3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək" .....                     Paşinyan lap Brejnevsayağı dedi: " "Tramp yolu" olarsa, çörək də olar..." .....                     Rəqsanə ilə bağlı .....                     "İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var..." .....                     Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın… .....                     Cabir İmanovu da öldürən səbəb: Azərbaycanda sürətlə yayılır .....                     Azərbaycanın uğrunda savaşdığı Zəngəzur dəhlizi... .....                     "Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir .....                     UEFA "Qarabağ"ın "Kophenagen"lə oyunundan yazdı .....                     Əsədin tərəfdarları seçkilərə buraxılmayacaq .....                     Ermənistan lideri: .....                     Rusiyada tikinti sahəsinə basqın: Yüzə yaxın miqrant polisə aparıldı - .....                     "Telefon və sosial şəbəkələr ailədaxili səmimiyyəti azaldır" .....                     Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır .....                     Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub .....                     Xadimə ev sahibəsinin qızıllarını oğurlayıb .....                     İrana qarşı yeni sanksiyalar... .....                     Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu .....                     ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb .....                     “Neft gəlirləri artacaq, amma qeyri-neft sektoru daha da inkişaf etməlidir” .....                     Yardımlıda 757 minlik tender ləğv edildi .....                     Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir .....                     Xiyar-pomidor niyə bahalaşır?.. .....                     Dünya növbəti müharibə ərəfəsindədir .....                     Mikayel Ajapaxyanın 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi istənildi .....                     Şərurlu İsfəndiyarın binaları əlindən alınıb? .....                     İddia yayıldı: Rayonlarda 200 illik məzar daşları oğurlanır .....                     “Tramp yolu”nun açılması ilə bağlı fəal iş gedir .....                     Təhsilimizdəki bürokratiya: GƏNCLƏRİMİZƏ BELƏ PROBLEM YARADIR... .....                     BOKT “Azfinans”ın Müşahidə Şurası tam dəyişdi .....                     Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar .....                     Dövlət agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir .....                     “Cabirin dayısı da infarktdan rəhmətə getmişdi...” .....                     Əvvəl Anar, sonra Elçin, indi isə Cabir .....                     Nazir iki yeni prorektor təyin etdi .....                     Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi: .....                     Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər... .....                     Ermənistanla bağlı .....                     Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib .....                 

Avtobus, metroda gediş haqqı artırıldı - BUNDAN SONRA...
Tarix: Dünən, 11:25 | Çap et

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

"DİA-AZ" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

Avtobus

Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. "Böyük Qayıdış" planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

Metro

Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

Qərar

İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi:

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək" - DƏHŞƏTLİ FAKTLAR...
Bu gün, 02:31
Paşinyan lap Brejnevsayağı dedi: " "Tramp yolu" olarsa, çörək də olar..." - "Aysor" nəşri
Bu gün, 02:28
Rəqsanə ilə bağlı ÇAĞIRIŞ
Bu gün, 02:24
"İsrailin belə əməliyyatlar üçün başqa marşrutları var..." - AKTUAL
Bu gün, 02:21
Hökumətdən bahalı gediş: əlinizi cibinizə salın… - AXI NİYƏ?..
Bu gün, 02:19
Cabir İmanovu da öldürən səbəb: Azərbaycanda sürətlə yayılır - NƏ ETMƏLİ?
Bu gün, 02:16
Azərbaycanın uğrunda savaşdığı Zəngəzur dəhlizi... - Tək bizə lazım deyil ki...
Bu gün, 02:14
"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTO
Bu gün, 02:11
UEFA "Qarabağ"ın "Kophenagen"lə oyunundan yazdı - TƏFƏRRÜAT
Bu gün, 02:07
Əsədin tərəfdarları seçkilərə buraxılmayacaq
Dünən, 18:03
Ermənistan lideri: -Növbəti seçkilərdə də qələbə bizim olacaq
Dünən, 18:00
Rusiyada tikinti sahəsinə basqın: Yüzə yaxın miqrant polisə aparıldı - - VİDEO
Dünən, 17:50
"Telefon və sosial şəbəkələr ailədaxili səmimiyyəti azaldır"
Dünən, 17:47
Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır – ŞOK İDDİA
Dünən, 17:40
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub - DİQQƏT...
Dünən, 17:37
Xadimə ev sahibəsinin qızıllarını oğurlayıb
Dünən, 17:06
İrana qarşı yeni sanksiyalar... - AKTUAL
Dünən, 17:03
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu - SİYAHI
Dünən, 17:00
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Dünən, 16:57
“Neft gəlirləri artacaq, amma qeyri-neft sektoru daha da inkişaf etməlidir” -Natiq Cəfərli
Dünən, 16:42
Yardımlıda 757 minlik tender ləğv edildi
Dünən, 16:37
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir - NARAZILIQ VAR...
Dünən, 16:34
Xiyar-pomidor niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Dünya növbəti müharibə ərəfəsindədir - Hərbi ekspert
Dünən, 16:26
Mikayel Ajapaxyanın 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi istənildi
Dünən, 16:22
Şərurlu İsfəndiyarın binaları əlindən alınıb? - Özü danışdı
Dünən, 16:17
İddia yayıldı: Rayonlarda 200 illik məzar daşları oğurlanır – Səbəbi heyrətləndirdi
Dünən, 16:15
“Tramp yolu”nun açılması ilə bağlı fəal iş gedir - Akopyan
Dünən, 16:10
Təhsilimizdəki bürokratiya: GƏNCLƏRİMİZƏ BELƏ PROBLEM YARADIR... - "Sadə insanlar dərdlərini kimə desinlər?"
Dünən, 16:06
BOKT “Azfinans”ın Müşahidə Şurası tam dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:58
Rusiyaya 9 manata satılan badam ləpəsini, marketlərdə 19 manata satırlar - SİYAHI
Dünən, 15:55
Dövlət agentliyinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Dünən, 15:52
Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir
Dünən, 15:50
“Cabirin dayısı da infarktdan rəhmətə getmişdi...”
Dünən, 15:39
Əvvəl Anar, sonra Elçin, indi isə Cabir – Üçü də ürək tutmasından vəfat etdi
Dünən, 15:36
Nazir iki yeni prorektor təyin etdi - FOTO
Dünən, 15:34
Bulvar İdarəsinin sabiq sədrinin məhkəməsi: - Öz istədiyim rüsumu necə təyin edə bilərəm?
Dünən, 15:30
Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...
Dünən, 15:01
Ermənistanla bağlı ŞOK İDDİA
Dünən, 14:58
Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 14:48
Əməkdar artist Cabir İmanov vəfat edib
Dünən, 14:45
Məhərrəm Atakişiyev Çindən saxta sənədlə Azərbaycan məhsul gətirib? - GƏLİŞMƏ
Dünən, 14:26
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı... - Korrupsiyanın anatomoyası...
Dünən, 14:23
Rus kəşfiyyatının “yeni ölkə işğalı” iddiası Avropanı qarışdırdı – Nə baş verir?
Dünən, 13:27
Dilara Kazimova dünyada ilk dəfə 4466 metr yüksəklikdə tarix yazdı - VİDEO
Dünən, 13:19
ASAN xidmət də işi ÇƏTİNƏ SALIR... - GİLEY
Dünən, 13:14
"Gəliriniz 5-10 mindirsə, əlbəttə, sizə nəqliyyatın 60 qəpik olması təsir etməyəcək" - tanınmış teleaparıcı bahalaşma qərarı verənlərə BELƏ ÜSYAN ETDİ
Dünən, 12:57
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞ
Dünən, 12:51
Dəmir Yollarında qiymət artımı gözlənilirmi? - AÇIQLAMA
Dünən, 12:46
Ermənistan və ABŞ dinc atom sahəsində əməkdaşlıq haqqında danışıqlara başlayıb
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru