"Gənclərimizin taleyi kiminsə bircə imzasının əsirinə çevrilib. Deməli, çox yaxın rəfiqəmin Rusiya vətəndaşı olan bacısı oğlu (öz balamızdır ha) ADNSU nəzdində Sənaye və Texnologiya Kollecini bu il bitirərək Riqa Universitetinə qəbul olunub. Universitet sentyabrın axrınadək kollec diplomunun gətirilməsini şərt kimi qoyub. Əks təqdirdə, 18 yaşlı gənc balamız təhsil ocağından xaric ediləcək..." "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış jurnalist Esmira Namiqqızı özünün sosial şəbəkə hesabılnda açıqlama ilə çıxış edib.
Jurnalist daha sonra bunları qeyd edir: "Xərclənən 10 min avroyadək vəsait də batacaq, uşağın təhsil perspektivləri də. Ailə az qala gündə kollecə gedir diplom dalınca. Lakin xarici vətəndaşların diplomlarının xüsusi yoxlanışdan keçdiyini deyib vermirlər. Bir az araşdırma apardım, eyni şeyi mənə də dedilər. Bir neçə gündən sonra isə artıq diplomların yazıldığını, indisə onu imzalamağa adam tapılmadığını dedilər. Bəlli oldu ki, kollecin direktoru sentyabrın 15-də işdən çıxarıldığı üçün onun yerinə təyinat olmayıb, üstəlik əvəz edən də qoymayıblar. Bu gün-sabahlarla məsələni gətirib çıxarıblar sentyabrın axrına. Amma yenə də bəlli deyil diplomlar nə zaman veriləcək. Möhür qoymağa və imza atmağa səlahiyyətli adam yoxmuş. İndi bu gəncimizi universitetdən xaric eləsələr, kim bunun cavabını və ya ödənən xərcləri verəcək??? Adamlar qələt edib sayıb gəlib Azərbaycanda uşaq oxutdurdular? Bu nəyin davasıdır belə? Sadə insanlar dərdlərini kimə desinlər?"
Məsələ diqqətimizdədir...