Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? .....                     Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU .....                     Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... .....                     Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? .....                     SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? .....                     Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı .....                     Tanınmış tiktoker məsuliyyətə cəlb olundu .....                     Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? .....                     Uşaqpulu kimlərə verilməlidir? .....                     Onlar da orqanlarını bağışlamağa hazırdır, .....                     “Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” .....                     Lənkəranlı Ukraynada əsir düşdü .....                     İşdən çıxardıqları AZMIŞ KİMİ... .....                     Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... .....                     Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi .....                     Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü .....                     Azərbaycanda baş redaktor vəfat etdi .....                     Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı .....                     Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı .....                     Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... .....                     Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA .....                     Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? .....                     “Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” .....                     Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... .....                     “Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” .....                     Maşın bazarında qiymətlər QALXACAQ .....                     Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? .....                     “Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir .....                     2-ci əl telefon satan türk şirkəti bağlanır .....                     Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib .....                     "Bakı yoltikintiservis"in səhmdarları toplanır .....                     Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... .....                     Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir .....                     “Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" .....                     Mehdiyev müxalifəti niyə və necə ələ alıb? .....                     Hacı Surxaydan Prezidentə MÜRACİƏT .....                     Dövlətin əsas qanunu: Konstitusiya... .....                     Müstəqil dövlətin Konstitusiya günü .....                     Pensiyalarla bağlı gözlənilən anons verildi .....                 

Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Tarix: 12-02-2025, 12:14 | Çap et
Rusiyanın ölkəmizdəki RUPORU
Hər bir media qurumunun konkret missiyası və vəzifələri olur. Bu prinsiplər pozulanda təbii ki, qərəz yaranır. “Sputnik Azərbaycan”ın fəaliyyətinə nəzər saldıqda qərəzli yanaşmanın olduğu aydın görünür. Xüsusilə də, fərqli maraqlar toqquşanda bu mətbuat orqanı daim Rusiyanın mövqeyindən çıxış edir.

Nəzərə alaq ki, “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın məşhur “Sputnik” İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyidir. “Sputnik”sə 10 noyabrı 2014-cü ildə Rusiyanın paytaxtında dövlətə məxsus “Rusiyanın Səsi” və “RIA Novosti”nin bazasında yaranıb.

Rusiyada Azərbaycanın rəsmi mətbuat orqanlarının redaksiyası fəaliyyət göstərmirsə, “Sputnik Azərbaycan”ın məqsədi nədir?

“Sputnik Azərbaycan” birbaşa olaraq Rusiyanın dövlət media qrupu olan “Russia Today”ə məxsusdur. Bu isə sözügedən media resursunun tamamilə təbliğat məqsədi ilə fəaliyyət göstərdiyinin açıq sübutudur.

Digər tərəfdən, “Sputnik”in Ermənistanda da redaksiyası mövcuddur. “Sputnik Armenia”da dərc olunan məqalə və xəbərlərə nəzər saldıqda, mətbuat orqanının açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxdığını görmək mümkündür. Nəzərə alsaq ki, bu media orqanı tamamilə Rusiya dövlət büdcəsindən maliyyələşir, deməli Moskva ya “Sputnik”in ölkəmizə qarşı fəaliyyətini təşviq edir, ya da buna göz yumur.

Belə olan halda isə haqlı sual meydana çıxır:

Rusiyada Azərbaycan dövləti tərəfindən maliyyələşən “Sputnik Azərbaycan”la müqayisə oluna biləcək hər hansı media resursu fəaliyyət göstərirmi? Təbii ki, xeyr. Yalnız “AzTV” və “Azərtac” kimi rəsmi mətbuat orqanlarının Rusiya üzrə müxbirləri çalışır. Onların fəaliyyətini “Sputnik Azərbaycan”ın fəaliyyəti ilə müqayisə etmək belə yersizdir. Yəni, bu mövzuda balansın olması vacibdir. Daha dəqiq desək, əgər Rusiya “Sputnik Azərbaycan”ın fəaliyyətinin davam etməsini istəyirsə, Azərbaycanın rəsmi mətbuat orqanlarının Rusiyada oxşar formada redaksiyasının fəaliyyətinə də imkan yaratmalıdır.

“Sputnik”ə kim rəhbərlik edir?

Digər mühüm məqam isə odur ki, “Sputnik”in rəhbəri Marqarita Simonyandır. Rusiyada yaşayan erməni Simonyanın ölkəmizə münasibəti isə hər kəsə məlumdur.

Bunun nəticəsdir ki, “Sputnik Azərbaycan” heç zaman Azərbaycanın milli və dövlət maraqlarından çıxış etməyib. Agentlik Rusiyanın, imkan düşdükcə də Ermənistanın maraqlarına qulluq edib.

Təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşləri zamanı “Sputnik”in Azərbaycan və erməni versiyaları demək olar ki, eyni mövqedən-Ermənistanın maraqlarından çıxış edirdi. Bu məqama diqqət edərkən daha bir maraqlı faktla rastlaşdıq.

Belə ki, Aprel döyüşləri zamanı “Sputnik”in şefi Marqarita Simonyan bütün məlumatların erməni mənbələrinə istinadən yayılmasına göstəriş vermişdi. Bu məlumatın sübutu üçün erməni media-maqnatı, “life.ru” saytının o vaxtkı sahibi Aram Qabrielyanla Marqarita Simonyanın yazışmasına baxmaq kifayət edir.

Rusiyanın ölkəmizdəki RUPORU

Bu azmış kimi “Sputnik Azərbaycan” Azərbaycan dövlətinin beynəlxalq imicinə də güclü zərbə vurub. Məsələn, Ermənistan və Gürcüstan nümayəndəliklərindən fərqli olaraq Azərbaycan nümayəndəliyi davamlı olaraq Azərbaycana qarşı beynəlxalq aləmdə qıcıq yarada biləcək yazılar dərc edib. Xüsusən də, ölkəmizin ABŞ və Avropa Birliyi ilə münasibətlərin korlanması üçün “Sputnik Azərbaycan” böyük “əmək sərf edib”.

Simonyanın tezisləri ilə razılaşmayanların sonu

Redaksiyada Simonyandan gələn tezislərə etiraz edənlərinsə aqibəti heç zaman yaxşı olmayıb. Məsələn 2019-cu ildə “Sputnik Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlu tutduğu vəzifədən azad edildi. Yaşaroğlunun cəzalandırılmasına səbəb Moskvadan gələn tapşırıqlara tam əməl etməməsi idi. Mərkəzi ofis Yasaroğlundan siyasi motivlərdə, xüsusən də Qarabağla bağlı məsələlərdə erməni mövqeyi nöqteyi-nəzərindən danışmağı tələb edib. Bu tələbi yerinə yetirməyən baş redaktor adıçəkilən nəşrdən getmək məcburiyyətində qalıb.

“Sputnik Azərbaycan”da bu ilk qalmaqal deyil. Sonrakı illərdə də belə insidentlər olub. Məsələn 2022-ci ildə nəşrin rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını yayımlamaqdan imtina edərək tam tərkibdə istefa veriblər.

İstefa verən Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazmışdılar.

Separatçı bölgədən göndərilən baş redaktor

“Sputnik Azərbaycan”a rəhbərlik edən şəxslərin kimliyi də bir çox məqamlara aydınlıq gətirir. Məsələn, əvvəlki illərdə agentliyə rəhbərlik etmiş Əziz Əliyevin anasının erməni olduğu iddia olunur.

2022-ci ilin martında isə Simonyan “Sputnik Azərbaycan”a Vitali Denisovu rəhbər təyin etdi. Denisov bu təyinatdan əvvəl qondarma Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib və çalışdığı müddətdə separatçı informasiyalar yaymaqla məşğul olub. Üstəlik, Denisovun Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğu haqqında da mətbuatda məqalələr dərc olunub.

“Sputnik Azərbaycan”ın 44 günlük müharibədə tutduğu mövqe

“Sputnik Azərbaycan” 44 günlük müharibə dövründə də ikili xətt tutub. Agentlik Azərbaycan haqq işi barədə obyektiv məlumatların dərc olunmasından maksimum uzaq qalıb. Nəşrin arxivində araşdırma apardıqda 44 gün ərzində Azərbaycan ordusunun uğurlu əməliyyatları haqqında yalnız bir yazıya rast gəldik. ”Vətən Müharibəsinin bir ayı: Azad olunmuş ərazilər - SİYAHI” başlıqlı yazıda sadəcə işğaldan azad olunmuş ərazilərin siyahısı öz əksini tapıb.

Təsadüfi deyil ki, “Sputnik Azərbaycan”nın ermənipərəst mövqeyi 44 günlük müharibədə böyük ictimai qınağa səbəb oldu. Tanınmış simalar bu media qurumunun Azərbaycanda fəaliyyətinin dayandırılmasını tələb etdilər.

Nəşrin ermənipərəst siyasətini göstərən başqa bir məqamsa bu günə kimi yazılarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsidir.

Rusiyanın ölkəmizdəki RUPORU

Halbuki, Azərbaycan mətbuatının leksikonundan bu ifadə artıq 5 ildir ki çıxıb. Amma “Sputnik Azərbaycan” xəbər və məqalələrin teg hissəsində hələ də “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir.

Azərbaycan -Türkiyə münasibətlərini pozmaq cəhdi

Vətən müharibəsindən sonra da nəşr anti-Azərbaycan və hətta anti-Türkiyə fəaliyyətini davam etdirdi. Məsələn, “Türkiyə sülhməramlıları Qarabağda: olmaq, yoxsa olmamaq” başlıqlı yazıda açıq şəkildə Türkiyə sülhməramlılarının Azərbaycana gəlişi pislənilir:

Rusiyanın ölkəmizdəki RUPORU

“...Türk hərbçilərinin hansı səbəbdən bölgədə sülhməramlı rolunu oynaya bilməyəcəyini bir daha izah etməyə ehtiyac yoxdur. Ankara ciddi-cəhdlə münaqişə tərəflərindən birinin maraqlarını müdafiə edir...” – yazıda qeyd olunub.

Bundan əlavə, noyabrın 20-də “Sputnik Azərbaycan”da dərc olunan “Türkiyə və Azərbaycan arasında son vaxtlar əsən sərin küləklərin səbəbkarı kimdir?” başlıqlı yazıda açıq şəkildə iki qardaş ölkə arasında münasibətlərdə problemlərin olduğu iddia edilib.

Təyyarə qəzası ilə bağlı manipulyasiyalar

Dekabrın 25-da Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğradığı ilk saatlardan nəşr feyk xəbərlər paylaşdı. Dekabrın 26-da dərc olunan “Azərbaycan Hava Yolları"nın təyyarəsini HHM vasitələri vura bilməzdi - ekspertlər” sərlöhvəli yazıda hadisənin baş vermə səbəbləri bilərəkdən və qəsdən təhrif olunur.

Rusiyanın ölkəmizdəki RUPORU

Dekabrın 26-da dərc olunan “Ekspert təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı ehtimalını açıqladı” məqalədə isə qəzaya səbəb kimi qətiyyətlə quş dəstəsi ilə toqquşma versiyası önə sürülür.

Halbuki, hələ dekabrın 25-i axşam saatlarında təyyarənin üzərindəki dəliklərin əks olunduğu görüntülər üzə çıxmış, hadisə şahidləri həmin videoları Azərbaycan rəsmilərinə təqdim etmişdilər.

“Rus Evi” ilə bağlı susqunluq

Daha bir diqqətçəkən məqam isə nəşrin Bakıdakı “Rus evi”nə olan münasibətidir. “Sputnik Azərbaycan” mütəmadi olaraq “Rus evi”nin fəaliyyətinin işıqlandırılması ilə məşğul olub.

Üstəlik, son günlərdə “Rus evi”nin fəaliyyətini dayandırması ilə bağlı çoxsaylı məlumatları “Sputnik Azərbaycan” nədənsə “görməyib”. Üstəlik, “Rus evi”nin bağlanması ilə bağlı Azərbaycan XİN-in rəsmi məlumatını belə Rusiya XİN-in təsdiqi ilə birgə dərc ediblər.

Rusiyanın ölkəmizdəki RUPORU

Göründüyü kimi, Azərbaycanda fəaliyyət göstərsə belə, “Sputnik Azərbaycan” üçün nəinki ölkəmizin maraqları, heç obyektivlik belə maraqlı deyil. “Sputnik Azərbaycan”ın fəaliyyətində Rusiyadan Marqarita Simonyanın xeyir-duası ilə göndərilən tezislər əsas prinsipdir.

Bu cür mətbuat orqanının Azərbaycanda fəaliyyətini davam etdirməsi isə informasiya təhlükəsizliyinə birbaşa təhdid yaradır. Ona görə də, “Sputnik Azərbaycan”la bağlı lazımi addımları atmağın vaxtı yetişib...

Bizim.Media










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubanın icra başçısı müğənnilərə nə qədər pul ödəyəcək? - İLGİNC
Bu gün, 11:54
Bu qurumda baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına MÜRACİƏT OLUNDU - FOTOFAKT
Bu gün, 11:51
Zaqatalada “Azərqaz” əməkdaşlarının HARAYI... - “İllərlə işlədik, indi isə səbəbsiz işdən çıxarıldıq”
Bu gün, 11:45
Lənkəran İcra Hakimiyyəti bir ildə neçə ədəd lampa və izolyasiya lenti alıb? - ARAŞDIRMA
Bu gün, 11:43
SOCAR-ın gəlirləri azalıbsa... BU İZAFİ XƏRC NƏDİR BELƏ? - ETİRAZ VAR...
Bu gün, 11:40
Türkiyədəki tələbə təşkilatı rəhbərinin “sevgi oyunu”: Onun azadlığa çıxmaq istəyi baş tutmadı - TƏFƏRRÜAT
Bu gün, 11:31
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu - BUNA GÖRƏ...
Bu gün, 11:30
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? - 2 gündür xəbər yoxdur...
Bu gün, 11:25
Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
Bu gün, 11:21
Onlar da orqanlarını bağışlamağa hazırdır, amma BİR ŞƏRTLƏ...
Bu gün, 11:17
“Kremlin marionetası “Gunvor”a lisenziya verilməyəcək” – ABŞ Maliyyə Nazirliyi
Bu gün, 11:13
Lənkəranlı Ukraynada əsir düşdü
Bu gün, 11:10
İşdən çıxardıqları AZMIŞ KİMİ... - ÖDƏNİŞİ EDİN!!!
Bu gün, 11:06
Meşələrin İnkişafı Xidmətinin ƏŞRƏFi OVa çıxıb... - İLGİNC İDDİALAR
Bu gün, 11:00
Azərbaycan Milli Antidopinq Agentliyi auditor seçdi
Bu gün, 10:50
Həbsdən çıxmaq üçün müharibəni seçdi, döyüşlərdə öldü - Zaqatalalı gəncin FACİƏSİ
Bu gün, 10:47
Azərbaycanda baş redaktor vəfat etdi
Bu gün, 10:45
Dərman içib canına qıyan müğənni: Polislər həyatımı qurtardı - AÇIQLAMA
Bu gün, 10:19
Agenlik icarə sahəsi tapmaq üçün yetərli sayda iştirakçı tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 10:17
Eldar İbrahimov, Mixail Zabelin, Ziyafət Əsgərov, Siyavuş Novruzov... - SİYAHIDA DAHA KİMLƏR VAR?
Bu gün, 10:12
Azərbaycanda 31 min manat aliment borcu olan ata HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:07
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA - Nədən Əli Quluzadə?!
Bu gün, 10:03
Axtarışa verilən meyxanaçı Rusiyada qadına 18 bıçaq zərbəsi vurub? - “Özünə yazdıq, deyir ki...”
Bu gün, 09:58
“Hansı vəzifəlini, bir az üzdə olan alimini, məmurunu qaldırırlar, altından milyonlar çıxır...” - İdris Abbasov
Bu gün, 09:56
Onu bir kadr kimi Ramiz Mehdiyev YETİŞDİRİB... - FOTO
Bu gün, 09:47
“Gecə saat 3-də evə gələn kişi nəyimə lazımdır?” - Cəmilədən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 09:40
Maşın bazarında qiymətlər QALXACAQ - GÖZLƏNTİ
Bu gün, 09:37
Eyyub Hüseynovdan etiraz: AQTA nəyi gizlədir? - AKTUAL
Bu gün, 09:32
“Rheinmetall” satışlarını 50 milyard avroya çatdırmağı hədəfləyir
Bu gün, 09:28
2-ci əl telefon satan türk şirkəti bağlanır
Bu gün, 09:26
Vəhdət Partiyasının rayon təşkilatının sədri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Bakı yoltikintiservis"in səhmdarları toplanır
Bu gün, 09:20
Bu bir LEOBANK keyfiyyətidir: Pullar havada uçuşur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Rusiya 3+3 formatını anti-ABŞ formatına çevirmək istəyir - NƏ ETMƏLİ?
Bu gün, 09:05
“Ağciyər Xəstəlikləri Mərkəzi”ndən 110 min manatlıq "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 08:55
Mehdiyev müxalifəti niyə və necə ələ alıb? - İLGİNC
Bu gün, 08:50
Hacı Surxaydan Prezidentə MÜRACİƏT - "Vətənimizin rifahı..."
Bu gün, 07:59
Dövlətin əsas qanunu: Konstitusiya... - MƏQALƏ
Bu gün, 07:51
Müstəqil dövlətin Konstitusiya günü - İsrafil Kərimovun yazısı
Bu gün, 07:49
Pensiyalarla bağlı gözlənilən anons verildi – Mühüm detallar
Bu gün, 07:44
Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri
Bu gün, 07:39
Müəllimlər susdurulub, maaşlar yoxa çıxır... - İTTİHAM VAR...
Bu gün, 07:18
Keçmiş icra başçısı Rauf Həbibovun yeni qalmaqalı - “53 min manatımı vermir, üstəlik məni məhkəməyə verməklə hədələyirlər”
Bu gün, 07:14
Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”
Bu gün, 07:07
Babayevin yerinə ƏN ŞANSLI NAMİZƏD... - belə deyirlər...
Bu gün, 06:59
"900 məktəbdə bu fənn üzrə kadr yoxdur" - BU NƏDİ BELƏ?
Bu gün, 06:54
Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR - “Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib”
Bu gün, 06:48
"Bu da imtina verməyin bir yoludur" - GİLEY
Bu gün, 06:46
"Artıq Türkiyə səfirliyi də işə qarışıb..." - NARAZILIQ VAR...
Bu gün, 06:42
Ağ Evdə üçtərəfli danışıqlar: Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu - "Kazinform"
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru