Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Tarix: 6-02-2025, 17:56 | Çap et
 Sahil Babayev maliyyə naziri təyin edildi. Əslində bu, heç də gözlənilməz olmadı. Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunandan dərhala sonra xəbər çıxdı ki, boşalan kresloda Sahil Babayev oturacaq. Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi, necə deyərlər,öz işini artıqlaması ilə gördü. Əvvəlki illərdə verilmiş xeyli əlillik statuslarını, ünvanlı yardımları qanunsuz deyə ləğv etdi. Bu yolla dövlət büdcəsinin vəsaitlərinə qənaət etdiyini də çıxışlarında söyləyirdi. "Sosial büdcəyə necə qənaət eləmək olar?!" deyə təəccüblənənlər də çox oldu. Ancaq Sahil Babayev bunu da etdi. Sərt idarəçilik üslubu olan nazirdir. Buna görə də Sahil Babayevdən narazı olanlar da az deyil. Təkcə cəmiyyətdə yox, elə Nazirliyin öz içində də. Xüsusilə də kadr məsələləri ilə bağlı. Ancaq Sahil Babayev bu narazılıqları öz üzərinə sanki qəsdən çəkirdi. Yükü üzərinə götürürdü. Onun bu xüsusiyyətindən yeni vəzifədə istifadə olunacaq.
Məlumdur ki, indiki Maliyyə Nazirliyi əvvəlki kimi olmayacaq; bu, mediada deyildiyi kimi, geniş səlahiyyətlərə malik meqanazirliyə çevriləcək. Məqsəd dövlətin həm gəlirlərinə, həm də xərclərinə daha sərt nəzarətdir. Əgər açıq qaynaqlarda yayılan məlumatlar doğrudursa, vergi və gömrük xidmətləri də Maliyyə Nazirliyinə birləşəcək. Bu, hökumətin ən iri və təsirli strukturlarından biri olacaq. Məntiqə görə, nazir müavinləri də dövlət rəhbərliyinin ən çox inandıqları şəxslər arasından seçiləcək. Samir Şərifovun gedişindən sonra qısa müddət onu əvəz etmiş Azər Bayramov, böyük ehtimalla öz yerində qalacaq. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır. Eyni zamanda rəhbərlikdə yeni şəxslər də təmsil olunacaq. Hər halda Nazirliyin qarşısına qoyulacaq vəzifələri və buna uyğun kadr dəyişikliklərini təxmin etmək olar.
Beləliklə, Sahil Babayev maliyyə naziridir. Onun fərdi xarakteri, iş üslubu nəzərə alındı və bu səbəbdən, dövlət büdcənin başına gətrildi. Artıq büdcə vəsaitlərinə əli çatanlar düşünsün. Çünki həm nəzarət, həm qənaət rejimləri daha da sərtləşəcək.
Ədalət naminə onu da demək lazımdır ki, Sahil Babayev çox çətin vaxtlarda əmək və əhalinin sosial müdafiəsi naziri oldu. Bu qurumda həmişə korrupsiya vardı, yenə var. Hər halda zaman-zaman mediaya məlumatlar çıxır. Həm də əhalinin həssas kateqoriyaları ilə işləyir. Xüsusilə, 2020-ci ildən - müharibədən sonrakı illərdə bu çətinliklər artdı; "postmüharibə sindromu" bütün ağırlığı, emosional yükü, sosial təzyiqi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşürdü. Bu, obyektiv reallıqdır. Eyni zamanda əhalinin yoxsul təbəqəsini də məmnun etmək asan deyil. Heç də həmişə hamını razı salan qərarlar verilmirdi. Son dövrdə bura hərbi xidmətə çağırılanların tibbi müayinəsinə dair yekun qərar vermək səlahiyyəti də əlavə olunmuşdu. Ancaq bu iş hələ yenicə başlayırdı ki, Sahil Babayev başqa işə keçdi.
Əslində bu nazirliyin özü də Səhiyyə Nazirliyi ilə birləşdirilə, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi də əlavə olunmaqla Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (ad şərtidir) yaradıla bilər. Ancaq bu, əlbəttə, ölkə prezidentinin üsrün səlahiyyətidir.
Bu yerdə Muxtar Babayevin ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad olunması da diqqət çəkdi. Bu nazirliklə bağlı sonrakı qərarın necə olacağını yalnız ehtimal etmək olar. Ancaq Muxtar Babayev heç də bəzi media mənsublarının yazdığı kimi, "vurulmayıb". Prezidentin iqim məsələləri üzrə nümayəndəsi kimi Muxtar Babayevin görəcəyi çox iş var. COP29 çərçivəsində götürülmüş öhdəliklərin icrası ilə bağlı, ümumiyyətlə, iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar səbəbindən belə bir dəyişiklik edilib. Muxtar Babayev COP29-la bağlı yüksək etimadı doğrultmuş sayılır. Buna görə də prezident Muxtar Babayevi öz Administrasiyasına aparıb və onunla birbaşa çalışmağa qərar verib.
Bütün hallarda hökumətdəki son dəyişikliklər cəmiyyətdə xüsusi maraq doğurur. Bu cür yerdəyişmələr, rotasiyalar həmişə yeni gözləntilər də yaradır. Bunların nə dərəcədə və necə doğrulacağını isə zaman göstərəcək.
Seyid Əhmədli, bizimyol.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06 |
|
|
|
• Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58 |
|
|
|
• Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56 |
|
|
|
• Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33 |
|
|
|
• Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31 |
|
|
|
• "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24 |
|
|
|
• “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22 |
|
|
|
• Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17 |
|
|
|
• "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15 |
|
|
|
• Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07 |
|
|
|
• BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03 |
|
|
|
• İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53 |
|
|
|
• Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45 |
|
|
|
• “BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
• Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25 |
|
|
|
• Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11 |
|
|
|
• Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08 |
|
|
|
• "Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59 |
|
|
|
• "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57 |
|
|
|
• Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45 |
|
|
|
• "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37 |
|
|
|
• Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29 |
|
|
|
• Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22 |
|
|
|
• Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18 |
|
|
|
• “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12 |
|
|
|
• Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10 |
|
|
|
• Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04 |
|
|
|
• Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00 |
|
|
|
• "Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55 |
|
|
|
• Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50 |
|
|
|
• Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48 |
|
|
|
• Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45 |
|
|
|
• General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38 |
|
|
|
• Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45 |
|
|
|
• Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16 |
|
|
|
• DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59 |
|
|
|
• Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54 |
|
|
|
• "Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44 |
|
|
|
• BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40 |
|
|
|
• “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36 |
|
|
|
• İran Ukraynaya nota verib
Dünən, 17:31 |
|
|
|
• “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26 |
|
|
|
• “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23 |
|
|
|
• PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18 |
|
|
|
• Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16 |
|
|
|
|