"Ağ Şəhərdə yerləşən "Sushi by Fereh" restoranı ilə bağlı məlumatlandırmaq istərdim hamını. Dünən restorana gedib, "sushi seti" sifariş etdik, gətirdilər... Suşinin düz ortasından (məncə kişi qoluna aid) tük çıxdı..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Çox iyrənc idi və çox ac olmağımıza baxmayaraq, yeyə bilməyib restoranı tərk etmək qərarına qəldik. Şikayətimizi administratora bildirdik, sakitcə boşqabı o dəqiqə götürdü apardı və hesab gətirdilər - tam hesab 60 manat, üzümdəki narazılığı görüb gəlib hesabı geri götürdülər və yenisini gətirdilər ki, “müdriyyət tərəfindən sizə endirim olunub”.
Endirim nə qədər olsa yaxşıdı? Düz 10 manat. 50 manat hesab ödədik yediyimiz 4 suşi və o iyrəncliyə görə və heç normal üzr də istəmədilər.
Heyif ki, səs-küy salmaq, qışqırmaq və s. kimi xasiyyətimiz yoxdur və onlar bunu başa düşüb bundan yararlandılar.
Bir də heç vaxt ora getməyəcəyik və heç kimə məsləhət görmürəm..."