UEFA Rusiyanı bu yarışa da buraxmayacaq .....                     Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı .....                     İki kiçik dövlət müəssisəsi özəlləşdirildi .....                     Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”? .....                     Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ .....                     İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                     Nəzrinin ölümündə günahkar bilinən plastik cərraha hökm oxundu .....                     Putin AZAL təyyarəsinin qəzasından danışıb .....                     “Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir” .....                     Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi .....                     Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur .....                     Ağ Evin Zəngəzur dəhlizi İSRARI .....                     Almaniya şirkəti Azərbaycan bazarından gedir .....                     Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır .....                     “Azərbaycanfilm” kinostudiyasında nə baş verir? .....                     Lukaşenkonun SSRİ açıqlaMasındakı məqsəd nədir? .....                     Bakıda polisə SİLAHLI HÜCUM .....                     Bəzi dövlət qurumları hansısa prosesdə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırırdılar .....                     12 yaşlı azərbaycanlı qız Nyu-Yorkda “metro sörfinqi”nin qurbanı olub .....                     Gəlir vergisi geri qayıdır? .....                     "Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" .....                     Rusiyalı deputat Putin-Əliyev görüşünü şərh etdi .....                     Miri Yusif türk dilində mahnı oxudu .....                     Nobel Sülh mükafatının laureatı məlum olub .....                     Azərbaycanda son 3 ildə evlənənlərin sayı azalır .....                     İlham Əliyevin Putinlə SƏMİMİ GÖRÜNTÜLƏRİ .....                     Çexiya Ermənistanda hərbi attaşe təyin edib .....                     Qəzadan sonra yaralıların müalicəsinə 70 min xərclədi .....                     Türkiyəyə aparılan Əməkdar artist .....                     Mülayim qərb küləyi əsəcək .....                     “17 il işlədim, indi dərslərimi həyat yoldaşına verib” .....                     "Tramp marşrutu" vasitəsilə Ermənistan MDB ölkələri ilə nəqliyyat kommunikasiyalarını quracaq .....                     40 azərbaycanlı Almaniyadan deportasiya olundu .....                     Naxcıvan şəhərində şagird Naziri məhkəməyə verdi! .....                     İki Kazımova, bir mahnı: “Tez Gəl” .....                     BDU-nu Hüquq Universitetinə çevirdilər… .....                     Azərbaycanda hakim istefa ərizəsi yazdı .....                     Rusiyada saxlanılan Məmmədəli Ağayev azad edilib .....                     Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı .....                     Azərbaycanda deputatın mandatına son qoyulur .....                 

Paşinyanın impiçmenti seçki prosesini tezləşdirə bilər - Görünəni odur ki...
Tarix: Bu gün, 06:33 | Çap et

Hazırda Ermənistan cəmiyyətində və siyasi sistemində baş verən proseslər ölkənin gələcək kursunu müəyyən edəcək həlledici mərhələyə daxil olduğunu göstərir. Siyasi qarşıdurmaların kəskinləşməsi, daxili parçalanma və xarici təsirlərin artması fonunda 2026-cı il parlament seçkiləri təkcə hakimiyyətin dəyişməsi deyil, həm də Ermənistanın geosiyasi yönünün seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu günlərdə isə ölkə daxilində gərginliyi daha da artıran yeni bir təşəbbüs gündəmə gəlib: Ermənistan parlamentində müxalifət baş nazir Nikol Paşinyanın impiçmenti üçün tələb olunan səslərin demək olar ki, hamısını toplayıb. “Şərəfim var” partiyasının lideri Hayk Mamicanyanın verdiyi məlumata görə, artıq 34 deputat impiçment təşəbbüsünə qoşulub və səsvermənin başlanması üçün cəmi iki imza çatmır. “Ermənistan” partiyasının bütün 28 üzvü də təşəbbüsə dəstək verib. Qanunvericiliyə əsasən, impiçmentin baş tutması üçün 101 nəfərlik parlamentdə 54 deputatın lehinə səs verməsi tələb olunur. Bu dinamika ölkədə siyasi proseslərin sürətlə dəyişə biləcəyinə işarədir və qarşıdakı aylarda Ermənistanı daha mürəkkəb bir siyasi mənzərə gözləyir.
 
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Ermənistan cəmiyyətində hazırda ciddi təlatüm yaşandığını bildirib: 
"Ölkədə siyasi qarşıdurma getdikcə daha da gərginləşir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri fonunda, həm hakimiyyət, həm də müxalifət düşərgəsi bu prosesə ciddi şəkildə hazırlaşır. Cəmiyyətdəki qarşıdurmanın əsas səbəblərindən biri, erməni diasporunun Rusiya və Qərb qanadları arasında yaranmış fikir ayrılığıdır. Bu qarşıdurmanın mərkəzində duran sual isə belədir: “Ermənistanın gələcək taleyi hansı qütbün təsiri altında formalaşacaq?” Tarixən Ermənistan heç vaxt tam müstəqil və suveren siyasət yürüdə bilməyib. Müxtəlif dövrlərdə böyük güclərin-istər Rusiya, istərsə də Qərb dairələrinin təsiri altında olaraq, regionda öz maraqları naminə istifadə olunan bir alətə çevrilib. Uzun illər Rusiya orbitində olan Ermənistan bu gün isə Qərbin, xüsusilə ABŞ-nin təsirinə düşüb. Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Qərbə inteqrasiya siyasəti yürütməyə çalışır və bu da ölkə daxilində parçalanmaya səbəb olur. Erməni cəmiyyətində və siyasi elitasında hazırda "Sorosçular" adlandırılan qrupun güclü təsiri hiss olunur. Bu qrup əsasən Qərb institutları ilə əlaqəli olub, dövlət strukturlarında mühüm mövqeləri tutur. Bu səbəbdən də Rusiyaya yaxın düşərgənin cəmiyyətdəki gücü zəif görünür. 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi dinamika dəyişə bilər. Müxalifət Paşinyanın nüfuzuna zərbə vurmaq üçün təbliğat mexanizmlərini işə salmağa çalışır. Lakin indiki mərhələdə parlament seçkilərinin növbədənkənar keçirilməsi daha çox Paşinyanın maraqlarına cavab verir. Çünki hazırda bütün inzibati resurslar və struktur imkanlar hakim komandanın nəzarətindədir. Bu isə seçkilərin nəticələrinə təsir etmək potensialını artırır. Hakimiyyət daxilində də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər mövcuddur".
 
Ekspert qeyd edib ki, əgər Paşinyanın impiçment məsələsi gündəmə gətirilərsə və parlament bu istiqamətdə qərar qəbul edərsə, bu, seçki prosesini daha da tezləşdirə bilər:
"Lakin bütün bu daxili proseslərdən asılı olmayaraq, Ermənistan bölgədə dəyişən geosiyasi reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Azərbaycanın yaratdığı yeni reallıq-2020-ci ildən sonra formalaşan təhlükəsizlik və əməkdaşlıq şərtləri regionda əsas amilə çevrilib. Ermənistan, qonşuları ilə dinc və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyirsə, ilk növbədə konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməlidir. Əgər erməni xalqı hələ də köhnə təfəkkür tərzindən əl çəkməsə, bu, yalnız Ermənistanın təcrid olunmasına və daha ağır nəticələrlə üzləşməsinə səbəb olacaq. Qarşı tərəf bunu dərk etməli və Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UEFA Rusiyanı bu yarışa da buraxmayacaq
Bu gün, 18:04
Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı - İki il sonra
Bu gün, 17:52
İki kiçik dövlət müəssisəsi özəlləşdirildi
Bu gün, 17:45
Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”? - İLGİNC İDDİALAR
Bu gün, 17:35
Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ - 7 il 10 ay 15 gün həbs
Bu gün, 17:31
İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir - AKTUAL
Bu gün, 17:18
Nəzrinin ölümündə günahkar bilinən plastik cərraha hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 17:14
Putin AZAL təyyarəsinin qəzasından danışıb - Araşdırma obyektiv olacaq
Bu gün, 17:08
“Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir” - ÇAĞIRIŞ
Bu gün, 16:44
Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi
Bu gün, 16:41
Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur - Cümşüd Nuriyev
Bu gün, 16:40
Ağ Evin Zəngəzur dəhlizi İSRARI - GƏLİŞMƏ
Bu gün, 16:38
Almaniya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 16:37
Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır
Bu gün, 16:33
“Azərbaycanfilm” kinostudiyasında nə baş verir? - “Bu məbəd çoxdan dağıdılıb, ocağı sönüb, indi yalnız tüstüləyir...”
Bu gün, 16:09
Lukaşenkonun SSRİ açıqlaMasındakı məqsəd nədir? -Politoloq GİZLİNLƏRİ AÇDI
Bu gün, 16:06
Bakıda polisə SİLAHLI HÜCUM - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bəzi dövlət qurumları hansısa prosesdə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırırdılar - deputat
Bu gün, 16:01
12 yaşlı azərbaycanlı qız Nyu-Yorkda “metro sörfinqi”nin qurbanı olub - TƏFƏRRÜAT
Bu gün, 15:25
Gəlir vergisi geri qayıdır? - AKTUAL
Bu gün, 15:19
"Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" - NARAZILIQ VAR...
Bu gün, 15:15
Rusiyalı deputat Putin-Əliyev görüşünü şərh etdi - “Dürüstlük ən yaxşı siyasətdir”
Bu gün, 15:11
Miri Yusif türk dilində mahnı oxudu - VİDEO
Bu gün, 15:04
Nobel Sülh mükafatının laureatı məlum olub - “Nobelprize.org”
Bu gün, 13:06
Azərbaycanda son 3 ildə evlənənlərin sayı azalır - ARAŞDIRMA
Bu gün, 13:03
İlham Əliyevin Putinlə SƏMİMİ GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 13:01
Çexiya Ermənistanda hərbi attaşe təyin edib - Ermənistan KİV
Bu gün, 12:58
Qəzadan sonra yaralıların müalicəsinə 70 min xərclədi - Ölənlərin ailəsi şikayətçi olmadı
Bu gün, 12:56
Türkiyəyə aparılan Əməkdar artist - "Həkimlər deyir ki, qorxma"
Bu gün, 12:48
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
“17 il işlədim, indi dərslərimi həyat yoldaşına verib” – Sertifikasiyadan keçə bilməyən müəllimin direktorla DAVASI
Bu gün, 12:43
"Tramp marşrutu" vasitəsilə Ermənistan MDB ölkələri ilə nəqliyyat kommunikasiyalarını quracaq - Paşinyan
Bu gün, 12:40
40 azərbaycanlı Almaniyadan deportasiya olundu
Bu gün, 12:39
Naxcıvan şəhərində şagird Naziri məhkəməyə verdi! - QALMAQAL
Bu gün, 12:33
İki Kazımova, bir mahnı: “Tez Gəl” - VİDEO
Bu gün, 12:30
BDU-nu Hüquq Universitetinə çevirdilər… – Sabiq deputatdan GİLEY
Bu gün, 12:25
Azərbaycanda hakim istefa ərizəsi yazdı
Bu gün, 12:21
Rusiyada saxlanılan Məmmədəli Ağayev azad edilib - "Kommersant"
Bu gün, 12:13
Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı – Əvvəl qalib seçir, sonra uyğun görmür
Bu gün, 11:57
Azərbaycanda deputatın mandatına son qoyulur - SƏBƏB
Bu gün, 11:51
Təhsil Nazirliyi 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 11:45
Pərviz Həşimli onun HƏBS HÖKMÜNÜ çıxaran hakimi SORĞU-SUALA TUTDU - İLGİNC DİALOQ...
Bu gün, 11:40
Azərbaycanın informasiya sistemlərinə haker hücumu BAŞLADI - FOTO
Bu gün, 11:32
Nadir QƏZƏBLƏNDİ - “Ayıbdır, yaşımıza-başımıza yaraşmaz”
Bu gün, 11:27
Hafiz Həsənovun məhkəməsi başlayır
Bu gün, 11:23
“Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa buraxılıb - Putinin köməkçisi
Bu gün, 11:20
"Bu qədər haqsızlıq olmaz..." - "Azəriqaz"da ABSURD KADR "İSLAHATLARI"
Bu gün, 11:17
"Okean Avtosalon"unda yoxlama: 1,5 milon manat vergidən yayınma aşkarlandı - DETALLAR
Bu gün, 11:06
Fəaliyyəti dayandırılan daha bir vəkilin kimliyi məlum oldu - FOTO
Bu gün, 10:55
Daha bir azərbaycanlı müharibədə həlak oldu - Yaxınları axtarılır
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru