Ermənistan Baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğv edilməsindən danışıb.
Modern.az-ın məlumatına görə, bu barədə o, Vaşinqtonda jurnalistlərin suallarını cavablandırıb.
"Minsk Qrupu niyə buraxılır? Çünki sülh bərqərar olanda Minsk Qrupu münaqişənin simvoludur və onun mövcudluğu tərəflərin bir-birinin səmimiliyinə şübhə etməsinə səbəb ola bilər", - Ermənistanın baş naziri bildirib.
Qeyd edək ki. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.