"City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                 

"Kənd uşaqları təcrübə dövşanıdır?” - Etirazlara ekspertin özündən CAVAB
Tarix: 26-03-2025, 06:43 | Çap et
"Kənd uşaqları təcrübə dövşanıdır?”
Son illər ölkədə təşkil olunan sertifikasiya imtahanında bir sıra müəllimlər tələb olunan balı toplaya bilmədiyi işinə xitam verilib.

Onların arasında uzun illərdir ki, müəllim kimi çalışanlar da var. Bugünlərdə isə təhsil eksperti Kamran Əsədov bu sahədə yeni bir fikirlə çıxış edərək həm onların işsiz qalmaması, həm də regionlarda müəllim çatışmazlığı olan məktəblərdə mövcud problemin aradan qaldırılması üçün təkliflə çıxış edib. Ekspert qeyd edib ki, sertifikasiyada az bal toplayanlar müəllim çatışmazlığı olan məktəblərə göndərilsə daha yaxşı olar. Lakin ekspertin bu təklifi heç də birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə belə bir ifadə ilə də çıxış ediblər ki, kənd uşaqları “sınaq dovşanı” deyil.

Məsələyə elə ekspertin özünün aydınlıq gətirməsini istədik.

Təhsil üzrə ekspert Kamran Əsədov "Cebheinfo.az"-a bildirib ki, hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmazlığı ciddi problemdir:

"Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə isə ümumiyyətlə, müəllim tapılmır.

Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər – Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə, müəllim problemi yaşanır.

Bu, təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir. Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir, lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Uzun illər pedaqoji təcrübəyə malik olan, şagirdlərlə düzgün ünsiyyət quran, valideyn və kollektivlə sağlam əməkdaşlıq qura bilən müəllimlər yalnız test nəticələrinə əsaslanaraq dəyərləndirilə bilməz. Onların praktiki təcrübəsi, sinif idarəetməsi bacarıqları, şagirdlər üzərindəki təsiri və digər insani-pedaqoji keyfiyyətləri də nəzərə alınmalıdır.

Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər.

Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır. Beləliklə, iki əsas məqsədə çatmaq olar: həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar. Bu proses paralel olaraq təlim, metodik dəstək, mentorluq və qiymətləndirmə ilə müşayiət edilməlidir. Müəllimlər bu mərhələdə həm metodiki, həm də psixoloji baxımdan dəstəklənməlidir. Onlara yalnız çatışmazlıqlarını göstərmək deyil, bu çatışmazlıqları necə aradan qaldırmağın yolları da öyrədilməlidir".

Ekspert deyir ki, sosial şəbəkələrdə səsləndirilən “Kənd uşaqları sınaq dovşanıdırmı?” sualı emosional reaksiya olmaqla yanaşı, mövzunun mahiyyətini təhrif edir:

"Əslində, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir. Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu, o demək deyil ki, onun riyaziyyatdan, ümumiyyətlə, məlumatı yoxdur.

Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Əlavə olaraq bu müəllimə təlim də verilsə, o zaman həm kənd uşağı təhsilsiz qalmaz, həm də müəllim yenidən sistemi tərk etmədən inkişaf yolu tapar. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu hüququ təmin etmək üçün dövlət şəbəkəsindəki bütün məktəblərin fəaliyyətinə nəzarət etməli və müəllimlə təminat məsələsini prioritet tutmalıdır. Əmək Məcəlləsinə əsasən də işəgötürənin vəzifələrindən biri işçinin ixtisasının artırılması və onun bilik və bacarıqlarının yüksəldilməsidir. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyur".

Ekspert qeyd edib ki, dünya təcrübəsinə əsasən bir çox inkişaf etmiş ölkələrdə bu cür hallarda müəllimlərin sistemdən uzaqlaşdırılması əvəzinə, onların dəstəklənməsi siyasəti həyata keçirilir:

"Məsələn, Sinqapur, Estoniya, Latviya və Cənubi Koreyada zəif nəticə göstərmiş müəllimlər daha çox ehtiyac olan məktəblərə göndərilir. Onlara əlavə təlimlər, mentor dəstəyi və fəaliyyət planı təqdim olunur. Bu sistem çərçivəsində müəllim 6 ay və ya 1 il ərzində dəstəklənir, sonra yenidən qiymətləndirilir və davam edib-etməyəcəyi barədə qərar verilir. Bu yanaşma həm təhsil sisteminin keyfiyyətini qoruyur, həm də müəllimlərin potensialından maksimum istifadəyə imkan verir.

Məsələ təkcə bir imtahanın nəticəsinə əsaslanaraq qərar vermək deyil. Təhsil siyasətində məqsəd cəza deyil, inkişaf olmalıdır. Müəllim sistemin əsas aparıcı qüvvəsidir. Onun zəif tərəflərini inkişafla gücləndirmək, təhsilin dayanıqlı və ədalətli inkişafı üçün yeganə yoldur. Həmçinin bu yanaşma insan kapitalının qorunması və səmərəli istifadəsi baxımından da strateji əhəmiyyət daşıyır. Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir. Bu fürsəti düzgün və məsuliyyətlə təşkil etsək, nə kənd uşaqları, nə də təhsil sistemi itirər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru