3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək" .....                     Paşinyan lap Brejnevsayağı dedi: " "Tramp yolu" olarsa, çörək də olar..." .....                     Rəqsanə ilə bağlı .....                     "İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var..." .....                     Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın… .....                     Cabir İmanovu da öldürən səbəb: Azərbaycanda sürətlə yayılır .....                     Azərbaycanın uğrunda savaşdığı Zəngəzur dəhlizi... .....                     "Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir .....                     UEFA "Qarabağ"ın "Kophenagen"lə oyunundan yazdı .....                     Əsədin tərəfdarları seçkilərə buraxılmayacaq .....                     Ermənistan lideri: .....                     Rusiyada tikinti sahəsinə basqın: Yüzə yaxın miqrant polisə aparıldı - .....                     "Telefon və sosial şəbəkələr ailədaxili səmimiyyəti azaldır" .....                     Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır .....                     Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub .....                     Xadimə ev sahibəsinin qızıllarını oğurlayıb .....                     İrana qarşı yeni sanksiyalar... .....                     Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu .....                     ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb .....                     “Neft gəlirləri artacaq, amma qeyri-neft sektoru daha da inkişaf etməlidir” .....                     Yardımlıda 757 minlik tender ləğv edildi .....                     Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir .....                     Xiyar-pomidor niyə bahalaşır?.. .....                     Dünya növbəti müharibə ərəfəsindədir .....                     Mikayel Ajapaxyanın 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi istənildi .....                     Şərurlu İsfəndiyarın binaları əlindən alınıb? .....                     İddia yayıldı: Rayonlarda 200 illik məzar daşları oğurlanır .....                     “Tramp yolu”nun açılması ilə bağlı fəal iş gedir .....                     Təhsilimizdəki bürokratiya: GƏNCLƏRİMİZƏ BELƏ PROBLEM YARADIR... .....                     BOKT “Azfinans”ın Müşahidə Şurası tam dəyişdi .....                     Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar .....                     Dövlət agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir .....                     “Cabirin dayısı da infarktdan rəhmətə getmişdi...” .....                     Əvvəl Anar, sonra Elçin, indi isə Cabir .....                     Nazir iki yeni prorektor təyin etdi .....                     Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi: .....                     Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər... .....                     Ermənistanla bağlı .....                     Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib .....                 

Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın… - AXI NİYƏ?..
Tarix: Bu gün, 02:19 | Çap et

Bakı və ətraf qəsəbələrdə, həmçinin metroda gedişhaqqı artırılaraq, 60 qəpik müəyyənləşdirilib. Bu, əvvəlki 50 qəpiklə müqayisədə 10 qəpik və ya 20 faiz artım deməkdir. Qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qiymət dəyişikliyini paytaxtda ictimai nəqliyyatın müasirləşdirilməsi, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və daşıyıcıların maliyyə dayanıqlığının təmin olunması ilə izah edib.

Nazirlik bildirir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro və avtobus parkının yenilənməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin gətirilməsi, yeni stansiyaların tikilməsi və xidmət infrastrukturunun qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Paytaxtda bu il 100-dən artıq ekoloji təmiz avtobus istifadəyə verilib, ilin sonunadək bu rəqəm 400-ə çatacaq.
Sumqayıt və Abşeron rayonunda sərnişinlər üçün 85 yeni avtobus xəttə çıxarılıb.
Naxçıvanda ilin sonuna qədər 60 elektrik mühərrikli avtobus istifadəyə veriləcək.
İşğaldan azad edilmiş ərazilərdə isə 2026-cı ilə qədər 143 şəhərdaxili və 19 şəhərlərarası elektrikli avtobus istismara buraxılacaq.

Metroya gəlincə, hazırda 10 yeni stansiyanın layihələndirilməsi yekunlaşmaq üzrədir, 2026-cı ildə onlardan ilk stansiyanın istifadəyə verilməsi gözlənilir.
Son illərdə alınmış 65 yeni vaqondan 35-i artıq xəttə buraxılıb, qalanları ilin sonunadək istifadəyə veriləcək.

2030-cu ilə qədər isə ümumilikdə 299 yeni nəsil vaqon metropolitenə əlavə olunacaq.

Nazirlik hesab edir ki, tarif dəyişikliyi sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəldəcək, avtobus parkının daha sürətlə yenilənməsinə imkan verəcək, nağdsız ödəniş sisteminə keçidi stimullaşdıracaq, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini artıracaq və sərnişindaşımada şəffaflığın təmin olunmasına töhfə verəcək.

Nazirliyin açıqlamasından məlum olur ki, dəyişiklik metronu tam əhatə etsə də, avtobusların böyük bir qismi bu qiymət artımından kənarda qalacaq.

Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Azərbaycanda metro və avtobuslarda gediş haqları son on ildə bir neçə dəfə dəyişib.

2015–2017: Metro və avtobuslarda gediş haqqı 20 qəpik olaraq qaldı. Bu dövrdə qiymətlər sabit idi.

2018: Tarif Şurasının qərarı ilə metro və avtobus gediş haqqı 30 qəpiyə qaldırıldı.

2023 (fevral-mart): Gediş haqqı metro və şəhərdaxili avtobuslarda 40 qəpik müəyyən edildi. Şəhərətrafı marşrutlarda məsafəyə görə 40 qəpikdən 1 manata qədər dəyişən tarif tətbiq olundu.

2024 (iyul): Tariflər yenidən artırılaraq, metro və avtobuslarda 50 qəpik edildi.

2025 (sentyabr-oktyabr): Metroda və yalnız müəyyən tip (ekoloji təmiz, CNG, elektrik və nağdsız ödəniş sistemi ilə işləyən) avtobuslarda 50 qəpik tarif qüvvəyə mindi. Digər marşrutlarda əvvəlki qiymətlər saxlanıldı.

Beləliklə, ictimai nəqliyyatda 2018-ci ildən sonra daha sürətli bahalaşma müşahidə olunur. 5 il ərzində (2018–2023) qiymət 30 qəpikdən 40 qəpiyə qalxsa da, cəmi 2 ildə (2023–2025) artıq 50 qəpiyə yüksəlib.

Bəs bu dəyişiklik hər gün ictimai nəqliyyatdan istifadə edən vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

Məsələn, bir ailədə 4 nəfər, hər biri gündə 4 dəfə gediş edir:

Köhnə tarif = 50 qəpik (0,50 AZN)

Yeni tarif = 60 qəpik (0,60 AZN)

Köhnə xərci:

Bir nəfər/gün: 4 × 0,50 AZN = 2,00 AZN

4 nəfər/gün: 2,00 × 4 = 8,00 AZN

Yeni xərci:

Bir nəfər/gün: 4 × 0,60 AZN = 2,40 AZN

4 nəfər/gün: 2,40 × 4 = 9,60 AZN

Günlük fərq:

9,60 − 8,00 = 1,60 AZN/gün

Aylıq fərq (30 gün):

1,60 × 30 = 48 AZN

Beəliklə, tarif 50 qəpikdən 60 qəpiyə qalxdığı üçün bu ailə ayda təxminən 48 AZN əlavə xərcləyəcək.

İqtisadçı Natiq Cəfərli Pressklub.az-a şərhində bildirib ki, əslində bu qərar gözlənilməz deyildi, uzun müddətdir ki, ictimai rəy bu addıma hazırlanırdı:

“Sadəcə, nazirliyin verdiyi açıqlamalar insanlarda qəribə hisslər yaradır. Çünki bahalaşma keyfiyyət artımı ilə əsaslandırılır. Halbuki, son 10 ildə dəfələrlə qiymət artımları baş verib – 20 qəpikdən 60 qəpiyə qədər yüksəlib. Amma sual budur: bu bahalaşmalar keyfiyyət dəyişikliyi gətiribmi? Cavab açıqdır – xeyr. Ona görə də qiymət artımını keyfiyyət yüksəlişi ilə əlaqələndirmək “arabanı atın arxasına bağlamaq” kimi məntiqsiz görünür. Əvvəlcə xidmət keyfiyyəti artmalı, sonra qiymətə toxunulmalıdır”.

İqtisadçı vurğulayır ki, qərarın Tarif Şurasından kənar, nazirliyin birbaşa qərarı ilə verilməsi də diqqətəlayiqdir:

“Mən bunu ikili yanaşma ilə dəyərləndirirəm. Bir tərəfdən, Tarif Şurası onsuz da hüquqi baxımdan problemli qurumdur. Vergilərə və ödənişlərə təsir edən bir orqanın mövcudluğu Konstitusiyaya ziddir, bu səlahiyyət yalnız parlamentə məxsusdur. Ona görə də məsələ gələcəkdə Tarif Şurasının ləğvi ilə nəticələnəcəksə, bu, doğru addım olar. İkincisi isə qiymətləri artıran qurumun konkret adı və ünvanı olmalıdır ki, məsuliyyətdən yayınma imkanı qalmasın. Bu baxımdan, məsuliyyətin birbaşa nazirliyin üzərinə götürülməsi şəffaflıq baxımından müsbət sayıla bilər”.

N.Cəfərlinin sözlərinə görə, digər mühüm məsələ birdəfəlik gediş haqqının bu qədər müzakirə mövzusu olmasıdır. İqtisadçı hesab edir ki, əslində bu, daha çox turistləri və ictimai nəqliyyatdan az istifadə edənləri maraqlandırmalıdır:

“Biz illərdir təklif edirik ki, zamanla bağlı diferensial qiymət sistemi tətbiq olunsun: məsələn, 1 saatlıq, 1 aylıq, 6 aylıq və ya illik abunə biletləri. Bu model bir çox ölkələrdə var və çox asan tətbiq olunur. Nə qədər uzunmüddətli bilet alsan, qiymət də bir o qədər sərfəli olmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək" - DƏHŞƏTLİ FAKTLAR...
Bu gün, 02:31
Paşinyan lap Brejnevsayağı dedi: " "Tramp yolu" olarsa, çörək də olar..." - "Aysor" nəşri
Bu gün, 02:28
Rəqsanə ilə bağlı ÇAĞIRIŞ
Bu gün, 02:24
"İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var..." - AKTUAL
Bu gün, 02:21
Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın… - AXI NİYƏ?..
Bu gün, 02:19
Cabir İmanovu da öldürən səbəb: Azərbaycanda sürətlə yayılır - NƏ ETMƏLİ?
Bu gün, 02:16
Azərbaycanın uğrunda savaşdığı Zəngəzur dəhlizi... - Tək bizə lazım deyil ki...
Bu gün, 02:14
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTO
Bu gün, 02:11
UEFA "Qarabağ"ın "Kophenagen"lə oyunundan yazdı - TƏFƏRRÜAT
Bu gün, 02:07
Əsədin tərəfdarları seçkilərə buraxılmayacaq
Dünən, 18:03
Ermənistan lideri: -Növbəti seçkilərdə də qələbə bizim olacaq
Dünən, 18:00
Rusiyada tikinti sahəsinə basqın: Yüzə yaxın miqrant polisə aparıldı - - VİDEO
Dünən, 17:50
"Telefon və sosial şəbəkələr ailədaxili səmimiyyəti azaldır"
Dünən, 17:47
Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır – ŞOK İDDİA
Dünən, 17:40
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub - DİQQƏT...
Dünən, 17:37
Xadimə ev sahibəsinin qızıllarını oğurlayıb
Dünən, 17:06
İrana qarşı yeni sanksiyalar... - AKTUAL
Dünən, 17:03
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu - SİYAHI
Dünən, 17:00
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Dünən, 16:57
“Neft gəlirləri artacaq, amma qeyri-neft sektoru daha da inkişaf etməlidir” -Natiq Cəfərli
Dünən, 16:42
Yardımlıda 757 minlik tender ləğv edildi
Dünən, 16:37
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir - NARAZILIQ VAR...
Dünən, 16:34
Xiyar-pomidor niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Dünya növbəti müharibə ərəfəsindədir - Hərbi ekspert
Dünən, 16:26
Mikayel Ajapaxyanın 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi istənildi
Dünən, 16:22
Şərurlu İsfəndiyarın binaları əlindən alınıb? - Özü danışdı
Dünən, 16:17
İddia yayıldı: Rayonlarda 200 illik məzar daşları oğurlanır – Səbəbi heyrətləndirdi
Dünən, 16:15
“Tramp yolu”nun açılması ilə bağlı fəal iş gedir - Akopyan
Dünən, 16:10
Təhsilimizdəki bürokratiya: GƏNCLƏRİMİZƏ BELƏ PROBLEM YARADIR... - "Sadə insanlar dərdlərini kimə desinlər?"
Dünən, 16:06
BOKT “Azfinans”ın Müşahidə Şurası tam dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:58
Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar - SİYAHI
Dünən, 15:55
Dövlət agentliyinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Dünən, 15:52
Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir
Dünən, 15:50
“Cabirin dayısı da infarktdan rəhmətə getmişdi...”
Dünən, 15:39
Əvvəl Anar, sonra Elçin, indi isə Cabir – Üçü də ürək tutmasından vəfat etdi
Dünən, 15:36
Nazir iki yeni prorektor təyin etdi - FOTO
Dünən, 15:34
Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi: - Öz istədiyim rüsumu necə təyin edə bilərəm?
Dünən, 15:30
Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...
Dünən, 15:01
Ermənistanla bağlı ŞOK İDDİA
Dünən, 14:58
Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 14:48
Əməkdar artist Cabir İmanov vəfat edib
Dünən, 14:45
Məhərrəm Atakişiyev Çindən saxta sənədlə Azərbaycan məhsul gətirib? - GƏLİŞMƏ
Dünən, 14:26
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı... - Korrupsiyanın anatomoyası...
Dünən, 14:23
Rus kəşfiyyatının “yeni ölkə işğalı” iddiası Avropanı qarışdırdı – Nə baş verir?
Dünən, 13:27
Dilara Kazimova dünyada ilk dəfə 4466 metr yüksəklikdə tarix yazdı - VİDEO
Dünən, 13:19
ASAN xidmət də işi ÇƏTİNƏ SALIR... - GİLEY
Dünən, 13:14
"Gəliriniz 5-10 mindirsə, əlbəttə, sizə nəqliyyatın 60 qəpik olması təsir etməyəcək" - tanınmış teleaparıcı bahalaşma qərarı verənlərə BELƏ ÜSYAN ETDİ
Dünən, 12:57
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞ
Dünən, 12:51
Dəmir Yollarında qiymət artımı gözlənilirmi? - AÇIQLAMA
Dünən, 12:46
Ermənistan və ABŞ dinc atom sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayıb
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru