“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... .....                     "Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" .....                     Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                 

Tələsən yerimiz varmı? - HƏQİQƏTƏN DƏ...
Tarix: 27-03-2025, 00:46 | Çap et
Tələsən yerimiz varmı?
Azərbaycanın yalançı dostları nədən narahatdır

Son zamanlar, ABŞ Çinlə uğurlu rəqabət naminə Rusiyaya müəyyən güzəştlərə gedəndən sonra, Azərbaycanın Qərbdəki “dostları” çox bərk narahat olmağa başlayıblar. Həqiqi və şərti “Tomas de Vaallar” hay-həşir salıblar ki, “ay aman, Rusiya Ukrayna müharibəsini bitirən kimi, yenidən regionumuzdakı mövqelərini möhkəmləndirməyə başlayacaq, yenidən Cənubi Qafqazı ələ keçirməyə çalışacaq, ona görə Azərbaycan Ermənistana qarşı irəli sürdüyü və indiyədək üstündə möhkəm durduğu tələbləri yumşaltmalı, və Ermənistanla sülh müqaviləsini necə gəldi və mümkün qədər tez imzalamalıdır”.

Həqiqi Tomas de Vaalın martın 17-də ABŞ Karnegi Fondunun səhifəsində dərc etdiyi “Ermənistan və Azərbaycanın irəliyə mühüm addımı” məqaləsində səsləndirdiyi fikirləri () çox güman, Qərb siyasətçi və diplomatları bağlı qapılar arxasında bizim rəhbərliyə “satmağa” çalışırlar.

Həqiqi və şərti Tomas De Vaalların mövqeyini həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan bəzi həm sıravi Azərbaycan vətəndaşları, həm də politoloqları bölüşür. Onların narahatlığı başa düşüləndir. Son iki yüz - iki yüz əlli il ərzində Rusiya Azərbaycana olmazın fəlakət və məhrumiyyətlər yaşadıb. Xanlıqlarımızın işğalı, torpaqlarımızın ermənilərə verilməsi, etnik təmizləmə, milli şüurumuza, kimliyimizə, mədəniyyətimizə vurulmuş zərbələri saymaqla qurtarmaq olmur. Ona görə belə emosional reaksiya bir növ təbiidir.

Amma gəlin görək bu emosional reaksiya nə dərəcədə reallığa uyğundur, yəni Ermənistana qarşı haqlı tələblərimizdən əl çəkib tələm-tələsik onunla sülh bağlamaq nə dərəcədə Azərbaycanın milli maraqlarına cavab verir?

“Dostlarımızın” əsas arqumentləri

“Tomas de Vaalların” əsas arqumenti bundan ibarətdir ki, guya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi məsələsində əsas amil Rusiyanın başının Ukrayna müharibəsinə qarışması olub. Bəli, Rusiyanın başı nə qədər bizdən kənar məsələlərə qarışsa, bir o qədər bizə faydalıdır. Bəli, suverenliyimizin tam bərpasına 2023-cü ilin sentyabrında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra nail olduq.

Amma unutmayaq ki, Azərbaycanın həlledici nailiyyəti, 44-günlük müharibədəki qələbəsi Rusiya-Ukrayna savaşından iki il əvvəl baş verib. Rusiya artıq 44-günlük müharibə zamanı, əvvəlki onilliklərdən fərqli olaraq, neytral mövqe tutmuşdu. Düzdür, Ermənistanı nisbətən kiçik miqyasda silah-sursatla təmin etməkdə davam edirdi, amma bu dəfə Rusiya öz hərbi gücünü bizə qarşı istifadə etmədi.

Hətta Rusiyanın belə neytral mövqeyini iki yüz il ərzində onun şəksiz dəstəyinə arxalanan ermənilər Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün sövdələşməsi kimi təqdim etdi. Əslində isə heç bir sövdələşmə yox idi, sadəcə bu dəfə Azərbaycan diplomatiyası Rusiyanın neytral mövqe tutmasına nail oldu. Nəyin hesabına? Rusiyanın öz tarixinin yeni mərhələsinə keçməsi və Azərbaycan rəhbərliyinin bunu yaxşı qiymətləndirib, düzgün addımlar atması hesabına.

Rusiya: əvvəllər genişlənən, indi isə sıxılan imperiya

İş burasındadır ki, bu yaxınlara kimi Rusiya genişlənən imperiya idi. Genişlənən imperiyaya doğrudan da hərbi dayaqlar, forpostlar gərək idi. Rusiya öz genişlənən sərhədlərində belə dayaqlar-forpostlar yaradırdı, sonra həmin dayaqlardan istifadə edərək, yeni əraziləri işğal edirdi. Roma, Osmanlı, Rusiya, Britaniya və s. imperiyalar bu siyasətdən istifadə ediblər.

18-ci əsrin sonu – 19-cu əsrin əvvəlində Rusiya imperiyası bölgəmizi işğal edəndə burada yaşayan xalqlar ruslara müqavimət göstərdilər, onlarla savaşdılar. Düzdür, bu xalqların nümayəndələri arasında satqın və burnunun ucundan uzağı görməyərək Rusiyaya xidmət edənlər də tapıldılar. Bunların içərisində bizim xanlıqlar da olmuşdu. Amma bir xalq var idi ki, bütövlükdə Rusiyanın bura gəlişini dəstəklədi. Bu xalq rusların gəlişindən əvvəl Qafqazda dövlətçiliyi olmayan və məhz rusların köməyi ilə dövlət qurmaq istəyən ermənilər idi. Bəli, bir xalq kimi Qafqazda bütövlükdə Rusiyaya dəstək verən yalnız ermənilər oldu. Yüz il əvvəl də məhz ermənilərin Qarabağa xaincəsinə hücum etməsi hesabına 11-ci Qırmızı Ordu 1920-ci ilin aprelində asanlıqla Bakını işğal edə bildi. Nəhayət, 1990-cı illərdə müstəqilliyini bərpa edən Azərbaycan yenidən ermənilərin hücumuna məruz qaldı.

Amma Rusiya imperiyasının “qızıl”, parlaq, genişlənən dövrü artıq arxadadır. Rusiya indi artıq genişlənən deyil, sıxılan, yığılan, daralan imperiyadır. Vaxtilə bütövlükdə Şərqi Avropanı, Baltikyanı ərazini, Cənubi Qafqazı, Türküstanı tutmuş Rusiya indi bu əraziləri itirib və get-gedə kiçilir. Yığılan imperiya kimi, Rusiyaya artıq forpostlar deyil, təhlükəsizlik qarantiyaları lazımdır. Bax məhz bu məsələdə Ermənistan və Azərbaycan tamamilə fərqli mövqedədirlər.

Müstəqil Azərbaycan və aşağı subyektliyi olan Ermənistan

Müstəqil siyasət aparan Azərbaycan, Ermənistandan fərqli olaraq, istər öz ərazisində, istər bütövlükdə Cənubi Qafqazda və bölgəmizdə nə Rusiyanın, nə də Qərbin ağalıq eləməsini istəyir. Azərbaycan öz müstəqil siyasəti ilə Rusiyanın Qərblə bağlı narahatlığını kənar edir. Rusiya bilir ki, Azərbaycanın ərazisindən ona təhlükə olmayacaq, zərbə vurulmayacaq. Ona görə yox ki, biz Rusiyanı dəstəkləyirik. Yox, sadəcə, bizim müstəqil siyasətimiz heç kimə bölgəmizə girməyə imkan vermir. Bu, Rusiyanı qane edir və onun Azərbaycana qarşı aqressiv mövqe tutmasının qarşısını alır.

Cənubi Qafqazda “zəif bənd” olan Ermənistan isə əvvəl genişlənən və güclənən imperiya olan Rusiyanın, indi isə onun zəifləməsi fonunda bura girməyə çalışan və Rusiyaya buradan diş qıcayan Qərbin maraqlarına xidmət edir.

Bütün göstəricilərə görə, Azərbaycan artıq öz müstəqilliyini təsdiq edib. Biz özümüzü təmin edən ölkəyik. Nə Rusiyadan, nə də Qərbdən heç bir asılılığımız yoxdur. Əlbəttə, Ukraynadakı savaşını bitirən Rusiya daha tələbkar olacaq, digər postsovet ölkələr kimi, Azərbaycan da Rusiyanın maraqları ilə daha çox hesablaşmalı olacaq. Bu, şübhəsizdir. Amma yalnız müəyyən həddə kimi.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın indiki mövqeyi Rusiyanı qane edir. Və bir çox məsələlərdə, məsələn, Cənub-Şimal nəqliyyatında Rusiya Azərbaycanla hesablaşmalıdır. Vurulmuş təyyarəmizin ətrafında baş vermiş hadisələr də Rusiyanın bizimlə hesablaşmalı olduğunu bir daha göstərdi. Rusiya indi bizimlə və digər qonşularının əksəriyyəti ilə sövdələşməyə üstünlük verir, nəinki sırf zor gücünə. Qərbin dəstəklədiyi Ukrayna ilə müharibə də Rusiyanı zəiflədib. Əvvəlki iki yüz ildən fərqli olaraq, Rusiya artıq yalnız zora arxalana bilmir. Kiminlə bacarırsa, birgə çıxış edir, koalisiyalar qurmağa çalışır, öz tərəfinə çəkə bilmədiklərinin neytral mövqeyi ilə kifayətlənir.

SSRİ-2 layihəsi realdırmı?

Düzdür, bəziləri hesab edə bilər ki, Rusiyanın dünyadakı mövqeləri yenidən Çar Rusiyası və ya Sovet İttifaqı kimi güclü olacaq. Bu, səhvdir. Rusiyanın buna artıq nə iqtisadi, nə siyası, nə də demoqrafik potensialı yoxdur. Sırf silah gücü kifayət etmir. ABŞ-nin Rusiyaya güzəştə getməsi Rusiyanın güclənməsi ilə deyil, ABŞ-nin özünün zəifləməsi ilə bağlıdır. Çin-Rusiya tandeminə qarşı artıq potensialı çatmayan ABŞ Rusiyanı Çindən ayırmaq istəyir. Bu, Rusiyaya müəyyən siyasi dividendlər gətirsə də, onu yenidən qüdrətli imperiyaya çevirəsi deyil. Ona görə Rusiyanın guya “SSRİ-2” layihəsini həyata keçirməsi, yenidən itirdiyi əraziləri işğal etməsi barədə söhbətlər həqiqəti əks etdirmir.

Rusiyanın istəyi SSRİ-ni bərpa etmək deyil, özünü Qərbdən qorumaqdır. Buna görə Azərbaycan öz müstəqil siyasəti ilə Rusiyanı qane edir. Azərbaycan öz ərazisində nə varsa, hamısına özü sahibdir, bizim təbii sərvətlərimiz, infrastruktur, bütövlükdə iqtisadiyyat ölkəmizə məxsusdur. SSRİ-dən fərqli olaraq, Rusiyanın Azərbaycana qarşı istifadə edə biləcəyi ideoloji silahı da yoxdur, ölkəmizdə əvvəl mövcud olan siyası dayaqları da sarsılıb. Ərazimizdə Rusiya əsgərləri də yoxdur. Azərbaycan öz ərazisindəki və dövlət strukturlarındakı Rusiyanın gizli xəfiyyə və təsir agentlərini də zərərsizləşdirilmişdir.

Ermənistanın Azərbaycandan fərqi

Ermənistan tamam fərqli vəziyyətdədir. Onun bütün strateji infrastrukturu Rusiyaya məxsusdur, ərazisində Rusiya qoşunları yerləşdirilib, ölkə daxilində Rusiyanın siyasi dayaqları möhkəmdir və indiki hakimiyyətdən revanş almağa hazırlaşırlar.

Ona görə Ermənistan çox narahatdır. Son illərin hadisələri göstərdi ki, Qərb dövlətləri Ermənistana iqtisadi və siyasi yardım göstərsələr də, ölüm-dirim savaşı başlayanda yaxalarını kənara çəkirlər. Rusiya-Ukrayna müharibəsi də bunu göstərdi. Ona görə də indiki şəraitdə Ermənistanı qoruyacaq yeganə amil Azərbaycan və NATO-nun ikinci ordusuna malik Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Türkiyə ilə münasibətlərin normallaşması yolu isə yenə də Azərbaycandan keçir.

Amma iki əsr ərzində Qərb və Rusiya tərəfindən ermənilərin zəhərlənmiş kollektiv şüuru bu sadə həqiqəti qəbul etmək istəmir. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını Qərbin islamofob və türkofob dairələri də istəmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırsa, Qərb artıq Ermənistandan türk aləminə qarşı silah kimi istifadə edə bilməyəcək. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri normallaşsa, erməni diasporunun mövcudluğuna da ehtiyac qalmır. Ona görə də həm Ermənistanın revanşist qüvvələri, həm də Qərb Ermənistana təzyiq edib Azərbaycanın haqlı tələblərini qəbul etməyə təhrik etmək əvəzinə, əksinə, bizi sıxırlar ki, bizim şərtlər qəbul edilmədən, biz Ermənistanla tələm-tələsik sülh müqaviləsini imzalayaq.

Qərbin Ermənistanı türk aləminə qarşı alət kimi saxlamaq istəyi

Onlar Ermənistanı Azərbaycan və Türkiyə üçün gələcəkdə yenidən problemlər yaşadacaq bir dövlət kimi saxlamaq istəyirlər. Qərb siyasətçiləri və Ermənistan rəhbərliyi gələcək revanş cəhdi üçün yer saxlayan natamam sülh müqaviləsini imzalamağı təkid edirlər, buna informasiya dəstəyini isə real və şərti Tomas de Vaallar göstərir. Bu qüvvələr sırf özlərinin Ermənistanla ortaq maraqlarını bizə Azərbaycan və Ermənistanın ortaq maraqları kimi sırımağa çalışır.

Qərb görür ki, yalnız öz gücü hesabına Ermənistanı Rusiyanın çaynağından qurtara bilməyəcək. Ona görə Azərbaycan və Türkiyəni Ermənistanın müdafiəsinə cəlb etmək istəyir. Əlbəttə, Azərbaycanın şərtlərini qəbul edən, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmiş, yenidən xarici qüvvələrin alətinə çevrilə bilməyən Ermənistanı dəstəkləmək olardı. Amma bütün bunlardan imtina edən və revanş hissləri və ümidi ilə yaşayan və hətta ona hazırlaşan bir dövləti qorumağa dəyərmi? Bu, bizə lazımdırmı?

Nə üçün bizim üçün artıq böyük təhlükə olmayan Rusiyanı biz başqalarının maraqları naminə və onların təhriki ilə özümüzə düşmən eləməliyik? Məgər Qərb ya Ermənistan sabah lazım olanda bizim köməyimizə gələcəklər? Əksinə, Ermənistan imkan düşən kimi bizə hər dəfə arxadan zərbə vurub. Qərbə gəldikdə, Ukrayna onlara bizimlə müqayisədə ən azı bir köynək yaxındır, amma Qərbin Ukraynanı necə “satdığını” biz əyani şəkildə görürük.

Çox güman ki, Rusiya Ukrayna ilə sülh müqaviləsi və ya atəşkəs imzalayandan sonra Ermənistanla haqq-hesab çürütməyə başlayacaq, çünki iki yüz illik himayədən sonra Ermənistanın onu “atması”, Qərbin alətinə çevrilməsi Rusiyaya çox pis təsir edib. Rusiyanı başa düşmək olar. İndiki Ermənistan dövləti erməni qanından daha çox rus qanı hesabına yaradılıb. Ermənistanın qısa zaman ərzində siyasi kursunu 180 dərəcə dəyişməsi mənəvi cəhətdən də dönüklükdür və siyasətdə adətən bunun bədəli olur.

Bunun bizə az aidiyyatı var. Qoy Ermənistan indi öz dönüklüyünə görə özü cavab versin. Bizi bu işə qatmaq lazım deyil. Qoy şərti Tomas De Vaallar düşünməsinlər ki, bizim maraqlarımızı bizdən yaxşı bilirlər. Ukraynada etdikləri kimi, Cənubi Qafqazda da ilanı Seyidəhməd əli ilə tuta bilməyəcəklər.

Azərbaycan Rusiya ilə mümkün olan balanslı münasibət qurmağa nail olub. Qoy Qərb və Ermənistan Rusiya ilə münasibətlərinə özləri aydınlıq gətirsinlər. Türkiyə İkinci Dünya Müharibəsində bitərəf qaldığı kimi, biz də indi Qərblə Rusiya arasında savaşa girişməməliyik, bitərəf qalmalıyıq. Bizim öz maraqlarımız, öz yolumuz, öz gələcəyimiz var. Bu, ilk növbədə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ilə bağlıdır.

Azərbaycan cüzi, ölkəmizin müstəqilliyinə xələl gətirməyən güzəştlərlə Rusiyanı yola verə biləcək. Elə digər türk dövlətləri də. Türk Dövlətləri Təşkilatı onlara xarici təhlükələrdən uğurla qorunmağa və inkişaf etməyə imkan verən bir qurumdur. Özü də qonşu dövlətlər üçün nəinki təhlükə yaratmadan, hətta onlar üçün də özünə tərəf cazibə yaratmaqla. Həm də qonşu dövlətlərdə də türkdilli xalqların nümayəndələri yaşayır. Türkdilli xalqlar artıq Rusiyanın 15%-ni, bəlkə də daha çoxunu təşkil edir. Və onların Rusiya siyasətinə təsiri get-gedə artacaqdır.

Bizim tələsən yerimiz yoxdur. Kim tələsirsə, papağını qarşısına qoysun və Azərbaycanın haqlı tələblərini mümkün qədər tez qəbul etsin.

Bunlara Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistan-Azərbaycan sərhədindən binokllarla “silahlanmış” Avropa müşahidəçilərinin çıxarılması, qarşılıqlı iqtisadi iddiaların geri çağırılması və Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında maneəsiz gediş-gəlişin təmin edilməsi daxildir.

Ermənistan elitasının və rəhbərliyinin iki seçimi var. Ya siyasi ambisiyalarından, başqasının əlində alət olmaqdan birdəfəlik əl çəkmiş, sırf öz əhalisinin güzəranı ilə məşğul olan dövlətə çevrilmək, ya da müstəqil dövlətlərini itirmək təhlükəsi ilə üzləşmək. Siyasi ambisiyalardan əl çəkməyin, başqasının əlində alət olmaqdan imtina etməyin və öz xalqının qeydinə qalmağın yeganə yolu məhz Azərbaycanın sülh müqaviləsi ilə bağlı ədalətli şərtlərini qəbul etməkdən keçir. Cənubi Qafqazda dayanıqlı sülhü yalnız belə yanaşma təmin edə bilər.

Çingiz Məmmədov
Müstəqil ekspert, Azərbaycan Prezident Administrasiyası Kommunikasiya ofisinin sabiq rəhbəri, BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda ekoloji layihələrinin keçmiş rəhbəri
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... - GİLEY
Bu gün, 08:50
"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" - REAKSİYA
Bu gün, 08:39
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru