ənənənin hələ tam formalaşmadığını vurğulayır:
"Bizdə bu sahədə fikir ayrılıqları var. Bəzi insanlar orqan bağışlanmasına qarşı çıxır. Amma əsas yanaşma müsbətdir. Mənim şəxsi münasibətim də müsbətdir. Orqan bağışlanması əsasən beyinin ölümü halında baş verir. Dünyada bir çox insanlar öz ölümlərindən sonra orqanlarının başqa insanlara köçürülməsinə razılıq verirlər və bu, həmin insanlara yeni həyat bəxş edir. Səhv etmirəmsə, mərhum millət vəkili Qənirə Paşayeva öz sağlığında orqanlarını bağışladığını qeyd etmişdi. Amma vəfatından sonra ailəsi buna razı olmadı və bu, reallaşmadı. Bu da onu göstərir ki, hələ cəmiyyətdə bu məsələyə tam aydın münasibət formalaşmayıb. Əgər bir insanın ölümü nəticəsində bir neçə insanın həyatı xilas olunursa, bu, təbii ki, normal və təqdirəlayiq haldır. Amma bütün bu proseslər mütləq qanunvericilik çərçivəsində, şəffaf və ciddi nəzarət altında həyata keçirilməlidir. Qətiyyən imkan verilməməlidir ki, bu məsələ qara bazara çevrilsin. İnsan orqanı alveri dünyada çox ciddi və təhlükəli məsələdir. Ona görə də orqan transplantasiyası sistemli şəkildə, hüquqi tənzimləmələrlə aparılmalıdır. Bu şərtlərlə, mən də bu yanaşmaya müsbət baxıram”.
 
Azərbaycanlılar yardımsevər və mərhəmətlidirlər
 
Sosioloq Mətanət Məmmədova:
Təkcə bizdə deyil, dünyanın bütün ölkələrində orqan donorluğuna fərqli yanaşan insanlar var. Sadəcə, bu proses Azərbaycanda yeni olduğu üçün insanlarda müəyyən tərəddüdlər və çaşqınlıq müşahidə olunur. İllər əvvəl eyni vəziyyət Avropa ölkələrində də yaşanıb. Türkiyədə də bu mövzuya münasibət birmənalı deyil. Ölümündən sonra orqanlarını bağışlayaraq kiminsə həyatını xilas etmək istəyənlər də var, buna mənfi yanaşanlar da.
Azərbaycan xalqı hər zaman mərhəmətli və yardımsevər olub. Qohumuna, qonşusuna, hətta tanımadığı bir insana belə kömək etməyə çalışmaq xalqımızın ən əsas dəyərlərindəndir. Bu mental xüsusiyyətlərə əsaslanaraq deyə bilərəm ki, ölkəmizdə könüllü şəkildə donor olmağa hazır olan insanların sayı az deyil.
Axı bir insana həyat bəxş etməkdən, onu sevdiklərinə qaytarmaqdan böyük nə ola bilər ki, bu həyatda?!
Şəxsən mən öz adıma deyirəm: orqanlarımı könüllü şəkildə bağışlamağa hazıram. Ailəm və həmkarlarımla bu mövzuda söhbət edərkən də bunu açıq şəkildə bildirmişəm. Əgər bizim orqanlarımız kiməsə həyat bəxş edə bilərsə, sağlam orqanlarımızın torpaq altında çürüməsinə nə ehtiyac var ki?!
 
Orqan bağışlama həm vicdan, həm vətəndaş məsuliyyətidir
 
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun isə qeyd edib ki, orqan bağışlama mədəniyyəti təkcə tibbi deyil, həm də mənəvi və sosial məsələdir. Cəmiyyətin bu məsələyə münasibəti onun insani, dini və etik dəyərlərinin inkişaf səviyyəsini göstərir:
“Türkiyənin səhiyyə nazirinin öz orqanlarını bağışlaması çox yüksək humanizm nümunəsidir və dövlət məmurunun bu cür addımı ictimai şüurun formalaşmasında böyük rola malikdir. Nazir öz nümunəsi ilə göstərdi ki, insan həyatının dəyəri yalnız öz bədəni ilə bitmir – o, başqasına həyat bəxş etdikcə, əslində mənəvi ölümsüzlüyə qovuşur. Azərbaycanda isə orqan bağışlama məsələsinə münasibət hələ də ziddiyyətlidir. Bir tərəfdən tibbi və dini baxımdan bu əməl insanlığa xidmət kimi qəbul olunur, digər tərəfdən isə bəzi insanlar arasında qorxu, inamsızlıq və yanlış dini yozumlar var. Halbuki, həm İslam dini, həm də ümumbəşəri dəyərlər baxımından həyat xilas etmək ən ali savab əməl sayılır. "Qurani-Kərim"də “Kim bir insanın həyatını xilas edərsə, bütün insanları xilas etmiş kimi olar” (Maidə surəsi, 32-ci ayə) bu məsələ açıq şəkildə vurğulanır. Deməli, orqan bağışlama dini baxımdan da, etik baxımdan da yüksək insani addımdır. Hazırda Azərbaycanda minlərlə insan orqan transplantasiyasına ehtiyac duyur. Statistik məlumatlara görə, təkcə böyrək çatışmazlığından əziyyət çəkən 3 mindən çox pasiyent transplantasiya növbəsindədir. Qaraciyər, ürək və göz buynuz qişası transplantasiyasına ehtiyacı olan yüzlərlə xəstə uzun illər gözləmə siyahısında qalır. Bu insanların taleyi cəmiyyətin, xüsusilə də ziyalı təbəqənin bu məsələdə tutacağı mövqedən asılıdır”.
 
Kamran müəllim Azərbaycanda da “e-Nabız” platforması kimi elektron donor qeydiyyat sistemi yaradılsa, şəxsən qeydiyyatdan keçəcəyini bildirib. O hesab edir ki, ölüm insana son vermir, amma bağışlanmış bir orqan bir başqasının həyatını davam etdirmək üçün səbəb ola bilər:
“Bu, həm vicdan, həm də vətəndaş məsuliyyəti baxımından ən nəcib addımlardan biridir. Elektron sistemin tətbiqi həm etimadı artırar, həm də prosesdə şəffaflığı təmin edər. Cəmiyyətdə tanınan simaların bu məsələdə açıq mövqe sərgiləməsi çox önəmlidir. İnsanlar çox vaxt bu cür həssas mövzularda ictimai nüfuz sahiblərinə baxaraq qərar verirlər. Əgər ziyalılar, elm adamları, müəllimlər, həkimlər və ictimai fiqurlar orqanlarını bağışladıqlarını ictimaiyyətə açıqlasalar, bu, cəmiyyətdə qorxu və tərəddüdün yerini empatiya və mərhəmət hissinə verər. Cəmiyyət belə nümunələrə baxıb “mən də kömək edə bilərəm” düşüncəsinə gəlir. Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və dini qurumların birgə maarifləndirici kampaniyalar aparması, məktəb və universitet səviyyəsində “Həyat bağışla” kimi proqramların tətbiqi bu məsələyə münasibəti köklü şəkildə dəyişə bilər. Biz gərək ölüm anlayışını qorxunun deyil, xeyirin başlanğıcı kimi izah etməyi öyrənək. Şəxsən mənim üçün orqan bağışlama - insanın ölümündən sonra belə cəmiyyətə, həyata və insanlığa xidmət etməsinin ən ali formasıdır. Hesab edirəm ki, elm adamı, müəllim və ziyalı yalnız öyrədərək deyil, həm də yaşadaraq nümunə göstərməlidir. Əgər bir gün mənim orqanlarım kiməsə həyat bəxş edə bilərsə, bu, mənim bütün ömrüm boyu etdiyim işlərin ən mənalı nəticəsi olar. Bu mövzuda Türkiyənin nümunəsi çox təqdirəlayiqdir və Azərbaycan da eyni istiqamətdə addım atarsa, həm tibb, həm də cəmiyyət baxımından böyük bir mədəni irəliləyiş baş verəcək. Mən inanaram ki, bu məsələdə cəmiyyətin maariflənməsi, dini və etik baxımdan düzgün yanaşmanın formalaşması nəticəsində Azərbaycanda da “həyat bağışlama” mədəniyyəti geniş yayılacaq”.
 
Birinə həyat vermək insanın öz varlığını yaşatmaqdır
 
Psixoloq Aytən Ələkbərova da orqan transplantasiyasına ehtiyacı olan insanların sayının kifayət qədər çox olduğunu xatırladıb:
“Təəssüf ki, bu, həm tibbi, həm də maddi baxımdan çox mürəkkəb və bahalı prosesdir. Bir çox insan donor tapılmadığı üçün, aylarla, bəzən illərlə gözləmək məcburiyyətində qalır və nəhayət, həmin gözlənti onların həyatı ilə başa çatır.
Bəzi insanlar çıxılmaz vəziyyətdə qalaraq, televiziyalar və sosial şəbəkələr vasitəsilə donor axtarışına çıxırlar. Bu, bəzən həm ağrılı, həm də ümid dolu bir prosesdir. Əgər bir insanın orqanları sağlamdır və o, təbii səbəblərlə dünyasını dəyişibsə, niyə də bu orqanlar başqa bir insana həyat bəxş etməsin? Bu, həm mənəvi, həm də insani baxımdan ən ali addımlardan biridir.
Birinə həyat vermək, onu ölümün pəncəsindən qurtarmaq, əslində, insanın öz varlığını, mənəviyyatını yaşatmaq deməkdir. Mən inanıram ki, bu, sadəcə tibbi deyil, həm də dərin bir vicdan məsələsidir.
Şəxsən mən də indiki düşüncəmlə orqanlarımı bağışlamağa hazıram və vicdanım yaşadığı müddətcə bu qərarımdan dönməyəcəyəm. Çünki vicdan öləndə, insanlıq da ölür. Öləndən sonra torpaq altında çürüyəcək orqanların kiməsə həyat verməsi qədər mənalı bir miras ola bilməz. Bu, insanın bədənindən çox, ruhunun davamıdır”.
 
Əgər hər şey ədalətli və şəffaf aparılsa, mən də belə təşəbbüsə qoşulmağa hazıram
 
Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Türkiyə səhiyyə nazirinin bu mövzuda atdığı addımın kifayət qədər cəsarətli və təqdirəlayiq olduğunu deyib:
“Orqan bağışlanması dünyanın demək olar ki, bütün ölkələrində son dərəcə həssas mövzudur. Bu məsələyə həm dini, həm də psixoloji baxımdan fərqli yanaşmalar mövcuddur, cəmiyyətlərdə müəyyən tabu və tərəddüdlər qalmaqdadır. Düşünürəm ki, Türkiyə səhiyyə nazirinin bu cür açıq və dəstəkverici açıqlaması tərəddüd edən insanlar üçün bir növ motivasiya və nümunə rolunu oynayacaq.
Azərbaycanda da bu sahədə müasir və şəffaf bir sistemin yaradılması çox vacibdir. İnsanlar orqan donorluğuna maddi qazanc vasitəsi kimi deyil, saf mənəvi və insani borc kimi yanaşmalıdırlar. Əgər proses düzgün qurularsa, həm inam, həm də iştirak artar. Ən önəmlisi, bu təşəbbüsün neqativ istiqamətə, yəni orqan alverinə və sosial ədalətsizliyə çevrilməsinə qətiyyən yol verilməməlidir. Sosial vəziyyəti ağır olan insanların maddi ehtiyac ucbatından orqanlarını satmaq istəməsi kimi halların qarşısı vaxtında alınmalıdır. Donorluq yalnız ölümündən sonra sağlam orqanların ehtiyacı olan xəstələrə köçürülməsi formasında təşkil edilməlidir.
Əgər bütün bu məsələlər sistemli şəkildə tənzimlənsə, şəffaflıq və obyektivlik təmin olunsa, əminəm ki, bir çox tanınmış simalar, ictimai şəxslər də bu kampaniyaya könüllü şəkildə qoşularlar. Şəxsən mən özüm də belə bir təşəbbüsün iştirakçısı olmağa hazıram”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16
ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57
“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54
Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir – “Reuters”
Bu gün, 12:13
“Daşkəsən Dəmir Filiz” 350 mini hara xərcləyəcək?
Bu gün, 12:12
“Onlar içəri girəndə Vahid əmi keçindi, bu sürprizi görmədi” - Əməkdar artistin qohumu
Bu gün, 12:07
Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir - Kobaxidze
Bu gün, 12:05
Ramiz Mehdiyevin Naftalandakı adamı... - Arzu Məmmədov kimdir
Bu gün, 12:00
Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? - İLGİNC
Bu gün, 11:54
Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU - FOTOFAKT
Bu gün, 11:51
Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... - “İllərlə işlədik, indi isə səbəbsiz işdən çıxarıldıq”
Bu gün, 11:45
Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? - ARAŞDIRMA
Bu gün, 11:43
SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? - ETİRAZ VAR...
Bu gün, 11:40
Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı - TƏFƏRRÜAT
Bu gün, 11:31
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu - BUNA GÖRƏ...
Bu gün, 11:30
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - 2 gündür xəbər yoxdur...
Bu gün, 11:25
Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
Bu gün, 11:21
Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Bu gün, 11:17
“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” – ABŞ Maliyyə Nazirliyi
Bu gün, 11:13
Lənkəranlı Ukraynada əsir düşdü
Bu gün, 11:10
İşdən çıxardıqları AZMIŞ KİMİ... - ÖDƏNİŞİ EDİN!!!
Bu gün, 11:06
Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... - İLGİNC İDDİALAR
Bu gün, 11:00
Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi
Bu gün, 10:50
Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü - Zaqatalalı gəncin FACİƏSİ
Bu gün, 10:47
Azərbaycanda baş redaktor vəfat etdi
Bu gün, 10:45
Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı - AÇIQLAMA
Bu gün, 10:19
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
2-ci əl telefon satan türk şirkəti bağlanır
Bu gün, 09:26
Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru