Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir .....                     Rəzil günə qalan UNİBANK... .....                     Pakistan-Hindistan toqquşmasında əzilən QAFQAZ SÜLHÜ... .....                     Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” .....                     Ruslardan Xəzər dənizində ƏZƏLƏ NÜMAYİŞİ .....                     "Avtobus sürücüləri, siz kimə arxayınsınız?" .....                     'İndi də Azərbaycanla gərginlik yaratmaq istəyirlər" .....                     Ordu Rusiyanın “qapısında”: iki lider razılaşdı .....                     Vuçiçlə Putinin görüşündə Azərbaycan SÖHBƏTİ .....                     Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? .....                     Əliyev-Putin görüşü .....                     Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır .....                     Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil .....                     Dünyanı qarışdıran ərazi təklifi .....                     “Tramp yolu”: “Qırmızı xətt”i keçdi .....                     Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur .....                     Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı .....                     “Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” .....                     Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? .....                     Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... .....                     Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı .....                     ETX-yə yeni mətbuat katibi təyin olundu .....                     SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama .....                     O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... .....                     "Qapısı möhürlənən banklar arasında səni də görərik.." .....                     Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış .....                     Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir .....                     Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi .....                     "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib" .....                     Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır .....                     Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib .....                     Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi .....                     “Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender .....                     Yanukoviç deyir ki... .....                     Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq .....                     Putin Şahbaz Şəriflə görüşüb .....                     Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi .....                     “Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” .....                     Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu .....                     Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... .....                 

Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Tarix: 7-07-2025, 13:01 | Çap et

“Komp1.guru” saytında Sergey Varçenkonun müəllifi olduğu yazıda bildirilir ki, Moskvada gələn həftə qeyri-rəsmi missiya ilə Bakıya gələcək nümayəndə heyəti formalaşır. Müəllifin mənbəsinin sözlərinə görə, məqsəd iki ölkə arasındakı yaranmış gərginliyi həll etməkdir. Mənbə istisna etmir ki, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, indiki mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri, Azərbaycanın hakimiyyət nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan general polkovnik Aleksandr Kurenkov rəhbərlik edə bilər. Müəllif qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə ciddi soyuqlaşma 2024-cü ilin dekabrında Rusiyanın Azərbaycan Hava Yollarına məxsus E-190 təyyarəsini səhvən vurması və 38 sərnişinin həlak olması ilə başlayıb və Rusiya vurulan təyyarəyə görə üzr istəmək və günahını etiraf etmək əvəzinə, hər şeyi inkar etməyə, günahı başqalarının üzərinə atmağa başlayıb.

Sayt son hadisələri də yada salıb:

“2025-ci il iyunun sonunda Yekaterinburqda FTX, DİN və İstintaq Komitəsinin əməkdaşları Azərbaycandan olan şəxslərə qarşı reydlər keçirib, həbs zamanı əsassız fiziki güc tətbiq edilib, nəticədə iki azərbaycanlı öldürülüb. Bu hadisə münasibətləri yenidən gərginləşdirib, Bakı da rusiyalılara qarşı sərt həbslər həyata keçirib”. Saytın mənbəsi hesab edir ki, Azərbaycanla münasibətlərdə gərginlik hazırda Kremlin planlarına uyğun deyil.

“Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək fikri yoxdur”,- deyə xəbərin sonunda qeyd edilir.

Maraqlıdır, Azərbaycana gələcək qeyri-rəsmi nümayəndə heyətinə rəhbərlik edən general polkovnik Aleksandr Kurenkov kimdir?

Musavat.com Azərbaycanın hakimiyyət nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan polkovnikin tərcümeyi-halına nəzər salıb:

Aleksandr Kurenkov 1972-ci il iyunun 2-də Moskvaətrafı bölgədə anadan olub. O, 2022-ci ildə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə bildirib ki, həyatının ilk bir il yarımı valideynlərinin işlədiyi ayaqqabı fabrikinə məxsus yataqxanada keçib. Atası ayaqqabıçılıqla, anası isə dərziliklə məşğul olub. Sonradan Kurenkovun atası zavoddan mənzil alıb. Valideynlərinin adları, yaşları və sonrakı fəaliyyəti, eləcə də ailədəki uşaqların sayı barədə açıq mənbələrdə məlumat yoxdur. Kurenkovun sözlərinə görə, anası artıq həyatda deyil.

Gələcək FHN rəhbəri 1998-ci ildə Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2004-cü ildə Moskva Psixoloji-Sosial İnstitutunu (indiki Moskva Psixoloji-Sosial Universiteti) bitirib.

1995–1999-cu illərdə Moskvada №312 saylı məktəbdə bədən tərbiyəsi müəllimi işləyib, daha sonra isə FTX-də xidmətə başlayıb.

Kurenkov 1999–2002-ci illərdə FTX-də müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra o, Federal Mühafizə Xidmətinə keçib. Onun tanışı “RBK”ya danışıb ki, əvvəlcə Kurenkov Federal Mühafizə Xidmətində “səfərçi” adlanan vəzifədə olub. Yəni dövlətin yüksək vəzifəli şəxslərini səfərlər zamanı mühafizə edən əməkdaş kimi çalışıb.

2015-ci ildə Kurenkov Rusiya prezidenti Vladimir Putinin adyutantı olub. “RBK”ya danışan iki mənbənin sözlərinə görə, gələcək FHN rəhbəri baş adyutant vəzifəsində olub. Eyni dövrdə Putin Kurenkovu “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edən sərəncam imzalayıb. Onun Federal Mühafizə Xidmətindəki işi 2021-ci ilə qədər davam edib.

2021-ci ilin payızında onu əvvəlcə Rosqvardiyanın rəhbəri Viktor Zolotovun köməkçisi, sonra isə müavini təyin ediblər. Kurenkov hərbi qulluqçuların döyüş hazırlığı məsələlərinə nəzarət edib. İlin sonunda Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Akademiyasını bitirib və general-mayor rütbəsi alıb.

2022-ci ildə Rosqvardiya tərkibində Ukraynadakı hərbi əməliyyatda iştirak edib. 2022-ci il mayın 23-də Putin Kurenkovun FHN rəhbəri vəzifəsinə namizədliyini baxılmaq üçün Federasiya Şurasına təqdim etdi. İki gün sonra senatorlar bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər və prezident onun təyinatı barədə sərəncam imzalayıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Kurenkovu “şəxsi olaraq yaxşı tanıyır” və onu Fövqəladə Hallar naziri vəzifəsinə “bunu məqsədəuyğun hesab edən kimi” irəli sürüb.

Kurenkovdan əvvəl Fövqəladə Hallar naziri vəzifəsini müvəqqəti icra edən şəxs FHN-in birinci müavini Aleksandr Çupriyan olub. O, bu vəzifəyə 2021-ci ilin sentyabrında, FHN rəhbəri Yevgeni Ziniçevin həlak olmasından sonra təyin edilmişdi.

FHN kollegiyasının üzvlərinə yeni naziri təqdim edərkən Putin deyib:

“Aleksandr Vyaçeslaviç pis mənada karyerist deyil, əksinə, o, əsl xidmət adamıdır, başladığı işi dərindən bilir, mövzuya tam dalmağı bacarır, yetkin bir insan kimi kollektivdə münasibətləri qurmağı bacarır”.

Prezident əminliyini ifadə edib ki, Kurenkov “uzun müddətdir qarşıda duran və yenidən meydana çıxan vəzifələrin öhdəsindən gələcək”, həmçinin “müasir çağırışlara və vətəndaşların gözləntilərinə cavab verəcək”.

Həmin il mayın 30-da Kurenkov Rusiya Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib, 2 iyunda ona general-leytenant rütbəsi verilib. Oktyabrın 21-də isə FHN rəhbəri Ukraynadakı hərbi əməliyyatın ehtiyaclarının təmin edilməsi üçün hökumət yanında yaradılmış Koordinasiya Şurasının üzvü olub, dekabrda isə Hərbi-Sənaye Komissiyasının və onun kollegiyasının tərkibinə daxil edilib.

Yeni FHN rəhbəri əsas vəzifələri sırasında qurumun kadr potensialının qorunub saxlanmasını və əməkdaşlara əlavə sosial dəstək tədbirlərinin tətbiqini qeyd edib. O həmçinin vəd verib ki, Rusiya xilasedicilərinin Donbasdakı iştirakını fəallaşdıracaq və yardımına ehtiyac duyan ölkələrlə beynəlxalq əməkdaşlığı davam etdirəcək.

2024-cü ilin martında keçirilmiş prezident seçkilərindən və mayda yeni hökumət formalaşdırıldıqdan sonra Kurenkov yenidən FHN rəhbəri təyin olunub. 2025-ci il iyunun 4-də Vladimir Putin Aleksandr Kurenkova general-polkovnik rütbəsi verib.

Onun FHN rəhbəri kimi vəzifədə olduğu dövrdə 2022-ci ilin yekunlarına əsasən, FHN-nin bölmələri 200-dən çox fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasında iştirak edib, 2023-cü ildə isə bu rəqəm 300-dən çox olub.

Kurenkov xidmət müddətində “Vətənə Xidmətə Görə” ordeninin II dərəcəli medalı, Suvorov medalı və 2023-cü ildə Rusiya və Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə “Dank” ordeni ilə təltif edilib.

Hərbi əməliyyatların başlamasından sonra o, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna, Avstraliya və Yeni Zelandiya tərəfindən sanksiyalara məruz qalıb.

2022-ci ildə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə Kurenkov həyat yoldaşının olduğunu qeyd edib, lakin FHN rəhbərinin nikahı, uşaqları və gəlirləri barədə açıq mənbələrdə məlumat yoxdur.

2024-cü ilin oktyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Kurenkovun həyat yoldaşı kimi itkin düşmüş və zərərçəkmiş uşaqlara yardım üzrə Milli Mərkəzin Nəzarət Şurasının sədri Yelena Milskanı göstərib. O, 2018–2019-cu illərdə Müqəddəs Vasili Böyük xeyriyyə fondunun rəhbəri olub və hazırda Arxistratqil Məxail Fonduna rəhbərlik edir.

2023-cü ilin noyabrında ABŞ sanksiya siyahısına Kurenkovla əlaqəli şəxs kimi daxil edilib, 2024-cü ilin iyununda isə Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Aleksandr Kurenkovun Azərbaycanın Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olduğu bildirilir. Azərbaycanlı nazir sonuncu dəfə ötən il yanvar ayında rusiyalı həmkarı ilə görüşüb. Həmin görüşdə K. Heydərov A. Kurenkova xatırladıb ki, “xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri bu gün ölkələrimizin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində yüksələn xətlə inkişaf edir”. Görüşün yekununda nazirlər “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nı imzalayıblar.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:53
Rəzil günə qalan UNİBANK... - NARAZILIQ VAR...
Bu gün, 06:46
Pakistan-Hindistan toqquşmasında əzilən QAFQAZ SÜLHÜ... - NƏ BAŞ VERİR?
Bu gün, 06:42
Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” - AKTUAL
Bu gün, 06:37
Ruslardan Xəzər dənizində ƏZƏLƏ NÜMAYİŞİ - TASS
Bu gün, 06:34
"Avtobus sürücüləri, siz kimə arxayınsınız?" - ETİRAZ
Bu gün, 06:31
'İndi də Azərbaycanla gərginlik yaratmaq istəyirlər" - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:29
Ordu Rusiyanın “qapısında”: iki lider razılaşdı – Böyük müharibə anonsu
Bu gün, 06:25
Vuçiçlə Putinin görüşündə Azərbaycan SÖHBƏTİ - Serb lider dedi ki...
Bu gün, 06:22
Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? - AKTUAL
Dünən, 18:06
Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI?
Dünən, 18:04
Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır - deputat
Dünən, 17:57
Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
Dünən, 17:54
Dünyanı qarışdıran ərazi təklifi – Zəngəzur ssenarisi təkrarlana bilər
Dünən, 17:53
“Tramp yolu”: “Qırmızı xətt”i keçdi - ŞƏRH
Dünən, 17:50
Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur - şirkət özü məlumat yayıb...
Dünən, 17:47
Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı - TƏFƏRRÜAT
Dünən, 17:44
“Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
Dünən, 17:41
Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
Dünən, 17:39
Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... - BUNDAN SONRA...
Dünən, 17:38
Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Dünən, 17:36
ETX-yə yeni mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:33
SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama – “Xamenei mövqeyini dəyişməyib”
Dünən, 17:31
O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... - TƏFƏRRÜAT
Dünən, 17:09
"Qapısı möhürlənən banklar arasında səni də görərik.." - ÇAĞIRIŞ...
Dünən, 17:05
Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış – Detallar
Dünən, 16:19
Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Dünən, 16:16
Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi - AKTUAL
Dünən, 16:12
"Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
Dünən, 16:08
Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır
Dünən, 16:06
Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib - KİV
Dünən, 16:03
Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:00
“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Dünən, 15:57
Yanukoviç deyir ki... - GƏLİŞMƏ
Dünən, 15:48
Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Dünən, 15:38
Putin Şahbaz Şəriflə görüşüb
Dünən, 15:36
Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:33
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Dünən, 15:30
Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Dünən, 15:27
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Dünən, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Dünən, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Dünən, 15:17
Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Dünən, 13:22
Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Dünən, 13:21
"Əli Mirəliyev nə vaxt düzələcək?"
Dünən, 13:16
BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Dünən, 13:14
İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Dünən, 12:09
“Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Dünən, 12:05
Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Dünən, 11:56
Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru