Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                 

Kallasın Bakı səfərinin əsl məramı nə idi? - İNCƏLƏMƏ
Tarix: 26-04-2025, 09:11 | Çap et
Kallasın Bakı səfərinin əsl məramı nə idi?
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri təkcə diplomatik deyil, həm də strateji baxımdan əhəmiyyətli bir hadisə sayıla bilər və sayılmalıdır da. Bu, formal regional tur yox, xüsusi olaraq Bakı ilə münasibətlərə fokuslanan, konkret məqsədli və hədəfli səfər idi ki, nəticədə Brüsselin Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil və təsirli aktor kimi əhəmiyyətini anladığını göstərir.

K.Kallasın Avropa diplomatiyasının rəhbəri kimi Cənubi Qafqaza ilk səfərinin məhz Azərbaycana ünvanlanması artıq simvolik məna daşıyır. Bu, təkcə ikitərəfli münasibətlərin təftişi və yenidən başladılması arzusu deyil, həm də Brüsselin Bakı ilə dialoqda yanaşmasını dəyişmək zərurətini qəbul etməsidir. Xüsusən də son üç ildə Aİ-nin buraxdığı bir sıra diplomatik səhvlər fonunda bu səfər özündə yeni bir kursun başlanğıc əlamətini daşıyır.

Avropa İttifaqı hazırda xarici siyasətini dərindən yenidən qiymətləndirdiyi bir mərhələdən keçir. ABŞ ilə xarici siyasət koordinasiyası xüsusilə postsovet məkanında, nəzərəçarpacaq dərəcədə zəifləyib. Trans-Atlantik münasibətlərdə qarşılıqlı etimadla inamın tənəzzülü və Aİ daxilində suveren milli siyasətlərin güclənməsi fonunda Brüssel yaxın xaricdə öz strategiyasını real şəkildə təftiş etməli olur.

Cənubi Qafqazda uğursuzluqlar, Mərkəzi Asiyaya qarşı siyasi laqeydlik, Yaxın Şərqdə təsirin itirilməsi və Balkanlarda passivlik təkcə institusional zəiflikləri deyil, həm də Avropa diplomatiyasının mənəvi və strateji böhranını üzə çıxardı. Bu böhran xüsusilə də müstəqil xarici siyasət aparmaq qabiliyyətinə malik Azərbaycan kimi ölkələrlə dialoqda özünü daha qabarıq göstərir.

Kaya Kallasın Bakıya səfəri yalnız diplomatik jest deyil, həm də Aİ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanmasını ifadə edən cəhd idi. Yeni Ali Nümayəndənin Ermənistanı deyil, məhz Azərbaycanı seçməsi, halbuki Aİ-nin dəstəklədiyi müşahidə missiyası orada fəaliyyət göstərir, Brüsselin diqqət mərkəzində dəyişiklik olduğunu göstərir. Bu, artıq ideoloji qəliblərdən deyil, maraqlara əsaslanan praqmatik və realist dialoqa üstünlük verilməsinin əlamətidir.

Estoniyanın baş naziri olduğu dövrdə də tərəfdaşlara qarşı sərt, lakin praqmatik və rasional xətt yürüdən Kallas üçün Azərbaycan yalnız enerji resursları yox, həm də regional sabitliyin əsas təminatçısı ölkə kimi önəmlidir.

Bu isə Bakı ilə İrəvan arasında formalaşmaqda olan sülh sazişi kontekstində daha da aktuallaşır.

Bakıda aparılan danışıqlar zamanı enerji və nəqliyyatdan tutmuş təhlükəsizlik və postmünaqişə bərpasına qədər geniş spektrdə məsələlər müzakirə olundu.

Fəqət əsas mövzu regional nizamlanma, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi oldu. Özünü bu prosesdə vasitəçi kimi təqdim etməyə çalışan Aİ, əslində, prosesdən kənarda qaldı və bunun əsas səbəbi də elə öz diplomatik səhvləri idi.

Ən başlıcası isə Fransanın destruktiv və təhrikedici mövqeyi oldu ki, bu da Aİ-nin neytrallığına Bakı tərəfindən ciddi zərbə kimi qiymətləndirildi.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Aİ yalnız o halda bu prosesdə iştirak edə bilər ki, ikili standartlardan imtina edilsin və tərəflərə bərabər məsafə prinsipi tanınsın. Kaya Kallasla keçirilən danışıqlar məhz bu yeni yanaşma üçün konturların cızılması baxımından əhəmiyyətli idi. Bu, etimadın bərpası üçün hələlik nəzəri, amma real potensiala malik imkan pəncərəsi kimi qiymətləndirilə bilər.

Bakıda keçirilən danışıqlarda xüsusi diqqət Fransa faktoruna yönəldildi. Bu ölkə həm Avropa İttifaqı çərçivəsində, həm də digər beynəlxalq platformalarda ardıcıl şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirir. Fransanın erməni radikallarını dəstəkləməsi, Brüsselə birtərəfli gündəliyi legitimləşdirmək üçün təzyiq göstərməsi, eləcə də Aİ-ni uydurma “humanitar missiya”ya cəlb etmək cəhdləri Bakının Aİ-yə olan etimadını dərin şəkildə sarsıdan kritik həddə çevrildi.

Bu gün Azərbaycanda Avropa İttifaqı bütöv və vahid bir xarici siyasət aktoru kimi deyil, parçalanmış maraqlara malik, ayrı-ayrı dövlətlərin - xüsusən də Fransanın siyasi simpatiyalarının üstünlük təşkil etdiyi bir klub kimi dərk olunur. Bu isə ya Aİ-nin qərar qəbuletmə mexanizminin köklü şəkildə yenidən düşünülməsini, ya da onun Cənubi Qafqaza yanaşmasının institusional transformasiyasını zəruri edir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçi rolunu oynamağa çalışdı. Amma son üç ildə bu səylər ardıcıl diplomatik səhvlər və əlaqələndirilməmiş təşəbbüslərlə müşayiət olundu. Aşağıdakı əsas epizodlar bu buraxılmış fürsətlərin təhlilinə xüsusi diqqət tələb edir:

1. Şarl Mişel təşəbbüsü və onun itirilməsi: 2022-ci ildə Şarl Mişelin Bakı ilə İrəvan arasında danışıqlarda şəxsi iştirakı perspektivli görünürdü. Ancaq əldə olunan razılaşmaların icrasına yönəlik mexanizmlərin olmaması, həmçinin Zəngəzur dəhlizi də daxil olmaqla əsas məsələlər üzrə Brüsselin qeyri-müəyyən mövqeyi tərəflərin etimadını zəiflətdi.

2. Aİ-nin Ermənistandakı məntiqsiz, təhlükəli və birtərəfli missiyası: Aİ-nin mülki missiyasının Bakı ilə razılaşdırılmadan Ermənistanda yerləşdirilməsi Azərbaycanın suverenliyinə qarşı nümayişkaranə hörmətsizlik kimi qəbul olundu. Həmin missiya mandatına zidd olaraq faktiki şəkildə münaqişə tərəflərindən birinin siyasi alətinə çevrildi.

3. Avropa institutlarının anti-islam və anti-türk ritorikaya laqeydliyi ilə susqunluğu: Ermənistan mediasında və siyasi arenasında düşmənçiliyi körükləyən çağırışlara qarşı Aİ tərəfindən adekvat reaksiya verilməməsi Azərbaycanda ikili standartlar təəssüratını daha da gücləndirdi.

Nəticədə, neytral və effektiv vasitəçi olmaq əvəzinə, Aİ həm nüfuzunu, həm də regiondakı etimadını faktiki olaraq itirmiş oldu.

Azərbaycan, məsuliyyətli və rasional bir dövlət olaraq, Aİ ilə dialoqun bərpası imkanını tamamilə inkar etmir. Lakin bu, yalnız Bakının əsas saydığı bir sıra şərtlərin yerinə yetirilməsi ilə mümkündür:

Neytrallıq və obyektivlik: Aİ ayrı-ayrı üzv dövlətlərin - xüsusən də Fransanın - mövqelərini ümumi siyasət kimi təqdim etmək praktikasından imtina etməlidir.

Ermənistandakı Aİ missiyasının fəaliyyətinin yenidən nəzərdən keçirilməsi: Missiyanın mandatı yalnız texniki funksiyalarla məhdudlaşmalı, siyasi proseslərə müdaxiləni və qərəzli ritorikanın ötürülməsini istisna etməlidir.

Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimi tanınması: Brüssel mentorlara xas təlimatverici və amiranə yanaşmadan imtina edərək, Bakı ilə paritet əsaslı dialoqa keçməlidir - bu dialoqda Azərbaycanın maraqları formal deyil, məzmun baxımından nəzərə alınmalıdır.

Sektoral normalaşma üzrə mərhələli yanaşma: Energetika, nəqliyyat, iqlim dəyişikliyi və rəqəmsal transformasiya kimi sahələrdə minimum siyasi yüklənmə ilə yeni pozitiv gündəmin formalaşdırılması mümkündür.

Azərbaycan irəli getməyə hazır olduğunu nümayiş etdirir - lakin bu, yalnız suverenlik, ərazi bütövlüyü və siyasi ləyaqət məsələlərində heç bir güzəştin olmayacağı şəraitdə baş verə bilər.

Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini daha geniş regional dinamikadan kənarda dəyərləndirmək mümkün deyil. Aİ-nin Mərkəzi Asiyaya marağının artması, “Global Gateway” təşəbbüsü, Çin logistik marşrutlarından asılılığın minimuma endirilməsi cəhdləri - bütün bunlar obyektiv olaraq Cənubi Qafqazın tranzit körpüsü və siyasi mərkəz kimi əhəmiyyətini artırır.

Belə şəraitdə Aİ-nin Mərkəzi Asiyadakı fəallaşması ya Bakı ilə əməkdaşlığın genişlənməsi üçün əlavə impuls ola bilər, ya da əksinə, prioritetlərin qeyri-bərabər bölüşdürüləcəyi təqdirdə yeni rəqabət gərginliyinin mənbəyinə çevrilə bilər.

Eyni zamanda, Aİ ilə Çin arasında münasibətlərin transformasiyası (o cümlədən sanksiyalar kontekstində) davam edir və bu, davamlı və etibarlı marşrutların əhəmiyyətini daha da artırır. Belə marşrutlardan biri olan Orta Dəhliz - yəni Azərbaycan üzərindən keçən yol - Avropa üçün alternativ deyil, strateji zərurətə çevrilməkdədir.

Əgər Aİ doğrudan da xarici iqtisadi əlaqələrini yenidən qurmaq və strateji muxtariyyətə nail olmaq istəyirsə, Azərbaycanı nəzərdən kənarda saxlamaq lüksünə malik deyil.

Kaya Kallasın Azərbaycana səfəri sadəcə diplomatik jest yox, Bakı–Brüssel münasibətlərinin yeni arxitekturasının qurulması üçün potensial başlanğıc nöqtəsidir. Azərbaycan dialoqa hazırdır - lakin bu, yalnız hörmət, bərabərlik və əvvəlki etimadsızlıq, müdaxilə və siyasi qərəz üzərində qurulan paradiqmalardan imtina şərtilə mümkündür.

Gələcək dialoqun əsas prinsipləri belə formalaşmalıdır:
Tənqidçilik deyil, konstruktiv yanaşma;
Himayəçilik deyil, bərabərlik;
Şablonlar deyil, çevik və məzmunlu əməkdaşlıq.

Avropa İttifaqı səhvlərini düzəltmək üçün bir fürsət əldə edib. Bu fürsətdən istifadə edə biləcəyi isə Brüsselin öz əvvəlki siyasətinin hədlərini nə qədər dərindən anladığından asılıdır.

Hazırda Bakıda ehtiyatlı nikbinlik mövcuddur.

Məzkur nikbinlik tələbsiz və şərtsiz deyil - tələblər yüksəkdir, illüziyalar yoxdur, tələskənlik və milli ləyaqət məsələsində kompromisə getmək isə qətiyyən nəzərdə tutulmur.

Elçin Alıoğlu
Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru