Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib? .....                     Ermənistandan sülh mesajı: .....                     Müəllimlər üçün gizlədilən vakant yerlər .....                     “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” .....                     Bakının küçələrində təmizlik işləri həyata keçirilib .....                     BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... .....                     Buna Azərbaycanın razılığı lazım olacaq .....                     Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil .....                     Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək .....                     İran da yolların açılmasında maraqlı olmalıdır .....                     HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. .....                     İrandan Azərbaycana daha bir absurd ittiham .....                     “Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... .....                     İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq .....                     "Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." .....                     Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi .....                     Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək .....                     "Bu ancaq Azərbaycanda ola bilər..." .....                     Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü .....                     Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... .....                     Minsk Qrupu niyə ləğv olunur? .....                     Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... .....                     Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik .....                     ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı .....                     Putin, Makron, mollalar... .....                     200 illik sistem dəyişir .....                     SEPAH-dan Qafqazda müharibə təhdidi .....                     Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… .....                     Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq .....                     Rusiyadan “pomidor” həmləsi .....                     `Kontakt Home`dan yeni hoqqabazlıq... .....                     Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? .....                     Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... .....                     Təhsil sisteminin BOZ KARDİNALI... .....                     İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM .....                     Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? .....                     Məleykə Abbaszadə İTTİHAM OLUNUR .....                     Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar .....                     "Gör, qadın belə söz deyər?" .....                     Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? .....                 

Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Tarix: Bu gün, 12:28 | Çap et

Müəllimlərin işə qəbulu (MİQ) üzrə texnologiya fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. “Bakı-Xəbər” yazıb ki, bu şikayətlə bir qrup müəllim sosial şəbəkədə çıxış edib. Onlar bildirir ki, builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub. İddia edilir ki, mövcud vakansiyalar gizlədilir və seçim prosesi zamanı göstərilmir.

Arayış üçün deyək ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən etibarən həyata keçirilməyə başlanıb və ilk dəfə həmin ildə 260-a yaxın gənc müəllim Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərində işə qəbul edilib, bununla da Azərbaycanda işə qəbul imtahanının yeni bir mərhələsi başlanılıb.

Müəllimlərin işə qəbulunda vakant yerlərin gizlədilməsi fikri, iddiası hər il səslənir. Ümumiyyətlə, vakant yerlərin gizlədilməsi ciddi problemdir. Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər.

Müəllimlər üçün vakant yerlərin gizlədilməsi necə həyata keçirilir? Əgər builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıbsa, onda niyə bu imtahan keçirilir?

Qeyd edək ki, əslində, bu iddialar ilk dəfə səsləndirilmir. Müəllimlərin işə qəbul prosesi başladığı gündən, yəni 2009-cu ildən bəri hər il vakant yerlərin gizlədilməsi ilə bağlı eyni narazılıqlar təkrarlanır. Hətta bəzi ekspertlər bu problemin sistematik xarakter daşıdığını deyirlər.

Qeyd edək ki, MİQ imtahanı ilk dəfə tətbiq edilən 2009-cu ildə təxminən 260 gənc müəllim Bakı məktəblərinə işə qəbul edilmişdi. O vaxtdan bu yana müsabiqənin texniki və təşkilati tərəflərində irəliləyişlər olsa da, vakansiyaların şəffaf şəkildə təqdim olunması problemi hələ də öz həllini tapmayıb.

“Yeni Müsavat”a danışan təhsil eksperti Elmin Nuri problemin köklərinin daha dərin olduğunu bildirib və texnologiya fənninin sistemli şəkildə gözdən salındığını deyib: “Ümumiyyətlə, texnologiya fənninə son illərdə göstərilən laqeyd münasibət ciddi şəkildə düşündürücüdür. Bu məsələ artıq ayrıca bir ictimai müzakirə panelinin mövzusu olmalıdır. Əgər bu fənnə ehtiyac yoxdursa, o zaman universitetlərdə bu ixtisas ümumiyyətlə ləğv edilməlidir. Yox, əgər bu ixtisas bizə lazımdırsa və universitetlərdə tədris olunursa, o zaman vakant yerlərin açıq şəkildə təqdim olunmaması ciddi suallar doğurur”.

Ekspertin fikrincə, texnologiya fənni üzrə vakansiyaların təqdim olunmaması təkcə MİQ-in təşkili ilə bağlı deyil, bu, fənnin tədris yükü və məktəblərdəki mövqeyi ilə birbaşa əlaqəlidir: “Texnologiya fənni orta məktəblərdə cəmi həftədə bir dəfə tədris olunur. O deməkdir ki, həmin fənni tədris edən müəllimin əməkhaqqı çox aşağıdır, bəlkə də məktəbdə çalışan digər müəllimlərin maaşının yarısı qədər belə deyil. Digər fənlərdən fərqli olaraq, texnologiya müəllimi əlavə dərs saatı, kurs və ya repetitorluq imkanı ilə maaşını artırmaq imkanına malik deyil. Fizika, kimya, tarix müəllimləri kimi əlavə qazanc imkanları yoxdur. Bu baxımdan texnologiya müəllimlərinə bu gün az qala qəhrəman kimi baxmalıyıq. Ən az əməkhaqqı, ən az dərs saatı, ən az hörmət... Amma biz bu sahədə nə edirik? Onların sayını artırmaq, dərs saatlarını çoxaltmaq əvəzinə, vakansiyaları sıradan çıxarırıq. Bu, açıq-aşkar fənnə və bu sahədə çalışanlara qarşı laqeyd münasibətdir”.

Ekspert qeyd edib ki, texnologiya fənni heç də əhəmiyyətsiz deyil, əksinə, bu fənn şagirdləri gələcək peşə həyatına hazırlayan, praktiki bacarıqlar qazandıran vacib komponentlərdən biridir: “Texnologiya fənninin kurikulumu digər fənlərdən heç də geri qalmır. Bu fənn əmək bazarı ilə sıx təmasda olan, peşə təhsili ilə bilavasitə əlaqəli istiqamətdir. Təəssüf ki, vaxtilə ‘əmək təlimi’ fənninə necə laqeyd yanaşırdıqsa, indi də onun xələfi olan texnologiya fənninə eyni münasibəti göstəririk”.

E.Nuri həmçinin qeyd edib ki, müəllimlər üçün vakant yerlərin gizlədilməsi artıq uzun illərdir davam edən sistemli problemdir: “Bu, təəssüf ki, yeni məsələ deyil. Elm və təhsil naziri Emin Əmrullayev özü də bu problemin mövcudluğunu bir neçə dəfə etiraf edib. Etiraf etmək lazımdır ki, nazirlik son illərdə bu sahədə müəyyən addımlar atıb, şəffaflıq istiqamətində ciddi işlər görülür. Amma problem tam aradan qalxmayıb. Əgər məsələ kökündən həll edilsəydi, bu qədər geniş narazılıq dalğası yaranmazdı. Niyə yüzlərlə müəllim bu barədə etiraz edir? Heç kim durduğu yerdə yalan danışmır”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Bu gün, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Bu gün, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Bu gün, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Bu gün, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Bu gün, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Bu gün, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Bu gün, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Bu gün, 11:23
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Bu gün, 11:21
İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Bu gün, 11:16
HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. - "İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq..."
Bu gün, 10:43
İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi
Bu gün, 10:34
“Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Bu gün, 10:30
İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq - Ermənistanın Baş naziri
Bu gün, 10:26
"Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." - BACARMIRLAR...
Bu gün, 10:25
Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi - deputat
Bu gün, 10:17
Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək - Paşinyan
Bu gün, 10:15
"Bu ancaq Azərbaycanda ola bilər..." - GİLEY
Bu gün, 10:14
Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... - "Hraparak"
Bu gün, 10:00
Minsk Qrupu niyə ləğv olunur? - Paşinyandan CAVAB
Bu gün, 09:34
Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... - GƏLİŞMƏ
Bu gün, 09:27
Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik - Paşinyan
Bu gün, 09:25
ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı - deputat
Bu gün, 09:23
Putin, Makron, mollalar... - onların dediyi olmadı
Bu gün, 09:20
200 illik sistem dəyişir – TRIPP layihəsinin əsas məqsədi və riskləri
Bu gün, 09:15
SEPAH-dan Qafqazda müharibə təhdidi – İran və Rusiya Azərbaycan-Ermənistan sülhünə qarşı cəbhə qurur
Bu gün, 09:10
Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq - KİV
Bu gün, 08:59
Rusiyadan “pomidor” həmləsi - Fermerlər deyir ki...
Bu gün, 08:38
`Kontakt Home`dan yeni hoqqabazlıq... - Etdiyin ödəniş ləğv olunur...
Bu gün, 08:29
Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? - GÖRÜLƏSİ İŞ ÇOXDUR...
Bu gün, 08:19
Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... - əsas məsələ konfliktin bitməsi idi..."
Bu gün, 06:42
Təhsil sisteminin BOZ KARDİNALI... - və onun QARA FİKİRLƏRİ...
Bu gün, 06:38
İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM - TƏFƏRRÜAT
Bu gün, 06:35
Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? - AKTUAL
Bu gün, 06:29
Məleykə Abbaszadə İTTİHAM OLUNUR - Məhkəməyə müraciət olundu
Bu gün, 06:27
Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar
Bu gün, 06:22
"Gör, qadın belə söz deyər?" - FOTO
Bu gün, 06:20
Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? – Zəngəzurla bağlı iki qeyd
Bu gün, 06:16
Ermənistan blokadadan çıxır - Paşinyan
Bu gün, 06:14
Paris Ermənistan və Bakı tərəfindən verilən Minsk Qrupunun strukturlarının ləğvinə dair çağırışa qoşulub
Bu gün, 06:13
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Bu gün, 06:11
Paşinyan ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb
Bu gün, 06:06
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - Prezident İlham Əliyev
Bu gün, 00:24
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Bu gün, 00:22
Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
Bu gün, 00:20
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 23:58
ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir - Pənah Hüseyn
Dünən, 18:05
Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru